Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul etdi Dünyada neft şoku - Ərəblərin əsas kəməri sıradan çıxdı Əli Nağıyev Çinə getdi - Foto ABŞ-dan ANONS: Bakı ilə İrəvan sazişi BU TARİXDƏ imzalayacaq Hakan Fidan Dəməşqə GETDİ - İsrail ordusu hücuma keçdi İran ABŞ-yə qarşı 1000-dən çox batalyon yaradır - 31,5 MİLYON müraciət Zelenski öz keçmiş mətbuat katibini “Rusiya təbliğatçısı” ELAN ETDİ
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

ADY: "Zəngəzur Dəhlizinin Azərbaycan hissəsi gələn il fəaliyyətə başlayacaq"

10-10-2023, 12:16 310

ADY: "Zəngəzur Dəhlizinin Azərbaycan hissəsi gələn il fəaliyyətə başlayacaq"


Zəngəzur Dəhlizinin Azərbaycan hissəsi 2024-cü ildən fəaliyyətə başlayacaq.

Bunu “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Kommunikasiya departamentinin rəhbəri Aybəniz İsmayılova deyib.

A.İsmayılovanın sözlərinə görə, artıq Füzuli-Ağbənd dəmiryolu xəttinin 60 %-dən çoxu hazırdır:

"3 ildən az bir müddətdə multimodal Zəngəzur dəhlizinin 110,4 kilometrlik birxətli dəmir yolu seqmentinin üçdə ikisindən çoxu artıq döşənib.

Dəhliz boyu 3 tunel, onlarla körpü və 9 dəmir yolu stansiyası tikiləcək. Türkiyə şirkətləri tərəfindən Həkəri çayı üzərindən 418 metrlik dəmir yolu körpüsünün tikintisi yaxın vaxtlarda yekunlaşaraq istifadə üçün hazır olacaq".

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2021-ci ilin febralın 15-də Füzuliyə səfəri zamanı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli qoyulub.

Ötən həftə Şərqi Zəngəzur dəhlizi adlandırılan, Araz çayının sol sahili boyu uzanıb Azərbaycanı Naxçıvanla birləşdirən nəqliyyat kommunikasiyalarının həyata keçirilməsi üçün Zəngilanda ilk təməlqoyma mərasimi keçirilib. İranın yollar və şəhərsalma naziri Mehrdad Bazrpaşın və Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin iştirak etdiyi mərasimdə Horadiz-Ağbənd dəmir yolunu və çoxzolaqlı avtomobil yolunu İrana birləşdirmək üçün Araz çayı üzərindən salınacaq yeni dəmir yol və avtomobil yolu körpüsünün təməli qoyulub.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
17:42 0
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb
17:37 0
İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul etdi
15:00 0
Dünyada neft şoku - Ərəblərin əsas kəməri sıradan çıxdı
12:42 0
Əli Nağıyev Çinə getdi - Foto
12:37 0
ABŞ-dan ANONS: Bakı ilə İrəvan sazişi BU TARİXDƏ imzalayacaq
12:22 0
Hakan Fidan Dəməşqə GETDİ - İsrail ordusu hücuma keçdi
12:12 0
İran ABŞ-yə qarşı 1000-dən çox batalyon yaradır - 31,5 MİLYON müraciət
12:00 0
Zelenski öz keçmiş mətbuat katibini “Rusiya təbliğatçısı” ELAN ETDİ

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə