İcra başçısı dama qalxdı - VİDEO Avtomobil nəhəngləri böhran həddində: Yaxın 5 ildə hansı avto-markalar çökəcək? Taksi sürücüləri sabah imtahan verəcəklər İlham Əliyev açılışda iştirak edib - FOTOLAR Erməni mediası bir-birinə qarşı – Ceyhun Bayramovun sözləri üstündə savaş başladı Azərbaycanda mənzil almaq üçün 17 il işləmək lazımdır Süni intellektin tətbiqi genişləndirilməlidir - İlham Əliyev İlham Əliyev bu şəxsləri təltif etdi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Kamala Harris QALİB GƏLƏRSƏ... - TƏHLÜKƏ VARMI?

29-07-2024, 16:00 207

Kamala Harris QALİB GƏLƏRSƏ... - TƏHLÜKƏ VARMI?


"Kamala Harrisin ABŞ prezidenti olmasının Azərbaycana təhlükəli olması fikri bir qədər şişirdilmiş ideyadır".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri ABŞ-da demokratların namizədi Kamala Harrisin prezident olmasının Azərbaycana nə dərəcədə təhlükəli olması barədə suala cavabında deyib.

Ekspert bildirib ki, ABŞ kimi hegemon dövlətlərdə konkret bir şəxsin düşüncələrilə dövlət idarə olunmur:

"ABŞ-da dövlət maraqları öndədir. Onlar dövlət maraqları naminə hər kəslə əməkdaşlıq ediblər. Bu günün özündə də həmin istiqamətdə heç nə dəyişməyib. Bu gün demokrat donunu geyinənlər dünyada insan qırğınına yardım və stimul verirlər. Bayden məgər Harrisdən az ermənipərəst idi? Ona da erməni lobbisi, erməni kriminal dairələr yardım edirdi. Amma ötən illər ərzində Bayden belə heç nə edə bilmədi. Məhz Bayden dövründə Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini bərpa etdi, Qarabağda separatizmin kökünü birdəfəlik kəsdi. Kamala Harris və onun kimi digərləri gəlib gedə bilər".

Həmsöhbətimiz bildirib ki, Harrisin prezident olmasına fikir vermək lazım deyil:

"Fikir veriləcək tərəf varsa, o da biz özümüzük. Kimsə bizim üçün qorxulu deyil".

Qeyd edək ki, Amerikanın erməni lobbisi demokratların prezidentliyə namizədi olması gözlənilən Kamala Harrisdən öz maraqları naminə istifadə etməyə çalışır. Amerikadakı ən böyük erməni lobbi təşkilatı olan ANCA onu və Demokratlar Partiyasını şantaj edir.

Gələn xəbərə görə, üzdəniraq təşkilat Harrisə qarşı ultimatum irəli sürərək bildirib ki, onların "şərt"lərini yerinə yetirəcəyi təqdirdə Amerika ermənilərinin dəstəyinə arxalana bilər. Bundan başqa, indi onlar ermənilərin ABŞ-ın rəhbərliyi altında Qarabağa qaytarılması üzrə hansısa BMT missiyasının göndərilməsinə nail olmaq istəyirlər.

Xatırladaq ki, Kamala Harris hər zaman ermənipərəst mövqeyi ilə seçilib. Siyasi karyerasına başladığı ilk dövrlərdə 1915-ci il hadisələrinin "erməni soyqırımı" kimi tanınması üçün dəstək verib. O, 2019-cu ildə ABŞ senatında 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıyan qanun layihəsinə imza atıb.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

dunya
23 iyl 2024 | 09:37

“Simpsonlar” Kamala Harrisin prezident seçkilərində qələbəsini "proqnozlaşdırdı"


dunya
26 iyl 2024 | 12:02

Tramp Harrislə debatdan imtina etdi - Səbəb isə...


dunya
24 iyl 2024 | 11:28

Bayden bu gün xalqa müraciət edəcək


dunya
22 iyl 2024 | 11:47

“Bayden çətin, lakin güclü qərar verdi”


dunya
19 iyl 2024 | 15:30

Trampa atılan güllələrdən biri Ermənistana “dəyib” - İrəvanda təlaş


dunya
16 iyl 2024 | 15:30

Tramp İrəvanda panika yaratdı: Bakı ilə işləyəcək - NƏ BAŞ VERİR?


siyaset
28 fev 2024 | 09:43

Bayden: Yardım olmasa, Ukrayna üçün nəticələr pis olacaq


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
14:10 0
İcra başçısı dama qalxdı - VİDEO
14:00 0
Avtomobil nəhəngləri böhran həddində: Yaxın 5 ildə hansı avto-markalar çökəcək?
13:19 0
Taksi sürücüləri sabah imtahan verəcəklər
13:10 0
İlham Əliyev açılışda iştirak edib - FOTOLAR
09:14 0
Erməni mediası bir-birinə qarşı – Ceyhun Bayramovun sözləri üstündə savaş başladı
09:00 0
Azərbaycanda mənzil almaq üçün 17 il işləmək lazımdır
08:24 0
Süni intellektin tətbiqi genişləndirilməlidir - İlham Əliyev
08:19 0
İlham Əliyev bu şəxsləri təltif etdi

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə