Fim.az » siyaset » Azərbaycan Prezidenti Qırğızıstanda səfərdədir
Azərbaycan Prezidenti Qırğızıstanda səfərdədir

Azərbaycan Prezidenti Qırğızıstanda səfərdədir

Azərbaycan Prezidenti Qırğızıstanda səfərdədir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 12-də Qırğız Respublikasına səfərə gəlib.

Bişkek şəhərinin “Manas” Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidentini Qırğızıstan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov və digər rəsmi şəxslər qarşıladılar.