Dünyada neft şoku - Ərəblərin əsas kəməri sıradan çıxdı Əli Nağıyev Çinə getdi - Foto ABŞ-dan ANONS: Bakı ilə İrəvan sazişi BU TARİXDƏ imzalayacaq Hakan Fidan Dəməşqə GETDİ - İsrail ordusu hücuma keçdi İran ABŞ-yə qarşı 1000-dən çox batalyon yaradır - 31,5 MİLYON müraciət Zelenski öz keçmiş mətbuat katibini “Rusiya təbliğatçısı” ELAN ETDİ Bulvarda suyun səthi təmizlənir Dini liderlər Azərbaycan Prezidentinə müraciət etdilər
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

ABŞ və Qərb Ermənistanla bağlı qorxunc reallığı niyə etiraf etdi: Rusiya ilə müttəfiqlik "körpüləri" uçurulsa...

27-07-2024, 13:09 425

ABŞ və Qərb Ermənistanla bağlı qorxunc reallığı niyə etiraf etdi: Rusiya ilə müttəfiqlik "körpüləri" uçurulsa...


Qərb siyasi dairələri hesab edirlər ki, Ermənistan iqtisadiyyatı və təhlükəsizlik sistemi tamamilə Rusiyadan asılı vəziyyətdədir... ABŞ, Avropa Birliyi və Fransa isə rəsmi İrəvana bu asılılıqdan çıxmaq üçün hələlik alternativ maliyyə-iqtisadi və hərbi resurslar təklif etmək imkanından uzaqdır...
Cənubi Qafqaz ətrafında qəliz və məkrli oyunlar getdikcə intensivləşir. ABŞ və Qərb bu regionu qarışdırmaqda israrlı davranır. Cənubi Qafqazda sülh prosesini dəstəklədiyini hər imkanda vurğulayan ABŞ və Avropa Birliyi buna paralel olaraq, birmənalı şəkildə hərbi-siyasi gərginliyin artırılmasına yönəlik addımlar atır. Və bu, o deməkdir ki, Qərb siyasi dairələri regional sülh prosesi üzərindən öz maraqları çərçivəsində manipulyasiyalar etməklə məşğuldurlar.

Onu da qeyd etmək lazımdır ki, hazırda ABŞ və Avropa Birliyinin bu manipulyasiyalarına yalnız Ermənistan xidmət göstərir. Üstəlik, rəsmi İrəvan Ermənistanı tamamilə ABŞ, Avropa Birliyi və Fransanın idarəçiliyinə verib. Və Qərbdən verilən bütün təlimatlara uyğun addımlar atmağa çalışır.

Hazırda Qərb siyasi dairələri Ermənistanı sülh prosesindən növbəti dəfə uzaqlaşdırmağa nail olub. Rəsmi İrəvan ABŞ, Avropa Birliyi və Fransanın hərbi-texniki dəstəyinə şirniklənərək, Cənubi Qafqazda qüvvələr nisbətini Ermənistanın xeyrinə dəyişə biləcəyinə ümid bəsləyir. Və bu baxımdan, Paşinyan hakimiyyətinin hələ də revanşizmə meyilli olduğu qətiyyən şübhə doğurmur.

Ancaq bir önəmli məqam da mövcuddur ki, Qərb siyasi dairələri Ermənistana hərbi-siyasi dəstək verərkən, ilk növbədə öz geopolitik maraqlarının təmin olunması üzərində plan qururlar. Yəni, Qərbdə hərbi-siyasi xeyriyyəçilik ənənəsi mövcud deyil. Və Ermənistan ilk növbədə Qərbin geopolitik maraqlarına xidmət etmək barədə düşünmək məcburiyyətindədir.

Halbuki, bu, o qədər də asan məsələ deyil. Belə ki, hazırda ABŞ və Avropa Birliyinin geopolitik maraqları Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb, çıxarılmasını tələb edir. Hələlik bu prosesin məhz Ermənistanın timsalında reallaşdırılmasına üstünlük verilir. Çünki Rusiyanın Cənubi Qafqazdakı dayaq mexanizmləri məhz Ermənistanda yerləşir. Və Ermənistan bütövlükdə Rusiyanın regional istinad məkanıdır.

Maraqlıdır ki, hazırda ABŞ və Avropa Birliyi Ermənistandan məhz Rusiya ilə hərbi-siyasi müttəfiqliyi pozmağı tələb edir. Bu tələbin detalları sırasına isə Ermənistanın Avrasiya İqtisadi İttifaqından və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması da daxildir. Yəni, rəsmi İrəvan Ermənistana verilən dəstək vədləri ilə bağlı müəyyən aydınlığın yaranması üçün Qərbdən gələn bu tələbləri mütləq icra etməlidir. Və bu, əslində, Ermənistan olduqca riskli seçim xarakteri daşıyır.

Məsələ ondadır ki, Ermənistan iqtisadiyyatının Rusiyanın nəzarətinə olduğu inkaredilməz reallıqdır. Rəsmi İrəvan idxal-ixrac prosesində də Rusiyadan tam şəkildə asılı vəziyyətdədir. Əgər, Rusiya Ermənistan iqtisadiyyatının istehsal etdiyi məhsulları idxal etməzsə, bu, daxili böhrana yol aça bilər. Hətta Kreml hər an təzyiqi artırmaqla, Ermənistan iqtisadiyyatını ümumiyyətlə, çökdürmək imkanlarına da malikdir. Və bu, Ermənistanın tamamilə Kremlin verəcəyi qərarlardan asılı qondarma dövlət olduğunu təsdiqləyir.

Digər tərəfdən, Ermənistanda Rusiyanın hərbi bazaları mövcuddur. Kreml hər an həmin hərbi bazaları hərəkətə gətirməklə, Ermənistanı tam nəzarətə götürmək imkanlarını da öz əlində cəmləşdirir. Ermənistanın sərhədlərinin məhz Rusiya hərbi kontingenti tərəfindən qorunması isə rəsmi İrəvana əlavə təzyiq mexanizmləri də yaradır. Və belə örnəkləri artırmaq da mümkündür.

Hər halda, ABŞ və Qərbin rəsmi İrəvandan tərk olunmasını tələb etdiyi Avrasiya İqtisadi İttifaqı və KTMT da Ermənistanın mövcudluğunu qoruyub, saxlaya bilməsində əvəzolunmaz faktor rolunu oynayır. Belə ki, Avrasiya İqtisadi İttifaqı Ermənistan üçün geniş iqtisadi-ticari güzəştləri təmin edir. KTMT isə Ermənistanın hazırda daxil olduğu və aktuallığını qoruyub, saxlayan yeganə hərbi təhlükəsizlik sistemidir. Və rəsmi İrəvan belə situasiyada Rusiya ilə müttəfiqlik körpülərini uçurtmaq qərarı verərsə, bu, Ermənistan üçün ən real risk xarakteri daşıyan addım anlamı daşıya bilər.

Məsələ ondadır ki, ABŞ, Avropa Birliyi və Fransanın Ermənistana hərbi-texniki dəstəyi təhlükəsizliyin təmin olunması baxımından, qətiyyən yetərli deyil. Belə ki, hətta Qərbdə də qətiyyən gizlətmirlər ki, Ermənistan üçün hazırda ən real hərbi təhlükəsizlik sistemi məhz KTMT-da təmsilçiluklə bağlıdır. Çünki ABŞ və Qərbin Ermənistanın təhlükəsizliyinə təminat vermək imkanları geopolitik faktorlar ucbatından demək olar ki, mövcud deyil. Və KTMT-dan çıxacağı təqdirdə, Ermənistan yeganə təhlükəsizlik sistemindən kənarda qalaraq, müdafiə şanslarını itirmiş olacaq.

Eyni zamanda, Qərb siyasi dairələri çox ehtiyatla onu da etiraf edirlər ki, Ermənistan iqtisadiyyatı Rusiya və Avrasiya İqtisadi İttifaqından birbaşa asılı vəziyyətdədir. ABŞ və Avropa Birliyi bu duruma qısamüddətli alternativ təklif etmək imkanlarından uzaqdır. Yəni, bu, o deməkdir ki, Rusiyadan və Avrasiya İqtisadi İttifaqından uzaqlaşacağı təqdirdə, Ermənistanı düçar olacağı dərin böhrandan heç kim xilas edə bilməyəcək. Və bu baxımdan, rəsmi İrəvanın Qərbə inteqrasiya avantürasının nə qədər təhlükəli bir seçim olduğunu təxmin etmək qətiyyən çətin deyil.

Onu da qeyd etmək lazımdır ki, Kremldə də bu reallığı tam dəqiqliyi ilə bilirlər. Ona görə də, Ermənistanın Rusiyadan qopub, Qərbə yaxınlaşma cəhdlərinin heç bir müsbət nəticə verməyəcəyinə əmindirlər. Bu, Kremlin Paşinyan hakimiyyətinin avantürist davranışlarına səbrli yanaşmasını təmin edir. Yəni, Kreml rəsmi İrəvanın davamlı xəyanət addımlarına radikal məzmunda reaksiya verməyə tələsmir. Və Ermənistanın ipini çəkmək üçün ən uyğun zamanı gözləyir.

Bütün bunlara baxmayaraq, Paşinyan hakimiyyətinin bütün "qırmızı cizgiləri" aşan davranışları Kremlin vaxtaşırı qəzəblənməsinə də yol açır. Belə dövrlərdə Kreml əvvəlcə Ermənistana xəbərdarlıq üçün müxtəlif təzyiq mexanizmləri ilə priventiv zərbə vurur. Ardınca isə Paşinyan hakimiyyətinin Rusiya əleyhinə konkret addımlar atacağı təqdirdə, baş verə biləcəklərə təhdidvari eyhamlara əl atılır.

Xüsusilə də, Kreml Ermənistanın yeni tərəfdaşlıq axtarışlarına hörmətlə yanaşdığını vurğulayır. Ancaq eyni zamanda, bu tərəfdaşlıq axtarışlarının Rusiyaya qarşı yönələcəyi təqdirdə, üstüörtülü şəkildə radikal reaksiya verəcəyini qabardır. Yəni, Kreml hələlik yalnız təhdidlərlə Ermənistanın Rusiyadan uzaqlaşma şansının olmadığını rəsmi İrəvana anlatmağa çalışır. Və bu, o deməkdir ki, əgər, Paşinyan hakimiyyəti real təhlükəsizlik qarşılığı olmayan avantürist qərar vermək cəsarəti göstərərsə, atılan addımlar Ermənistan üçün bumeranq effekti ilə fəlakətli nəticələr verə bilər.(Yeni Müsavat)

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

siyaset
4 apr 2024 | 12:00

İrəvan KTMT-dən, Rusiya isə Ermənistandan çıxır: Kreml Qafqazı ABŞ və Qərbə uduzur


siyaset
18 iyl 2024 | 14:11

ABŞ və Avropa Birliyinə sarsıdıcı "erməni zərbəsi" uzaqda deyil: Paşinyan yenidən Rusiyanın orbitinə qayıtmaq planı qurur


siyaset
4 iyn 2024 | 13:00

Ermənistan Rusiyanın “təhlükəsizlik çətiri” altına qayıldır: Paşinyan ABŞ və Qərbə də xəyanət edir


siyaset
7 noy 2023 | 12:00

İrəvanın Qərbə ümidləri boşa çıxır: Rusiya hərbi müdaxilə edəcək, ABŞ kənara çəkiləcək


siyaset
13 may 2024 | 12:17

Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir


siyaset
27 noy 2023 | 12:30

İrəvan Kremllə müttəfiqliyi pozdu: Ermənistan Rusiya və KTMT-nın legitim hərbi hədəfinə çevrilir


siyaset
21 noy 2023 | 12:00

Kremlin “İrəvan planı” niyə təxirə salınıb: Rusiyanın Ermənistanı “vuracağı” tarix məlum oldu


siyaset
8 sen 2023 | 12:42

İrəvan Rusiyanı düşmən elan edib: Paşinyan Kremli ABŞ silahı ilə "vurur"


siyaset
11 mar 2024 | 12:22

Paşinyana Ağ Evdən məxfi qovluq göndərilib: İrəvan "Bolton planı"nın icrasına məcbur edilir


siyaset
7 mar 2024 | 13:00

Kremlin səbri tükəndi, İrəvana ultimatum verdi: Rusiyanın “erməni planı” artıq Putinin masası üzərindədir


siyaset
25 iyl 2024 | 12:00

Qərb Ermənistanın hərbi xərclərini Rusiyaya ödətdirir: İrəvanı Kremlin önünə atırlar, dağıdıcı toqquşmaya məcbur edirlər


siyaset
2 iyl 2024 | 13:00

Paşinyanın “Avropa blefi” də darmadağın oldu: İndi Ermənistanın taleyi Azərbaycandan asılıdır


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
15:00 0
Dünyada neft şoku - Ərəblərin əsas kəməri sıradan çıxdı
12:42 0
Əli Nağıyev Çinə getdi - Foto
12:37 0
ABŞ-dan ANONS: Bakı ilə İrəvan sazişi BU TARİXDƏ imzalayacaq
12:22 0
Hakan Fidan Dəməşqə GETDİ - İsrail ordusu hücuma keçdi
12:12 0
İran ABŞ-yə qarşı 1000-dən çox batalyon yaradır - 31,5 MİLYON müraciət
12:00 0
Zelenski öz keçmiş mətbuat katibini “Rusiya təbliğatçısı” ELAN ETDİ
11:40 0
Bulvarda suyun səthi təmizlənir
11:36 0
Dini liderlər Azərbaycan Prezidentinə müraciət etdilər

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə