Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar Suraxanıda “Daş abidə”nin yerindəki tikinti dayandırıldı - İcra hakimiyyəti və qurumlar hara baxırdı? - VİDEO DÜNYA ÇALXALANIR: Neft 100 dolları keçdi, 10-dan çox ölkədə xalq AYAĞA QALXDI Azərbaycan “həqiqi hərbi xidmət”dən niyə imtina etmir? Prezident "Pirqulu Park" hotelinin açılışında iştirak etdi Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında Rusiyadan Azərbaycana KÖÇ təhlükəsi – 10 gündə 100 min nəfər... Prezident gənclərin tərbiyəsindən danışdı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Sərhəd görüşünün yeni detalları: müəmmalı ağ bina... - FOTO

1-12-2023, 14:10 370

Sərhəd görüşünün yeni detalları: müəmmalı ağ bina... - FOTO


Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə Ermənistanın baş naziri Mqer Qriqoryanın dünən Qazax-İcevan (Karvansaray) sərhədində baş tutan görüşündə müəyyən razılaşmalar əldə olundu. Bu razılaşmaların praktiki müstəvidə işləyəcəyi hələ də sual altında olsa da, sərhəddə yaşayan erməni əhalisi ümidlidir.

Publika.az xəbər verir ki, Azadlıq radiosunun erməni xidmətinin çəkiliş qrupu görüşün keçirildiyi ərazidə olub, erməni əhalisi ilə danışıb.

Erməni əhalisi bildirib ki, onları anklavlar məsələsi maraqlandırsa da, rəsmi məlumatda bu haqda heç nə ilə rastlaşmayıblar.
“İndi sərhədi müəyyən etsələr, ortaq mövqe tapa bilərik. Bizim əkin sahləri var, istəsələr tərk edə bilərik, əvəzində başqa yerdən versinlər. Vaxtilə azərbaycanlılarla mehriban şəraitdə yaşayırdıq”, - sakinlərdən biri deyib.

Yerli sakinlərin dediyinə görə, əvvəllər görüşlər sərhəddəki ağ binada baş tutub. Ora əsirlərin dəyişdirilməsi, atəşkəslə bağlı razılaşmalar və digər məsələlərin müzakirə yeri kimi tanınır. Dünənki görüşün ermənilərin “ağ bina” adlandırdıqları yerdə keçirilib-keçirilmədiyi isə məlum deyil.

Ermənilər danışır ki, İcevan sərhədində abadlıq işləri aparılır, eyni adablıq işlərinin Qazax tərəfdən də həyata keçirildiyini müşahidə edirlər və düşünürlər ki, bütün bu işlər yolların tezliklə açılmasına hazırlıqdır. Hərçənd, bu haqda heç bir rəsmi məlumat yoxdur.

Sərhəd görüşünün yeni detalları: müəmmalı ağ bina... - FOTOSərhəd görüşünün yeni detalları: müəmmalı ağ bina... - FOTO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

siyaset
2 okt 2023 | 10:15

Rusiya sülhməramlıları Qarabağı tərk edən erməni sakinlərin sonuncu reysini müşayiət ediblər - VİDEO


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
18:39 0
Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar
17:59 1
Suraxanıda “Daş abidə”nin yerindəki tikinti dayandırıldı - İcra hakimiyyəti və qurumlar hara baxırdı? - VİDEO
16:00 1
DÜNYA ÇALXALANIR: Neft 100 dolları keçdi, 10-dan çox ölkədə xalq AYAĞA QALXDI
15:30 1
Azərbaycan “həqiqi hərbi xidmət”dən niyə imtina etmir?
15:24 1
Prezident "Pirqulu Park" hotelinin açılışında iştirak etdi
14:47 1
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında
14:22 1
Rusiyadan Azərbaycana KÖÇ təhlükəsi – 10 gündə 100 min nəfər...
13:55 1
Prezident gənclərin tərbiyəsindən danışdı

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə