Avtomobil nəhəngləri böhran həddində: Yaxın 5 ildə hansı avto-markalar çökəcək? Taksi sürücüləri sabah imtahan verəcəklər İlham Əliyev açılışda iştirak edib - FOTOLAR Erməni mediası bir-birinə qarşı – Ceyhun Bayramovun sözləri üstündə savaş başladı Azərbaycanda mənzil almaq üçün 17 il işləmək lazımdır Süni intellektin tətbiqi genişləndirilməlidir - İlham Əliyev İlham Əliyev bu şəxsləri təltif etdi Emin Əmrullayev dərslərlə bağlı ƏMR İMZALADI
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Qocalar qitəni "batırır": Avropa üçün uzunmüddətli fəlakət

15-02-2024, 09:30 453

Qocalar qitəni "batırır": Avropa üçün uzunmüddətli fəlakət


Ağ Ev Avropa Birliyinin və bu quruma üzv olan dövlətlərin təhlükəsizlik maraqlarının təmin edilməsində iştirakdan kənara çəkilə bilər... ABŞ-da keçiriləcək prezident seçkilərinin yekun nəticələri ən yaxşı halda, NATO-nun hansı sürətlə dağılacağını müəyyən edəcək, “qoca qitə”ni fəlakət dövrü gözləyir...

Dünyanın bütün diqqəti məhz ABŞ-a yönəlib. Qərb siyasi dairələri hesab edirlər ki, dünyanın gələcək taleyi böyük ölçüdə bu ilin noyabr ayında ABŞ-da keçiriləcək növbəti prezident seçkilərinin yekun nəticələrinə bağlıdır. Həmin nəticələr onilliklər boyu – ikinci dünya müharibəsindən sonra mövcudluq qazanmış beynəlxalq siyasi və hüquqi sistemin dağılmasına da yol aça bilər. Yəni, Qərbdə bir çoxları hazırda yeni dünya düzəninin hansı modeldə olacağının müəyyənləşməsini daha çox məhz ABŞ-da keçiriləcək seçkilərin nəticələri ilə əlaqələndirirlər.

Təbii ki, indi Qərb siyasi dairələrində ciddi narahatlıq və hətta buna əlavə olaraq, müəyyən məyusluq da hökm sürür. Çünki Bayden administrasiyasının Ağ Evi öz nəzarətində saxlaya biləcəyinə inanan sadəlövlərin sayı o qədər də çox deyil. Əksinə, prezident Co Baydenin öz əsas siyasi rəqibi olan Ağ Evin keçmiş sahibindən - ABŞ demokratlarının namizədi Donald Trampdan ictimai rəy sorğularında böyük fərqlə geri qalması xüsusilə də, Avropa Birliyi məkanında gələcəyə yönəlik pessimizmi gücləndirir. Və bu, Avropa ölkələrini məhz Bayden administrasiyasının seçki məğlubiyyətinin vəd etdiyi neqativ nəticələrə indidən hazırlaşmaq məcburiyyətində buraxıb.

Belə anlaşılır ki, Qərbdə artıq prezident Co Baydenin məğlubiyyəti və Donald Trampın isə qaçılmaz qələbəsi ilə barışmağa başlayıblar. Avropa Birliyi yeni dövrə hazırlaşmağa üstünlük verir. Üstəlik, ABŞ-da növbəti prezident seçkilərinin keçiriləcəyini Ağ Evin indiki sahibindən başqa hamının bilməsi də müəyyən təzadlar yaradır. ABŞ respublikaçıları iddia edirlər ki, Ağ Ev sahibi Co Bayden nəinki seçkilərin keçiriləcəyini, hətta ona davamlı xatırladılmasa, özünün prezident olduğunu da unutmuş durumdadır.

ABŞ respublikaçıları prezidentliyə namizədləyi təkrar irəli sürüləcək Ağ Ev sahibinin sağlıq durumu barədə seçicilərə məlumat verilməsini tələb etsələr də, demokratlar bu barədə ya susmağa, ya da suallardan müxtəlif bəhanələrlə yayınmağa üstünlük verirlər. Ancaq prezident Co Bayden ictimaiyyət qarşısına çıxarkən, qəribə hərəkətlər etməklə, hətta bəzi ölkələrin 15-20 il əvvəl dünyasını dəyişmiş siyasi liderləri ilə görüşdüyünü, beynəlxalq problemləri həll etdiyini söyləməklə, demokratları çətin vəziyyətə salır. Və nəticədə respublikaçılar demokratlara qarşı ABŞ-ın gələcək taleyi üzərindən siyasi hücum şansı qazanmış olurlar.

Ona görə də, ABŞ-da hər ötən gün daha da intensivləşən seçki rəqabətini fillərlə (respublikaçılar) eşşəklərin (demokratlar) savaşına bənzətmək olar. Müşahidələr isə onu göstərir ki, hələlik fillər eşşəkləri ayaqlarının altına salıb, amansızcasına tapdalayırlar. Avropa ölkələrini, eləcə də, ABŞ-ın digər hərbi-siyasi müttəfiqlərini qorxudan əsas məqam məhz bununla bağlıdır. Və indiyə qədər ABŞ-a böyük ümidlər bəsləmək vərdişləri olan dünya ölkələrinin bəziləri də fillərin ayaqları altında qalıb, əzilə biləcəklərindən narahatdırlar.

Qərb mətbuatı iddia edir ki, Avropa Birliyi bundan sonra daha ABŞ-a güvənə bilməz. Çünki ABŞ Avropa Birliyinin və bu quruma üzv olan dövlətlərin təhlükəsizlik maraqlarının təmin edilməsində iştirakdan kənara çəkilə bilər. ABŞ-da keçiriləcək prezident seçkilərinin yekun nəticələri isə ən yaxşı halda, NATO-nun hansı sürətlə dağılacağını müəyyən edəcək. Və bu baxımdan, Avropa Birliyini yaxın gələcəkdə təhlükəsizlik baxımından, ümidverici dövr gözləmir.

Məsələ ondadır ki, Qərbdə bütün hərbi-siyasi və maliyyə-iqtisadi hesablamalar məhz Donald Trampın prezident seçilmə ehtimalı üzərindən aparılır. Ağ Evin keçmiş sahibi isə hələ ilk prezidentliyi dönəmində Avropa Birliyinə qarşı rəqib mövqeyindən çıxış edirdi. Bu quruma münasibətdə radikal iqtisadi-ticari siyasətə üstünlük verirdi. NATO-nu isə ümumiyyətlə, lazımsız qurum kimi “ABŞ-ın çiynində daşınması vacib olmayan yük” hesab edirdi. Və ən qısa zamanda ABŞ-ın NATO-dan çıxmasının vacibliyini gündəmə gətirib, qabardırdı.

Maraqlıdır ki, Donald Trampın bu mövqeyi qətiyyən dəyişməyib. Əksinə, keçmiş Ağ Ev sahibi artıq indidən Ukrayna savaşını dayandıracağını, rəsmi Kiyevə hərbi dəstəyi kəsəcəyini və ABŞ-Rusiya münasibətlərini bərpa edəcəyini açıq mətnlə bəyan edir. Buna əlavə olaraq, Donald Tramp hakimiyyətə gələcəyi təqdirdə, ABŞ-ın NATO-dan çıxacağını da təkrarlamağı qətiyyən unutmur. Və bu, Avropa Birliyinin hərbi-təhlükəsizlik sisteminin dağılması ilə bağlı təhlükəni daha da aktuallaşdırır.

Ona görə də, Avropa Birliyinin aparıcı ölkələri, xüsusilə də, Almaniya öz hərbi-siyasi prioritetlərini tələsik dəyişmək planları qurmağa başlayıblar. Belə ki, Almaniya kansleri Olaf Şolts Avropa Birliyi ölkələrini dərhal hərbi müdafiə sənayesini əlavə maliyyə vəsaiti ayırmaqla, gücləndirməyə çağırıb. Onun fikrincə, onilliklər boyu silah istehsalında məhdudlaşdırma siyasəti yürütmüş Avropa Birliyi ölkələri indi əks istiqamətdə hərəkət etməlidirlər. Və kütləvi şəkildə genişmiqayslı hərbi texnika istehsal etməyə başlamalıdırlar.

Ancaq Qərb ekspertləri artıq “tank kansleri” ləqəbini qazanmış Almaniyanın hökumət başçısının bu çağırışlarının Avropa ölkələrinə qısa müddətdə fayda verəcəyinə qətiyyən inanmırlar. Onların fikrincə, Avropa ölkələri onilliklər boyu hərbi istehsaldan imtina etməklə, çox vaxt itiriblər. İndi hərbi sənaye komplekslərinin müasur tələblərə uyğun yenidən qurulmasına külli miqdarda maliyyə vəsaiti lazımdır. Və Avropa ölkələrinin həmin maliyyə vəsaitlərini öz dövlət büdcələrindən ayıracaqları təqdirdə, daxili sosial problemlərlə də üzləşə bilərlər.

Üstəlik, bütün bunlar mümkün olsa belə, Avropa Birliyi hərbi istehsalda itirilmiş zamanı qapatmaq şansına sahib deyil. Çünki Avropa ölkələrinin hərbi ehtiyaclarının “qoca qitə”də silah istehsalı hesabına qapadılması üçün ən azı 10-15 illik zaman lazımdır. Halbuki, Avropa Birliyini gözləyən hərbi təhlükənin aradan qaldırılması üçün o qədər vaxt yoxdur. ABŞ-da Donald Trampın prezident seçilməsi Rusiyanın Ukrayna savaşından üstün mövqelərlə çıxmasına imkan yarada bilər. Bu haldasa, Kremlin Ukraynaya fəal dəstək vermiş Qərb ölkələrinə, o cümlədən də, Avropa Birliyinə qarşı “qısas əməliyyatı”na hazırlaşmağa başlayacağı qətiyyən şübhə doğurmur.

“Yeni Müsavat”

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

siyaset
13 dek 2023 | 09:10

Tramp Qərbin “kabus”una çevrilir: NATO dağılacaq, Avropa Birliyi süquta uğrayacaq, Bayden devriləcək


siyaset
3 okt 2023 | 09:00

Ukraynanı qorxunc təhlükə gözləyir: ABŞ bu ölkəni Rusiya ilə təkbaşına buraxır


siyaset
18 dek 2023 | 09:41

Qoca Co Rusiyanın qələbəsini anons etdi: ABŞ-ın ardınca NATO da Ukraynaya arxa çevirir


siyaset
5 fev 2024 | 09:39

ABŞ-ın xəyanəti, Avropa Birliyinin "qaçış planı": Rusiyaya qarşı sonuncu "atəş" məhz Ukraynanı vurdu


siyaset
20 noy 2023 | 09:19

Dünya xəritəsi daha bir dövləti itirmək üzrədir: ABŞ və Avropa Birliyinin maraqları Ukraynanı "batırır"


siyaset
31 yan 2024 | 09:17

Qərb “Ukrayna tuneli”ndən çıxa bilmədi: Avropa Birliyi bu ölkəni bölüşdürmək niyyətinə düşüb


dunya
24 yan 2024 | 09:17

Rusiya Fransa-Almaniya düşmənçiliyi yaradır: Paris Avropa Birliyini parçalayır


siyaset
13 yan 2024 | 09:17

Ağ Ev vədindən qaçdı, Ukraynanı fəlakətə tərk etdi: ABŞ Rusiyaya qarşı yeni "silah"ını işə salır


siyaset
25 noy 2023 | 10:00

Qərb Moldova və Gürcüstana sarsıdıcı zərbə vurdu: Ukraynanı isə Donbas və Krımı Rusiyaya verməyə məcbur edirlər


siyaset
6 noy 2023 | 09:30

ABŞ Ukraynanı "xərcləməyə" hazırdır: Ağ Ev Kremllə gizli "bazarlıq masası" qurub


siyaset
26 yan 2024 | 09:00

Qlobal savaşın qorxunc şifrələri: ABŞ və NATO hansı dövləti yox etməyi planlayır


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
14:00 0
Avtomobil nəhəngləri böhran həddində: Yaxın 5 ildə hansı avto-markalar çökəcək?
13:19 0
Taksi sürücüləri sabah imtahan verəcəklər
13:10 0
İlham Əliyev açılışda iştirak edib - FOTOLAR
09:14 0
Erməni mediası bir-birinə qarşı – Ceyhun Bayramovun sözləri üstündə savaş başladı
09:00 0
Azərbaycanda mənzil almaq üçün 17 il işləmək lazımdır
08:24 0
Süni intellektin tətbiqi genişləndirilməlidir - İlham Əliyev
08:19 0
İlham Əliyev bu şəxsləri təltif etdi
07:29 0
Emin Əmrullayev dərslərlə bağlı ƏMR İMZALADI

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə