Fim.az » hadise » Bakıda elektrik faciəsi - Ölənlər var
Bakıda elektrik faciəsi - Ölənlər var

Bakıda elektrik faciəsi - Ölənlər var

Bakıda elektrik faciəsi - Ölənlər var


Bakının Sabunçu rayonunda elektrik cərəyanı vuran 36 yaşlı kişi ölüb.
Hadisə avqustun 26-da Ramana qəsəbəsində qeydə alınıb.

Qəsəbənin ərazisində kamera quraşdıran zaman elektrik cərəyanı vuran 1990-cı il təvəllüdlü Əlabbas Niftalıyev xəstəxanada həyatını itirib.

Bundan başqa Binəqədi rayonunda elektrik cərəyanı vuran 46 yaşlı kişi ölüb. Hadisə ötən gün rayonda yerləşən zavodların birində baş verib. Belə ki, 1986-cı il təvəllüdlü Mərdan Əhmədov işlədiyi poladtökmə zavodunda elektrik cərəyanı vurması nəticəsində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.