Hikmət Hacıyevin Qarabağda göstərdiyi faktlar İrəvanı silkələdi – Bu addımı atmağa məcbur oldular Daşınmaz əmlak bazarında YENİ VƏZİYYƏT: Kirayə bahalaşır, satış qiymətləri isə... ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı? Prezident Hakan Fidanı qəbul etdi - Foto Türkiyənin ən yaxın 5 dostu müəyyənləşdi – Sorğudan maraqlı nəticələr Bakının işğaldan azad edilməsindən 108 il ötür Azərbaycanda Bilik Günüdür Prezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - Fotolar
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Qərbin Qafqazda dağıdıcı "xaos planı" son mərhələyə keçirilib: Kreml İrəvanın "ipini çəkməzsə", Rusiya regionu itirəcək

25-09-2024, 12:00 174

Qərbin Qafqazda dağıdıcı "xaos planı" son mərhələyə keçirilib: Kreml İrəvanın "ipini çəkməzsə", Rusiya regionu itirəcək


Həm ABŞ və Qərbin, həm də Ermənistanın hərbi-siyasi gərginliyi ortaq şəkildə artırmaq cəhdləri hazırda o qədər də gözlənilməz deyil... Vaxtilə Rusiyanın fəal dəstəyi ilə Azərbaycan ərazilərini işğal etmiş Ermənistan indi də məhz ABŞ və Qərbin yardımları ilə revanşist xəyallar qurur...
Cənubi Qafqaz regionu ətrafında qəliz geopolitik oyunlar həlledici mərhələyə doğru yönəltməyə başlayıb. Üstəlik, bu məkrli geopolitik oyunlar iki istiqamət üzrə inkişaf edir. Birinci istiqamətin ssenari müəllifi rolunda məhz ABŞ və Qərb çıxış edir. Və Cənubi Qafqaz regionu üçün ən böyük təhlükə də məhz bu istiqamətdən qaynaqlanır.

Onu da qeyd etmək lazımdır ki, Rusiya da artıq Cənubi Qafqazda baş verənlərin təhlükəli istiqamətlər almağa başlamasından ciddi şəkildə narahatdır. Çünki Kremldə anlayırlar ki, belə davam edərsə, bu region Rusiyanın təsir dairəsindən tamamilə çıxarılmış olacaq. Və nəticədə Rusiya onilliklər boyu hegemoniya qurduğu Cənubi Qafqazda regiondan kənar dövlətə çevrilə bilər.

Qərbin Qafqazda dağıdıcı "xaos planı" son mərhələyə keçirilib: Kreml İrəvanın "ipini çəkməzsə", Rusiya regionu itirəcək


Təbii ki, Kremlin Cənubi Qafqazda yenidən fəallaşaraq, geopolitik təşəbbüsü Rusiyanın nəzarətinə qaytarmaq cəhdləri qətiyyən təsadüfi deyil. Hər halda, Rusiya öz tarixində ilk dəfə Cənubi Qafqazdan çıxarılmaq təhlükəsi ilə üz-üzə qalıb. Üstəlik, Kreml indiki situasiyada böyük ölçüdə hazırlıqsız tərəf kimi görünür. Və bu səbəbdən də, Kreml daha qətiyyətli davranmaqla, geopolitik situasiyanı Rusiyanın xeyrinə dəyişməyə nail ola biləcəyinə də hələ ümidini tam itirməyib.

Ancaq Kremldə onu da anlayırlar ki, hazırda Rusiyanın Cənubi Qafqazdakı maraqlarını böyük risk altına salan əsas region ölkəsi rolunda məhz Ermənistan çıxış edir. Yəni, rəsmi İrəvan israrla Rusiyadan uzaqlaşma siyasi kursunu davam etdirməyə çalışır. ABŞ və Qərbin Ermənistana maliyyə və hərbi-siyasi dəstəyi rəsmi İrəvanın Rusiya əleyhinə manevr imkanlarını nisbətən genişləndirir. Və bu səbəbdən də, Kreml ilk növbədə tədricən Qərbin siyasi müstəmləkəsinə çevrilməyə başlayan Ermənistana xəbərdarlıq etmək məcburiyyətində qalıb.

Maraqlıdır ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova Paşinyan hakimiyyətinin Ermənistanı böyük fəlakətə doğru sürükləyən siyasi kursdan dərhal imtina etməyə çağırıb. Rusiya diplomatiyasının təmsilçisi Kremlin Ermənistanı ABŞ və Qərbə belə asanlıqla, güzəştə getməyəcəyinə, ən həlledici məqamda radikal reaksiya veriləcəyinə də üstüörtülü eyham vurub. Və bu, o deməkdir ki, son vaxtlar Kreml rəsmi İrəvanı vaxtaşırı dolayısı yolla təhdid etmək ehtiyacı duyur.

Qərbin Qafqazda dağıdıcı "xaos planı" son mərhələyə keçirilib: Kreml İrəvanın "ipini çəkməzsə", Rusiya regionu itirəcək


Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Ermənistanın ABŞ və Qərb tərəfindən silahlandırılmasının da təhlükəli proses olduğunu vurğulamaqdan özünü saxlaya bilməyib. Halbuki, Kreml onilliklər boyu Ermənistanı silahlandıran tərəf rolunda çıxış edib. Böyük ehtimalla indi rəsmi İrəvanın Kremlin təsir dairəsindən çıxmaq cəhdləri fonunda Ermənistanın silahlandırılması Rusiya üçün əlavə problem faktoruna çevrilməyə başlayıb. Və bu səbəbdən də, Kreml açıq mətnlə bəyan edir ki, Qərbin Ermənistanı silahlandırması son nəticədə Cənubi Qafqazda yeni savaş təhlükəsi yaradır.

Belə anlaşılır ki, Kreml nəhayət, əsl reallığı tam dəqiqliyi ilə dəyərləndirmək qərarına gəlib. Xüsusilə də, ABŞ və Qərbin Ermənistanı silahlandırmaqla, güddüyü əsas məqsədi açıq mətnlə ifadə edir. Çünki ABŞ və Qərbin Ermənistan üzərindən Cənubi Qafqazda sabitliyi pozmağa, hərbi-siyasi xaos vəziyyəti yaratmağa çalışdığı inkaredilməz reallıqdır. Və Qərb siyasi dairələrinin bu məkrli geopolitik oyunları yalnız Azərbaycana deyil, Rusiyaya da ciddi problemlər yarada bilər.

Məsələ ondadır ki, Cənubi Qafqazda növbəti savaşın başlayacağı təqdirdə, ilk növbədə Rusiyanın regional mövqeləri böyük ölçüdə öz əhəmiyyətini itirə bilər. Ukraynada "savaş bataqlığı"na salınmış Kreml üçün Rusiyanın sərhədləri ətrafında daha bir hərbi münaqişə geopolitik kataklizmlər vəd edir. Hər halda, Kremlin Rusiyanın cənub sərhədlərində baş verən hərbi-siyasi hadisələrə müdaxilə imkanları hazırda o qədər də geniş deyil. Və bu baxımdan, Cənubi Qafqazda növbəti savaş Rusiyaya qarşı ikinci cəbhənin açılması effektini də verə bilər.

Onu da nəzərə almaq lazımdır ki, yeni Cənubi Qafqaz müharibəsi əslində, müəyyən mənada, ABŞ və Qərbin bu regiona yerləşməsinə yol aça biləcək əsas hərbi-siyasi faktordur. Əgər, ABŞ və Qərb Ermənistanı yeni müharibəyə hazırlamağa nail olarsa, rəsmi İrəvanı belə bir hərbi avantüraya yönəltmək elə də ciddi çətinlik törətməz. Çünki erməni düşüncə tərzi yalnız "ideoloji xəyallar" üzərində indeksləşib.

Qərbin Qafqazda dağıdıcı "xaos planı" son mərhələyə keçirilib: Kreml İrəvanın "ipini çəkməzsə", Rusiya regionu itirəcək


Halbuki, erməni düşüncə tərzində "ideoloji xəyallar"ın mümkün nəticələrinin və ya reallaşdırılma variantlarının araşdırılması ilə bağlı vərdiş yoxdur. Yəni, ermənilər adətən, öz absurd "xəyallar"ının böyük dövlətlərin maraqlarına xidmət etməklə, reallaşa biləcəyinə inanmağa meyilli toplumdur. Halbuki, hər dəfə bu səbəbdən ağır zərbələrə məruz qaldıqlarını anlamağa qətiyyən həvəs göstərmirlər. Və Qərb siyasi dairələrinin hazırda Ermənistanı silahlandırması da rəsmi İrəvanı bu baxımdan, tamamilə revanşist "ideoloji xəyallar"ın reallaşa biləcəyinə ümidlındirib.

Bütün bunları nəzərə aldıqda, həm ABŞ və Qərbin, həm də Ermənistanın hərbi-siyasi gərginliyi ortaq şəkildə artırmaq cəhdləri hazırda o qədər də gözlənilməz deyil. Rəsmi İrəvan vaxtilə Rusiyanın dəstəyi ilə Azərbaycana qarşı hərbi işğalçılıq siyasəti yürüdürdü. İndi isə Ermənistan ABŞ və Qərbin dəstəyi və yardımları ilə Azərbaycana qarşı revanşist xəyallar qurmağa çalışır.

ABŞ və Qərb isə Ermənistandan geopolitik alət kimi istifadə edərək, Cənubi Qafqazı qarışdırıb, xaos vəziyyəti yaratmaqla, bu regionda tamamilə yerləşmək niyyəti güdür. Bu baxımdan, Rusiyanın regiondan sıxışdırılıb, çıxarılması məqsədilə həlledici mərhələyə keçid ehtimalı artmış kimi görünür. Və indi Rusiyanın Cənubi Qafqazdakı maraqlarının taleyi Kremlin yaxın vaxtlarda verəcəyi çevik geopolitik qərarlardan birbaşa asılı olacaq.(Musavat.com)

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

siyaset
27 noy 2023 | 12:30

İrəvan Kremllə müttəfiqliyi pozdu: Ermənistan Rusiya və KTMT-nın legitim hərbi hədəfinə çevrilir


siyaset
22 avq 2024 | 13:00

Rusiya Qərbə Zəngəzur savaşı açır: Kreml Ermənistana qarşı cəza mexanizmini də işə salır


siyaset
7 noy 2023 | 12:00

İrəvanın Qərbə ümidləri boşa çıxır: Rusiya hərbi müdaxilə edəcək, ABŞ kənara çəkiləcək


siyaset
27 iyl 2024 | 13:09

ABŞ və Qərb Ermənistanla bağlı qorxunc reallığı niyə etiraf etdi: Rusiya ilə müttəfiqlik "körpüləri" uçurulsa...


siyaset
4 apr 2024 | 12:00

İrəvan KTMT-dən, Rusiya isə Ermənistandan çıxır: Kreml Qafqazı ABŞ və Qərbə uduzur


siyaset
30 apr 2024 | 12:00

“Qafqaz qambiti”ni Ağ Ev başlatdı, Bakı bitirdi: Ermənistan isə yeganə məğlub tərəf durumuna düşdü


siyaset
7 mar 2024 | 13:00

Kremlin səbri tükəndi, İrəvana ultimatum verdi: Rusiyanın “erməni planı” artıq Putinin masası üzərindədir


siyaset
4 iyn 2024 | 13:00

Ermənistan Rusiyanın “təhlükəsizlik çətiri” altına qayıldır: Paşinyan ABŞ və Qərbə də xəyanət edir


siyaset
19 sen 2024 | 12:00

Ermənistan “çarpaz zərbə”yə məhkumdur: Paşinyan Qərblə Rusiya arasında seçim şansını itirir


siyaset
2 avq 2024 | 12:17

ABŞ-ın Orta Asiya planı Bakının geopolitik iradəsinə bağlıdır: Ağ Evin strateji hədəfləri Ermənistanı təhdid edir


siyaset
29 avq 2024 | 12:17

Qərb Qafqazda “dəhşətli payız” planına başlayır: İrəvan Rusiyanı düşmən elan edəcək


siyaset
23 sen 2024 | 12:00

Paşinyan Əliyevdən enerji istəyir: Bakı Rusiyadan qaçan İrəvanı "qaza gətirəcəkmi"


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
17:22 0
Hikmət Hacıyevin Qarabağda göstərdiyi faktlar İrəvanı silkələdi – Bu addımı atmağa məcbur oldular
17:00 0
Daşınmaz əmlak bazarında YENİ VƏZİYYƏT: Kirayə bahalaşır, satış qiymətləri isə...
16:39 0
ABŞ Ermənistanı döyüşə hazırlayır – Kimə və nəyə qarşı?
12:46 0
Prezident Hakan Fidanı qəbul etdi - Foto
12:13 0
Türkiyənin ən yaxın 5 dostu müəyyənləşdi – Sorğudan maraqlı nəticələr
12:08 0
Bakının işğaldan azad edilməsindən 108 il ötür
12:00 0
Azərbaycanda Bilik Günüdür
11:47 0
Prezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - Fotolar

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə