Prezident Hakan Fidanı qəbul etdi - Foto Türkiyənin ən yaxın 5 dostu müəyyənləşdi – Sorğudan maraqlı nəticələr Bakının işğaldan azad edilməsindən 108 il ötür Azərbaycanda Bilik Günüdür Prezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - Fotolar Azərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı - Fotolar Hikmət Hacıyevdən ABŞ ilə bağlı SON DƏQİQƏ açıqlamaları Bakıda və rayonlarda şok əməliyyat: Külli miqdarda silah-sursat tapıldı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Türk Dövlətləri Təşkilatı Qəbələdə: Yeni Turanın gücü formalaşır

6-10-2025, 13:54 96

Türk Dövlətləri Təşkilatı Qəbələdə: Yeni Turanın gücü formalaşır


Oktyabrın 6–7-də Azərbaycan Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) növbəti sammitinə ev sahibliyi edəcək. Zirvəyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Cümhuriyyətinin liderlərinin qatılması gözlənilir.

Sammitin əsas mövzusu “Regional sülh və təhlükəsizlik” adlanır. Amma əslində bu toplantı tək bir siyasi gündəmin deyil, Türk dünyasının yeni strateji mərhələsinin başlanğıcı kimi dəyərləndirilir.

Türk dünyası ailəsi: İlham Əliyevin çağırışı və strateji istiqamət
Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin 14 fevralında, andiçmə mərasimində səsləndirdiyi məşhur sözlər – “Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur” – bu gün artıq konseptual reallığa çevrilib. Prezident demişdi ki, TDT bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir: "Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər..."

Bu AİLƏ artıq sadəcə mədəni və mənəvi bağları qoruyan platforma deyil; o, iqtisadi, siyasi, hərbi və texnoloji inteqrasiyanın lokomotivi, Yeni Turan ideyasının müasir modeldə təcəssümü halına gəlir: Çoxbayraqlı, çoxdövlətli Yeni Turan!

Qəbələdə keçiriləcək sammit həm də bir mesajdır: Türk dünyası öz gələcəyini öz əlləri ilə qurur.

Qardaş dövlətlərin birliyi: iqtisadi və hərbi inteqrasiyanın yeni mərhələsi
TDT–nin qarşısında duran məsələlər var: “Türk Şengen”inin yaradılması, ticarət və nəqliyyat kommunikasiyalarının vahidləşdirilməsi, enerji və investisiya bazarlarının inteqrasiyası – Türk dünyasını vahid iqtisadi məkan kimi formalaşdırmaq.

Bu gün Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi statusunda olan ölkələrin ümumi göstəriciləri artıq özlüyündə güc balansını dəyişməyə qadirdir:

• Ümumi ərazi: təxminən 4,3 milyon kvadrat kilometr.

• Əhalisi: 180 milyondan çox (əgər Rusiyadakı türklər, İranda yaşayan azərbaycanlılar və qaşqay türkləri, Çində yaşayan uyğurları da bu mənzərəyə daxil etsək – bu rəqəm 350–400 milyon nəfəri keçə bilər).

• Ümumi ÜDM: 2 trilyon ABŞ dollarına yaxın.

• Təbii sərvətlər: neft, qaz, uran, kömür, qızıl, litium, üzüm, pambıq, dəniz nəqliyyatı və aqrar potensial – dünyanın ən strateji resurslarının böyük hissəsi bu coğrafiyada yerləşir.

Bu rəqəmlər təsadüfi deyil – Türk Dövlətləri Təşkilatı artıq enerji, nəqliyyat və təhlükəsizlik baxımından Avrasiya məkanının dayağıdır.

Orta Dəhliz: Avrasiya geosiyasətinin ürəyi
Çinlə Avropa arasında uzanan Transxəzər Orta Dəhlizi – yəni, Çin–Qazaxıstan–Xəzər–Azərbaycan–Türkiyə–Avropa xətti – bu gün yalnız logistika layihəsi deyil, həm də Türk geosiyasətinin onurğa sütunudur.

Azərbaycan, Türkiyə və Qazaxıstan bu xəttin üç əsas dayağıdır. Əgər bu dəhliz dayansa, Avrasiyanın enerji, ticarət və nəqliyyat sistemləri iflic olar. Bu səbəbdən Qəbələ sammiti həm də Orta Dəhlizin gələcəyi və Türk inteqrasiyasının infrastruktur əsasları baxımından mühüm əhəmiyyət daşıyır.

Qarabağ Zəfəri – Türk dünyasının ruhi dirçəlişi
Azərbaycanın 2020-ci ildə qazandığı Qarabağ Zəfəri təkcə bir müharibənin qalibiyyəti deyildi. O, Türk dünyasında ruhən dirçəlişinə, özünəinamın bərpasına səbəb oldu.

Bu qələbə göstərdi ki, Türk dövlətləri yalnız mədəni qardaşlıqla deyil, siyasi və hərbi həmrəyliyə də qadirdir. Türkiyənin o dövrdə göstərdiyi dəstək, Türk dünyasının bütün üzvlərində həm qürur, həm də ortaq mənsubiyyət hissini artırdı.

Bu gün Qəbələdə toplanacaq liderlər artıq həmin ruhun daşıyıcılarıdır – bu ruhun adı Yeni Turandır.

Moskva və Tehrana mesaj: Türk birliyi əbədi gerçəklikdir
Bu sammit həm də geosiyasi mesaj daşıyır. Rusiya ilə Azərbaycanın münasibətlərinin gərginləşdiyi, eyni zamanda Qazaxıstanın da Moskva ilə problemlər yaşadığı bir dövrdə Türk liderlərinin Qəbələdə toplanması, Türk birliyinin siyasi müstəqilliyini və iradəsini nümayiş etdirir.

Bu, eyni zamanda İrana da aydın siqnaldır – Türk dünyasının birləşməsi artıq qarşısıalınmaz tarixi prosesdir.

Yeni dünya düzənində Türk Dövlətləri Təşkilatı
Türk Dövlətləri Təşkilatı təkcə regionun deyil, artıq qlobal siyasətin də oyunçusuna çevrilməkdədir. Gənc və dinamik əhalisi, strateji yerləşməsi, enerji və ticarət yollarına nəzarəti ilə TDT gələcəkdə bölgələrarası balans yaradan, münaqişələrin qarşısını alan və beynəlxalq sabitliyə töhfə verən bir quruma çevrilə bilər.

Bu potensialı reallığa çevirən əsas qüvvə isə Azərbaycan və Türkiyə tandemidir.

Qəbələ sammiti sadəcə bir görüş deyil – Türk dünyasının gələcək xəritəsini çəkən strateji toplantıdır.

Burada veriləcək qərarlar gələcək onilliklərdə Avrasiyanın enerji, təhlükəsizlik və diplomatik arxitekturasını müəyyən edə bilər.

Yeni dünya düzəni formalaşır.

Və bu düzənin mərkəzində Türk Dövlətləri Təşkilatı, onun ilhamverici nüvəsi kimi isə Azərbaycan və Türkiyə dayanır.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

iqtisadiyyat
19 fev 2025 | 17:22

Türk Dövlətləri kapitalı 600 milyona çatdırdı - RAZILIQ


iqtisadiyyat
3 noy 2023 | 16:32

Türk dövlətləri ilə 15 milyard dollarlıq hədəf


siyaset
6 iyl 2024 | 16:50

İlham Əliyev: XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır


siyaset
10 iyn 2024 | 17:22

Azərbaycan türk birliyi prosesində daha ön sıradadır - ŞƏRH


siyaset
3 noy 2023 | 14:14

İlham Əliyev: “Bu gün TDT beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir”


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
12:46 0
Prezident Hakan Fidanı qəbul etdi - Foto
12:13 0
Türkiyənin ən yaxın 5 dostu müəyyənləşdi – Sorğudan maraqlı nəticələr
12:08 0
Bakının işğaldan azad edilməsindən 108 il ötür
12:00 0
Azərbaycanda Bilik Günüdür
11:47 0
Prezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - Fotolar
11:27 1
Azərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı - Fotolar
10:54 0
Hikmət Hacıyevdən ABŞ ilə bağlı SON DƏQİQƏ açıqlamaları
10:46 0
Bakıda və rayonlarda şok əməliyyat: Külli miqdarda silah-sursat tapıldı

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə