Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə... Prezident və xanımı vidaya əklil göndərdi Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI Tiflis bunu Türkiyəyə əmanət etdi - 110 milyon dollarlıq nəhəng layihə Şəkidə 2 nəfərin öldüyü kanat qəzası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI İki nəfərin öldüyü istirahət mərkəzi məşhur iş adamına məxsus imiş Prezident həmkarını təbrik etdi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Ruslar pullarını Bakıya daşıyırlar

29-08-2026, 14:30 3

Ruslar pullarını Bakıya daşıyırlar


Rusiyalılar Tiflis və İrəvanda da ev və obyekt alırlar, biznes qururlar – statistika...

Rusiya vətəndaşlarının Cənubi Qafqaz ölkələrində daşınmaz əmlaka marağı son illərdə ciddi şəkildə artıb. Bakı, Tiflis və İrəvan bu prosesin əsas mərkəzləri sırasında yer alır. Lakin rusiyalıların regionda əmlak alması təkcə iqtisadi məsələ deyil, artıq siyasi mübahisələrin də mövzusuna çevrilib.
Xüsusilə Gürcüstanda ölkədə daşınmaz əmlak alan və biznes quran Rusiya vətəndaşlarının sayı ətrafında yeni siyasi mübahisə başlayıb. Musavat.com “SP” nəşrinə istinadən xəbər verir ki, müxalifətdəki “Vahid Milli Hərəkat” partiyasının nümayəndələri rusiyalıların Gürcüstana axınını ölkənin dövlətçiliyi üçün təhlükə kimi təqdim edirlər.
Partiyanın şura sədri İrakli Pavlenișvili iddia edir ki, Rusiya vətəndaşları Gürcüstana yalnız istirahət üçün gəlmir, həm də mənzil alır, biznes qurur və hətta sadələşdirilmiş prosedurla Gürcüstan vətəndaşlığı əldə edirlər. Partiyanın siyasi şurasının üzvü Beso Şengelia isə daha irəli gedərək hakimiyyətin 2028-ci il seçkilərində rusiyalıların səsini qazanmağa çalışdığını iddia edib.

Rusiyalıların Gürcüstanda daşınmaz əmlak alması isə faktdır. Müxalifətin ən ciddi arqumentlərindən biri də 28 mindən çox Rusiya vətəndaşının Gürcüstan vətəndaşlığı əldə etməsi ilə bağlıdır.
2025-ci ilin ilk 10 ayı ərzində Gürcüstan paytaxtında ümumilikdə 34 204 daşınmaz əmlak sövdələşməsi qeydə alınıb. Bu dövrdə satılan mənzillərin alıcıları arasında Rusiya vətəndaşlarının payı 3 faiz olub. Yəni söhbət təxminən 1 000 mənzildən gedir. Ümumi satışların dəyəri isə 2,8 milyard dollar təşkil edib.
Burada mühüm məqam ondan ibarətdir ki, Gürcüstanın rəsmi statistikasında Tiflis şəhərinin mənzil bazarı üzrə bütün xarici alıcıların və onların vətəndaşlıq üzrə bölgüsünü əks etdirən vahid, tam illik göstərici Azərbaycan statistikasındakı kimi təqdim edilmir. Gürcüstan Milli Statistika Xidmətinin daşınmaz əmlak qiymətləri indeksi əsasən Tiflisdə yeni yaşayış daşınmaz əmlakının qiymətlərini izləyir.

Ən diqqətçəkən göstərici Azərbaycana aiddir. Dövlət Əmlak Xidmətinin məlumatına görə, 2021–2025-ci illərdə Azərbaycanda Rusiya vətəndaşları 4 638 daşınmaz əmlak obyekti əldə ediblər. Həmin dövrdə ümumilikdə 57 ölkənin vətəndaşları Azərbaycanda 6 913 obyekt alıb.Bu o deməkdir ki, Rusiya vətəndaşlarının aldığı daşınmaz əmlakın sayı bütün xarici alıcıların əldə etdiyi obyektlərin təxminən 67 faizini təşkil edib.
Başqa sözlə, Azərbaycanda xaricilərin daşınmaz əmlak bazarında rusiyalıların xüsusi çəkisi olduqca yüksəkdir. Üstəlik, əvvəlki məlumatlar da Rusiya vətəndaşlarının Azərbaycan bazarında ən fəal xarici alıcılar sırasında olduğunu göstərir. 2024-cü ildə xaricilər Azərbaycanda 197 fərdi yaşayış evi və bağ evi, həmçinin 214 mənzil alıblar. Ən fəal alıcılar sırasında Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və Qazaxıstan vətəndaşları göstərilib.
İrəvanda isə Rusiya vətəndaşlarının daşınmaz əmlak bazarındakı rolu daha da diqqətçəkəndir. Ermənistanın Kadastr Komitəsinin 2025-ci il üzrə məlumatına əsasən, xarici vətəndaşlar ölkədə 2 014 daşınmaz əmlak obyekti əldə ediblər. Ən çox alınan əmlaklar mənzillər, torpaq sahələri və qarajlar olub. Bu alışların 1 304-ü İrəvanın payına düşüb. Xarici alıcılar arasında isə Rusiya vətəndaşları birinci yerdə qərarlaşıb.Bu proses xüsusilə 2022-ci ildən sonra sürətlənib. Rusiyadan Ermənistana böyük miqrasiya dalğası başlayıb. Rusiyada səfərbərlik, Qərbin sanksiyaları, iqtisadi qeyri-müəyyənlik və müharibə şəraiti minlərlə insanı ölkə xaricində yaşamaq imkanları axtarmağa vadar edib.

Bəs ruslar niyə Cənubi Qafqazda əmlak alırlar?

Əsas səbəblərdən biri, şübhəsiz ki, 2022-ci ildən sonra regiona başlayan böyük miqrasiya dalğasıdır. İnsanlar əvvəlcə müvəqqəti olaraq qonşu ölkələrə köçdülər, daha sonra isə onların bir hissəsi burada uzunmüddətli yaşayış qurmağa başladı.
Bu baxımdan mənzil almaq kirayədən daha sabit alternativ hesab olunur. Eyni zamanda, daşınmaz əmlak bir çox rusiyalı üçün kapitalın qorunması və alternativ yaşayış ünvanı funksiyasını daşıyır.
Digər səbəb regionun coğrafi yaxınlığıdır. Azərbaycan, Gürcüstan və Ermənistan Rusiyadan gələn insanlar üçün Avropa və digər uzaq ölkələrlə müqayisədə daha əlçatan istiqamətlərdir. Nəqliyyat əlaqələri, iqlim, nisbətən aşağı yaşayış xərcləri və biznes imkanları da bu seçimi stimullaşdırır.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

sosial
14 okt 2024 | 12:16

Azərbaycanlılara xaricdə ev aldıran səbəblər


siyaset
25 iyn 2024 | 13:21

Qərb Qafqazda “hibrid müharibə”yə başlayıb: Gürcüstan “qaranlıq ssenarilər”in güdazına gedir


siyaset
1 noy 2023 | 17:22

Azərbaycan-Ermənistan iqtisadi əlaqələri: Bu halda mümkün olacaq - AKTUAL


siyaset
24 iyl 2024 | 13:00

Tiflisdə xaos və çevriliş ssenarisi: Rusiya isə qoşun yeritməyə hazırlaşır


siyaset
5 sen 2024 | 12:39

Rusiya Abxaziya və Cənubi Osetiyanı Gürcüstana qaytarır? (ŞƏRH)


iqtisadiyyat
19 mar 2024 | 16:15

Ölkəyə gələn turistlərin sayı kəskin artıb


cemiyyet
17 apr 2026 | 12:20

Azərbaycanda ev almaq niyə getdikcə çətinləşir? — AÇIQLAMA


siyaset
24 iyl 2025 | 18:30

Regionda üç paytaxtın güclənən ittifaqı


dunya
29 dek 2023 | 12:00

İnvestorlar pullarını Çin fond bazarından çəkirlər: Böhran dərinləşir


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
19:00 0
Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə
18:30 0
Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə...
13:19 0
Prezident və xanımı vidaya əklil göndərdi
13:16 0
Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI
12:13 0
Tiflis bunu Türkiyəyə əmanət etdi - 110 milyon dollarlıq nəhəng layihə
12:03 0
Şəkidə 2 nəfərin öldüyü kanat qəzası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI
12:00 0
İki nəfərin öldüyü istirahət mərkəzi məşhur iş adamına məxsus imiş
11:21 0
Prezident həmkarını təbrik etdi

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə