Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video “Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq “Bu, Rusiya ilə müharibə deməkdir” “Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə...
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Putin Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək - FAKT BUDUR!

20-08-2024, 12:00 174

Putin Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək - FAKT BUDUR!


Rusiya Prezidenti Vladimir Putin Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün mətbuata açıq hissəsində iki ölkə arasında iqtisadi və humanitar əlaqələrin artan səviyyəsindən məmnun qaldığını söylədi. Prezidentlər iqtisadi əlaqələrin və ticarətin artımından da məmnun qaldıqlarını bildirdilər. Bunlar iki liderin son illər görüşlərdə səsləndirdikləri oxşar ifadələrdir.

Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Onun sözlərinə görə, Putinin Bakıda Ukrayna münaqişəsi və Cənubi Qafqaz barədə nə deyəcəyi maraqlı idi:

“Hər kəs yaxşı bilir ki, Rusiya da böhranlarla üz-üzədir, ilk növbədə Ukrayna istiqamətində... Lakin Rusiyanın son bir neçə ildə Cənubi Qafqazdakı vəziyyətə tarixən cəlb olunması bizə bu hadisələrdə iştirak etmək zərurətini diktə edir” deyən Putin bildirdi ki, Rusiyanın Cənubi Qafqazdakı hadisələrdə iştirakı əlbəttə ki, tərəflərin tələb etdiyi ölçüdə olacaq: “Buna heç bir şübhə yoxdur. Əgər biz Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmaq, məsələni sərhədin delimitasiyası, demarkasiyasına çatdırmaq üçün nəsə edə bilsək, logistika və iqtisadiyyat istiqamətində müvafiq blokları açsaq, buna çox şad olarıq”, - Rusiya lideri vurğulayıb.

Bu açıqlamadan hansı nəticə çıxır? Birincisi, Putin demək istədi ki, Rusiyanın əsas diqqəti və potensialı Ukrayna müharibəsinə yönəlsə də, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək. Onun Rusiya üçün indiki ağır vəziyyətdə Azərbaycana səfəri də bunu sübut edir. Vladimir Putin İlham Əliyevə onu da xatırlatdı ki, o Moskvaya qayıtdıqdan sonra Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışacaq və Bakı görüşünün təfərrüatını onun diqqətinə çatdıracaq. Aydındır ki, bunu diplomatik etiket tələb edir. Ancaq Putin bu cümləsiylə həm də onu deməyə çalışdı ki, Paşinyandan xoşu gəlməsə də, Azərbaycanla Ermənistan arasında balansı saxlayacaq. Putin Rusiyanın Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün fəaliyyət göstərəcəyini desə də, buna Bakının və İrəvanın ehtiyacı yoxdur. Ümumiyyətlə Bakı ilə İrəvanın vasitəçiyə ehtiyacı yoxdur, Bakı ilə İrəvan arasında danışıqlar vasitəçi olmadan davam edir, hökumətlərarası komissiya sərhəddə görüşür, xarici işlər nazirləri e-mail vasitəsilə sülh sazişinin mətnini müzakirə edirlər. Moskva Vaşinqton və Berlin kimi Azərbaycan və Ermənistan rəsmilərinin görüş yeri kimi seçilə bilər, ancaq İrəvan Rusiyanın vasitəçiliyinə müsbət yanaşmır. Rusiyanın Qarabağda konsulluq açmaq istəyi də reallıqla uzlaşmır”.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

siyaset
19 avq 2024 | 17:20

Putin: Rusiya Azərbaycanla Ermənistan arasında sülhün imzalanması üçün nəsə edə bilsə, şad olar


dunya
10 may 2024 | 17:24

Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."


dunya
9 fev 2024 | 13:29

Rusiya-Ukrayna razılığına əminəm - Putin


dunya
13 sen 2023 | 15:09

Putin Qafqazdakı riskə görə Paşinyandan “qorxur” - TƏFSİLAT


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
12:15 0
Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür
12:00 0
Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
10:33 0
Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video
10:28 0
“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
09:58 0
“Bu, Rusiya ilə müharibə deməkdir”
09:25 0
“Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
19:00 0
Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə
18:30 0
Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə...

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə