Prezident Hakan Fidanı qəbul etdi - Foto Türkiyənin ən yaxın 5 dostu müəyyənləşdi – Sorğudan maraqlı nəticələr Bakının işğaldan azad edilməsindən 108 il ötür Azərbaycanda Bilik Günüdür Prezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - Fotolar Azərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı - Fotolar Hikmət Hacıyevdən ABŞ ilə bağlı SON DƏQİQƏ açıqlamaları Bakıda və rayonlarda şok əməliyyat: Külli miqdarda silah-sursat tapıldı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

ABŞ Zəngəzur dəhlizinə niyə can atır: "Rusiyasız Qafqaz" ssenarisi reallığa çevrilir

15-07-2025, 12:00 114

ABŞ Zəngəzur dəhlizinə niyə can atır: "Rusiyasız Qafqaz" ssenarisi reallığa çevrilir


Cənubi Qafqaz yeni geopolitik savaş mərhələsinə keçid edir, indi bu region sadəcə üç dövlətin deyil, ümumiyyətlə, qlobal güclərin maraq zonasına çevrilib... ABŞ-ın bu regionda aktivləşməsi geostrateji qütbləşməni dərinləşdirə, geopolitik balansı dəyişə, Cənubi Qafqazı Rusiyanın təsir dairəsindən həmişəlik qopara bilər...
"Yeni Müsavat" xəbər verir ki, Cənubi Qafqaz regionunda geopolitik rəqabət artıq qarşıdurma mərhələsinə keçmək üzrədir. Belə ki, ABŞ və Qərbin bu regionda kifayət qədər fəallaşdığı müşahidə olunur. Xüsusilə də, ABŞ Rusiyanın maraq dairəsində olan regional geopolitik, geoiqtisadi və geostrateji proseslərə birbaşa müdaxilə etməyə çalışır. Və bu, Tramp adminstrasiyasının Cənubi Qafqazın Rusiya təsirindən tamamilə uzaqlaşdırılmasında maraqlı olduğunu göstərir.

Onu da qeyd etmək lazımdır ki, Ağ Evdə Rusiya ilə geopolitik rəqabətin ən önəmli faktorlarını tam dəqiqliyi ilə müəyyən ediblər. Belə ki, Tramp adminstrasiyası Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına dəstək mesajları verməyə başlayıb. Buna paralel olaraq, ABŞ Cənubi Qafqazın gələcək taleyini təyin edəcək Zəngəzur dəhlizinə də xüsusi maraq göstərir. Və bu regional geoiqtisadi layihədə Rusiyanın iştirak şansını bloklamağa cəhd edir.

Məsələ ondadır ki, ABŞ-ın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi hazırda Cənubi Qafqazda geosiyasi balansı yenidən nəzərdən keçirməyə ehtiyac yaradır. Ağ Evin bu məsələ ilə bağlı rəsmi açıqlamaları, eləcə də, qeyri-rəsmi təklifləri bölgədə böyük güclərin qarşıdurmasının yeni fazaya keçmək üzrə olduğunu göstərir. Belə ki, son vaxtlar ABŞ-ın Zəngəzur dəhlizi ilə bağlı mövqeyinə dair fərqli və bəzən bir-birinə zidd məlumatlar yayılmaqdadır.



Maraqlıdır ki, “Armenpress”in yaydığı məlumata görə, ABŞ Dövlət Departamenti Tramp administrasiyasının Ermənistan və Azərbaycana Zəngəzur dəhlizi ilə bağlı təkliflər verdiyi barədə iddialara münasibət bildirməkdən yayınıb. Bununla yanaşı, Dövlət Departamenti ABŞ-ın Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsində maraqlı olduğunu da vurğulayıb.Və bu, Ağ Evin qeyri-rəsmi olaraq, bu məsələyə yönəlik fəaliyyətindən xəbər verir.

Digər tərəfdən, “Middle East Eye” portalı ABŞ-ın Türkiyədəki səfiri Tom Baraka istinadən iddia edib ki, Ağ Ev Zəngəzur dəhlizinə 100 il müddətinə nəzarəti üzərinə götürmək barədə təkliflə çıxış edib. ABŞ səfiri Tom Barakın sözlərinə görə, bu təklif Azərbaycan və Ermənistan arasında etimadın formalaşdırılması, bölgədə nəqliyyat infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır. Və belə ziddiyyətli açıqlamalar ABŞ-ın regiondakı konkret planları barədə müəyyən suallar doğurur.

Onu da qeyd etmək lazımdır ki, Zəngəzur dəhlizi Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək strateji nəqliyyat-kommunikasiya xətt olaraq, gündəmə gətirilib. Ancaq Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci ildə imzalanmış üçtərəfli 10 noyabr anlaşmasında bu dəhlizin açılması nəzərdə tutulsa da, hələ də siyasi və texniki detallar ucbatından reallaşmamış qalmaqdadır.

Son vaxtlar isə bu geostrateji layihə Cənubi Qafqaza can atan qlobal güclər arasında yeni “böyük oyun”un tərkib hissəsinə çevrilməyə başlayıb. Rusiya məhz üçtərəfli 10 noyabr anlaşmasına istinadən bu dəhlizə nəzarət etmək istəyir və bölgədəki rolunu qorumaq üçün yeni təsir mexanizmi yaratmağa çalışır. İran bu dəhlizi özünün şimal nəqliyyat qovşaqlarına və Ermənistanla münasibətlərinə təhlükə kimi qiymətləndirir. ABŞ isə görünür, mövcud ziddiyyətli situasiyadan istifadə edərək, Cənubi Qafqazda öz təsir imkanlarını genişləndirmək niyyətinə düşüb.



ABŞ səfirinin 100 il müddətinə dəhlizə nəzarət təklifi barədə danışması neqativ məzmunlu reaksiyalara da səbəb verib. Çünki beynəlxalq hüquqi konvensiyalara zidd ola biləcək belə uzunmüddətli razılaşmalar, xüsusilə də, üçüncü ölkələrin suveren ərazilərində müəyyən qəliz situasiyalar vəd edir. Üstəlik, Ağ Evin təklifi həm də regional qonşularda - Rusiya və İranda ciddi narahatlıq doğurub. Və bu dövlətlər ABŞ-ın regionda fəallaşmasını öz maraqlarına qarşı real təhlükə kimi qiymətləndirir.

Təbii ki, hazırda cərəyan edən proseslər "ABŞ nəyə nail olmaq istəyir" sualını doğurur. Çünki ABŞ-ın Cənubi Qafqaz strategiyası son illərdə daha çox Rusiya və İranın regionda təsir mexanizmlərini zəiflətmək, eyni zamanda, Çinin “Bir Kəmər – Bir Yol” təşəbbüsünə qarşı alternativ nəqliyyat xətləri qurmaq məqsədi daşıyır. Bu baxımdan, Zəngəzur dəhlizi ABŞ üçün Türkiyə və Azərbaycan vasitəsilə Avrasiya ticarət yollarına birbaşa çıxış imkanları açır.

Eyni zamanda, ABŞ-ın geostrateji hədəfləri sırasında Çinlə rəqabətdə Orta Dəhliz strategiyasının möhkəmləndirilməsi də yer alır. Buna əlavə olaraq, ABŞ-ın gələcək planları arasında İranın şimal nəqliyyat izolyasiyası və Rusiya-Ermənistan əlaqəsinin zəiflədilməsi kimi strateji məqsədlər də olmamış deyil. Və bu hədəflər yalnız yaxın deyil, həm də daha uzaq perspektivə yönəlik planları da əhatə edir.



Maraqlıdır ki, mövcud situasiyada ən əlverişsiz vəziyyət Ermənistanın payına düşür. Çünki hazırda Ermənistan iki qəliz seçim arasında sıxışıb qalan dövlət durumuna düşmüş kimi görünür. Ona görə də, rəsmi İrəvan hələlik tərəddüd içərisindədir. Belə ki, bir tərəfdən, ABŞ və Qərbin dəstəyi Ermənistanın Rusiya asılılığından çıxmaq cəhdlərinə yardım edə bilər.

Digər tərəfdənsə, ABŞ kimi üçüncü bir ölkəyə dəhlizdə nəzarət hüququnun verilməsi Ermənistan üçün suverenlik və daxili siyasi sabitlik baxımından, risk təşkil edir. Onu da qeyd etmək lazımdır ki, rəsmi İrəvan son vaxtlar Qərbə inteqrasiyanı prioritet elan edib. Və bu baxımdan, ABŞ-ın təklifinə “diqqətlə yanaşacağı” istisna deyil.

Bütün bunlar onu göstərir ki, Cənubi Qafqaz yeni geopolitik savaş mərhələsinin astanasındadır. Zəngəzur dəhlizi ətrafında yaranmış situasiya bir daha sübut edir ki, Cənubi Qafqaz sadəcə üç dövlətin deyil, qlobal güclərin maraq zonasıdır. ABŞ-ın bu regionda aktivləşməsi geostrateji qütbləşməni dərinləşdirə, geopolitik balansı dəyişə və yeni qarşıdurmalar üçün münbit şərait yarada bilər. Və əgər, ABŞ-ın Zəngəzur dəhlizi ilə bağlı təklifi real geopolitik gündəmdə ön plana keçirilərsə, Cənubi Qafqazın "qapılar"ının Rusiyanın üzünə həmişəlik bağlanması qaçılmaz olacaq.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

siyaset
6 sen 2024 | 12:00

Azərbaycan, Türkiyə və Rusiya Zəngəzurda birləşir: Dəhliz Kremlin əsas müttəfiqini yeni düşmənə çevirir


siyaset
1 fev 2025 | 12:00

Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır: Ermənistan isə geri çəkilir, Zəngəzur dəhlizinin önü açılır


siyaset
13 iyn 2024 | 12:00

Azərbaycan Zəngəzur hədəfinə yaxındır: Bakı ABŞ, AB və Ermənistana şərtləri diqtə edir


siyaset
5 avq 2024 | 13:00

Qafqaz masası ABŞ və Avropa Birliyini də "düşmənə" çevirir: Zəngəzur dəhlizi Qərb üçün yeni "nifaq alması"dır


siyaset
30 avq 2024 | 12:00

Rusiya Türk İttifaqına yaxınlaşmağa məcburdur: Əks halda, Zəngəzur dəhlizi Qərbin əlinə keçəcək


siyaset
30 avq 2024 | 12:00

Rusiya Türk İttifaqına yaxınlaşmağa məcburdur: Əks halda, Zəngəzur dəhlizi Qərbin əlinə keçəcək


siyaset
27 okt 2023 | 12:17

Bakı İrəvanı Qafqazdakı layihələrə buraxmır: Ermənistan Zəngəzur dəhlizi üçün yalvaracaq


siyaset
26 iyl 2024 | 12:00

ABŞ və Qərbin strateji hədəfi Zəngəzur dəhlizini ələ keçirtməkdir: Bu, yeni dünya düzənində həlledici faktora çevriləcək


siyaset
30 may 2025 | 12:11

ABŞ Qafqazda yenə Rusiya ilə savaşa başlayır: Azərbaycan hər iki nəhəngin məğlub olmasında maraqlıdır


siyaset
27 may 2025 | 12:00

Kremlin “Zəngəzur savaşı”: Anlaşma qüvvədən düşür, dəhliz indi Rusiya üçün əlçatmazdır


siyaset
2 avq 2024 | 12:17

ABŞ-ın Orta Asiya planı Bakının geopolitik iradəsinə bağlıdır: Ağ Evin strateji hədəfləri Ermənistanı təhdid edir


siyaset
9 dek 2023 | 12:09

Əliyevin Zəngəzur mesajları son xəbərdarlıqdır: Ermənistan “kollaps vəziyyəti”nə düşür


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
12:46 0
Prezident Hakan Fidanı qəbul etdi - Foto
12:13 0
Türkiyənin ən yaxın 5 dostu müəyyənləşdi – Sorğudan maraqlı nəticələr
12:08 0
Bakının işğaldan azad edilməsindən 108 il ötür
12:00 0
Azərbaycanda Bilik Günüdür
11:47 0
Prezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - Fotolar
11:27 1
Azərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı - Fotolar
10:54 0
Hikmət Hacıyevdən ABŞ ilə bağlı SON DƏQİQƏ açıqlamaları
10:46 0
Bakıda və rayonlarda şok əməliyyat: Külli miqdarda silah-sursat tapıldı

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə