Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə... Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis? ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı Yenidən Çeçenistanın rəhbəri seçildi Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Gədəbəydə başına kisə keçirilən qadın öldü - Cinayətin üstü açıldı

5-06-2025, 13:26 141

Gədəbəydə başına kisə keçirilən qadın öldü - Cinayətin üstü açıldı

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Gədəbəydə 74 yaşlı qadına qarşı törədilmiş zorakılıq və quldurluq cinayəti ilə bağlı birgə məlumat yayıb.

“Qafqazinfo” xəbər verir ki, rəsmi məlumatda cinayətin üstünün açıldığı bildirilib.

Qeyd edilib ki, mayın 24-də Gədəbəy rayonu, Kəlaman kənd sakini, 1951-ci il təvəllüdlü qadının zorakılığa məruz qalması və ona qarşı quldurluq edilməsi faktı üzrə Gədəbəy rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

İbtidai istintaq zamanı hadisə yerinə ilkin və əlavə baxışlar keçirilib, zərərçəkmiş şəxs və çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-genetik, kompleks məhkəmə-daktiloskopik və məhkəmə-genetik ekspertizalar təyin olunub, sorğular verilib və digər zəruri istintaq və əməliyyat-axtarış hərəkətləri icra olunub.

Mayın 30-da, gecə saat 01 radələrində zərərçəkmiş şəxs müalicə aldığı xəstəxanada vəfat edib və iş üzrə komisyon məhkəmə-tibbi ekspertiza təyin olunub.

Prokurorluq və polis əməkdaşları tərəfindən cinayət əməlini törədən şəxsin müəyyən olunması istiqamətində aparılan intensiv və çoxsaylı tədbirlər nəticəsində, iyunun 4-də 1993-cü il təvəllüdlü Nizaməddin Bayramov şübhəli şəxs qismində tutulub və vəkilinin iştirakı ilə dindirmə zamanı törətdiyi əməli etiraf edib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

kriminal
16 may 2024 | 10:33

Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi


hadise
23 noy 2023 | 10:56

Dərnəgül bazarında baş verən yangınla bağlı cinayət işi başlanılıb


hadise
4 dek 2024 | 10:47

Bakıda aptekçi qadına hücum oldu


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
13:39 0
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
13:16 1
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
11:52 1
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
11:43 1
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
11:10 1
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
11:05 2
Yenidən Çeçenistanın rəhbəri seçildi
10:59 1
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
10:54 0
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə