Fim.az » iqtisadiyyat » Neftimizin qiyməti 105 dolları ötdü
Neftimizin qiyməti 105 dolları ötdü

Neftimizin qiyməti 105 dolları ötdü

Neftimizin qiyməti 105 dolları ötdü


Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Azərbaycan neftinin 1 barelinin qiyməti 10,15 ABŞ dolları və ya 10,63 % artaraq 105,58 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, ötən gün neftimiz 95,43 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.