Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə... Prezident və xanımı vidaya əklil göndərdi Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI Tiflis bunu Türkiyəyə əmanət etdi - 110 milyon dollarlıq nəhəng layihə Şəkidə 2 nəfərin öldüyü kanat qəzası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI İki nəfərin öldüyü istirahət mərkəzi məşhur iş adamına məxsus imiş Prezident həmkarını təbrik etdi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Avqustda temperatur normadan yuxarı olub

3-09-2026, 15:14 3

Avqustda temperatur normadan yuxarı olub


Avqust ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 27 gün normadan yuxarı (0–5 dərəcə), 4 gün isə normadan aşağı (0–3 dərəcə) olub.

Bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Orta aylıq temperatur 28 dərəcə isti olub ki, bu da iqlim normasından 2 dərəcə yuxarıdır.

Bakı və Abşeron yarımadasında maksimal temperatur avqustun 9-da 39 dərəcə isti (Maştağa), bölgələrdə isə avqustun 9-u və 10-da 40 dərəcə isti (Kürdəmir) qeydə alınıb. Havanın minimal temperaturu Bakı və Abşeron yarımadasında avqustun 31-də 19 dərəcə isti (Sumqayıt), yüksək dağlıq ərazilərdə isə avqustun 30-da 6 dərəcə isti (Şahdağ) olub.

Avqust ayının bəzi günlərində hava şəraiti fasilələrlə yağıntılı keçib, şimşək çaxıb, dolu düşüb. Bəzi yerlərdə yağıntılar intensiv və güclü olub. Ən çox yağıntı bölgələr üzrə aylıq normanın 381 faizi olmaqla Quba - Qusar zonasına (Şahdağ - 250 mm) və aylıq normanın 305 - 617 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Bakı - 19 mm, Çilov adası - 26 mm) düşüb.

Avqust ayı ərzində Kəlbəcər rayonunun mərkəzinə və İstisu qəsəbəsinin Alagöllər ərazisinə dolu, o cümlədən Bakı və Abşeron yarımadasının şəhərətrafı ərazilərində intensiv leysan yağışla bərabər xırda dənəli dolu müşahidə olunub.

Avqust ayının bəzi günlərində küləkli hava şəraiti ilə əlaqədar 10 sarı və narıncı xəbərdarlıq verilib. Bakı və Abşeron yarımadasında 12 gün, bölgələrdə isə 28 gün küləkli hava şəraiti müşahidə olunub. Küləyin maksimal sürəti Bakı və Abşeron yarımadasında 23 m/s, bölgələrdə isə 24 m/s-ə çatıb.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

hadise
5 avq 2025 | 16:05

Temperatur normadan 8 dərəcə yuxarı olub - RƏSMİ


hadise
2 avq 2025 | 12:58

Bu gün 41 dərəcə isti GÖZLƏNİLİR


hadise
6 avq 2025 | 15:54

Sabah 41 dərəcə isti GÖZLƏNİLİR


hadise
22 iyl 2025 | 14:56

Bəzi yerlərdə 41 dərəcə isti olub - FAKTİKİ HAVA


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
19:00 0
Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə
18:30 0
Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə...
13:19 0
Prezident və xanımı vidaya əklil göndərdi
13:16 0
Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI
12:13 0
Tiflis bunu Türkiyəyə əmanət etdi - 110 milyon dollarlıq nəhəng layihə
12:03 0
Şəkidə 2 nəfərin öldüyü kanat qəzası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI
12:00 0
İki nəfərin öldüyü istirahət mərkəzi məşhur iş adamına məxsus imiş
11:21 0
Prezident həmkarını təbrik etdi

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə