Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq Azərbaycan dost, İsrail düşmən siyahısında İcra başçısı dama qalxdı - VİDEO Avtomobil nəhəngləri böhran həddində: Yaxın 5 ildə hansı avto-markalar çökəcək? Taksi sürücüləri sabah imtahan verəcəklər İlham Əliyev açılışda iştirak edib - FOTOLAR Erməni mediası bir-birinə qarşı – Ceyhun Bayramovun sözləri üstündə savaş başladı Azərbaycanda mənzil almaq üçün 17 il işləmək lazımdır
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

İlham Əliyev Cozef Baydeni təbrik edib

4-07-2024, 14:32 316

İlham Əliyev Cozef Baydeni təbrik edib


Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

4 İyul – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Azərbaycan Amerika Birləşmiş Ştatları ilə münasibətlərinə xüsusi əhəmiyyət verir. Ölkələrimiz mürəkkəb regional çağırışların həlli istiqamətində, terrorizmə qarşı mübarizə və beynəlxalq təhlükəsizlik məsələlərində hər zaman yaxından əməkdaşlıq ediblər. Enerji sahəsindəki uzunmüddətli və səmərəli birgə fəaliyyətimiz xüsusi əhəmiyyət kəsb edir. Birləşmiş Ştatların Azərbaycanın enerji strategiyasının gerçəkləşməsinə, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan Cənub Qaz Dəhlizinin reallaşmasına verdiyi qətiyyətli dəstəyini yüksək qiymətləndiririk.

Xalqlarımızın mənafeləri naminə qarşılıqlı maraq doğuran bütün sahələrdə, xüsusilə də iqlim dəyişmələri və yaşıl enerjiyə keçid məsələlərində ABŞ ilə birgə səylər göstərməyə hazır olduğumuzu vurğulamaq istəyirəm. ABŞ-nin noyabr ayında Bakıda keçiriləcək COP29-a, tədbir çərçivəsində ümumi iqlim məqsədlərinin irəli aparılması yolunda dəstəyi böyük əhəmiyyət kəsb edir. Biz eyni zamanda humanitar, mədəniyyət və turizm sahələrində, sivilizasiyalararası dialoqun təşviqində də Azərbaycan-ABŞ münasibətlərinin genişlənməsində maraqlıyıq.

Azərbaycan yeni geosiyasi reallıqlara və ədalətə əsaslanan, hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş və inklüziv Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasının tərəfdarıdır. Azərbaycan Ermənistan ilə sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarı olaraq sülh gündəliyinin irəli aparılması üçün daim siyasi iradə nümayiş etdirir. Ermənistan ilə münasibətlərin normallaşdırılmasına, bölgədə davamlı sülhün bərqərar edilməsi, sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-nin hər zaman dəstək vermək əzmini təqdir edirik.

Bu gün qarşılıqlı faydalı iqtisadi-ticari əlaqələrimizin şaxələndirilməsi, xüsusilə də yüksək texnologiyalar, rəqəmsal və yaşıl keçid, kənd təsərrüfatı, investisiyalar, aviasiya və digər sahələrdə əməkdaşlığımızın inkişaf etdirilməsi üçün böyük perspektivlər vardır.

İnanıram ki, dost və tərəfdaş olan Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələri əhatə edən sıx əməkdaşlığın ölkələrimizin maraqları və xalqlarımızın rifahı naminə bundan sonra da uğurla davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, Amerika Birləşmiş Ştatlarının dost xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

siyaset
22 fev 2024 | 11:27

İlham Əliyev Səudiyyə Ərəbistanının Kralına təbrik məktubu göndərib


siyaset
2 sen 2023 | 12:23

Azərbaycan Prezidenti vyetnamlı həmkarına təbrik məktubu göndərib


siyaset
28 noy 2023 | 11:40

İlham Əliyev Albaniya Prezidentini təbrik edib


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
14:29 0
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
14:22 0
Azərbaycan dost, İsrail düşmən siyahısında
14:10 0
İcra başçısı dama qalxdı - VİDEO
14:00 0
Avtomobil nəhəngləri böhran həddində: Yaxın 5 ildə hansı avto-markalar çökəcək?
13:19 0
Taksi sürücüləri sabah imtahan verəcəklər
13:10 0
İlham Əliyev açılışda iştirak edib - FOTOLAR
09:14 0
Erməni mediası bir-birinə qarşı – Ceyhun Bayramovun sözləri üstündə savaş başladı
09:00 0
Azərbaycanda mənzil almaq üçün 17 il işləmək lazımdır

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə