Fim.az » siyaset » Seçkilərdə YAP-ın səlahiyyətli nümayəndələrinin adları açıqlandı
Seçkilərdə YAP-ın səlahiyyətli nümayəndələrinin adları açıqlandı

Seçkilərdə YAP-ın səlahiyyətli nümayəndələrinin adları açıqlandı

Seçkilərdə YAP-ın səlahiyyətli nümayəndələrinin adları açıqlandı


Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib.

İclasda Milli Məclisə 2024-cü ilin sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planı təsdiq edilib. Bundan başqa Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahı yaradılıb və onun tərkibi təsdiqlənib.

İclasda YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və İdarə Heyətinin üzvü Arif Rəhimzadə səlahiyyətli nümayəndələr kimi təyin edilib.

Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə kimi təyin olunub.