“Müsəlmanlıqdan çıxın, pravoslavlığı qəbul edin” – Rusiyada 10 günə 100 min özbək ölkəni tərk etdi Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul etdi Dünyada neft şoku - Ərəblərin əsas kəməri sıradan çıxdı Əli Nağıyev Çinə getdi - Foto ABŞ-dan ANONS: Bakı ilə İrəvan sazişi BU TARİXDƏ imzalayacaq Hakan Fidan Dəməşqə GETDİ - İsrail ordusu hücuma keçdi İran ABŞ-yə qarşı 1000-dən çox batalyon yaradır - 31,5 MİLYON müraciət
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Bakıda bu təhlükə böyüyür - 5 müraciətdən 4-ü təsdiqlənir

7-05-2026, 12:11 22

Bakıda bu təhlükə böyüyür - 5 müraciətdən 4-ü təsdiqlənir


Bakı və ətraf ərazilərdə ilanların sayı artıb. Sakinlərin sözlərinə görə, bu hal əsasən bağ massivləri və dənizkənarı zonalarda müşahidə olunur. Yaranmış vəziyyət insanlarda narahatlıq yaradır.

Problemlə bağlı “Yeni Sabah”a danışan serpentoloq və dezinfeksiya üzrə mütəxəssis Zeynal Naciyev bildirib ki, bu il ilanlarla bağlı müraciətlər əvvəlki illərlə müqayisədə daha erkən başlayıb:

“Müraciətlərin sayı da xeyli artıb. Əvvəlki illərdə belə zənglər əsasən, may ayının sonlarından gəlirdisə, bu il artıq mart ayından etibarən müraciətlər daxil olur.

Xüsusilə Mərdəkan, Şüvalan və Nardaran ərazisində ilana daha çox rast gəlinir. Halbuki əvvəllər bu ərazilərdə əsasən zəhərsiz növlər yaşayırdı. Bu il isə həm ilanların sayı artıb, həm də daha fərqli növlər görünür. Bunun səbəblərindən biri kimi bu il yağıntıların çox olması göstərilir, yağış suları ilanların yuvalarını dağıtdığı üçün onlar yaşayış yerlərinə daha çox çıxırlar.

Ümumilikdə, bu il sürünənlərin aktiv dövrü həm daha tez başlayıb, həm də saylarında artım var. Daxil olan hər 5 müraciətdən təxminən 4-də ilan faktı təsdiqlənir ki, bu da vəziyyətin əvvəlki illərlə müqayisədə daha ciddi olduğunu göstərir”

Serpentoloq bildirib ki, Azərbaycanda mövcud olan 28 sürünən növündən yalnız 6-sı zəhərlidir və ilanları ayırd etməyin ən sadə yolu göz bəbəyinə baxmaqdır:

“Azərbaycanda ümumilikdə 28 növ sürünən mövcuddur və onlardan yalnız 6-sı zəhərlidir. Qalan növlərin hamısı zəhərsizdir. Zəhərli və zəhərsiz ilanları ayırd etməyin ən sadə yollarından biri göz quruluşuna baxmaqdır: Göz bəbəyi şaquli (pişik gözü kimi) olan ilanlar zəhərli olur və uzun, iti zəhər dişləri ilə seçilir. Onların pulları daha kiçik və kobud, quyruqları isə qalın olub qəfil incəlir. Bundan əlavə, zəhər vəzisi mövcud olduğu üçün dişlədikdə təhlükə yaradırlar.

Zəhərsiz ilanlarda isə baş forması daha çox oval və ya yuvarlaq olur, boyundan kəskin seçilmir. Göz bəbəyi dairəvi olur və zəhər dişləri olmur, yalnız xırda dişlər müşahidə edilir. Pulları adətən daha böyük və hamar, quyruqları isə nazik və bərabər qalınlıqda davam edir. Zəhər vəzisi olmadığı üçün dişləmələri, əsasən, təhlükəli sayılmır.

Bu səbəbdən qarşılaşma zamanı ehtiyatlı olmaq və ilanı tanımağa çalışmaq vacibdir”.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

sehiyye
23 yan 2025 | 14:19

Azərbaycanda cərrahi əməliyyat olunanların sayı artıb - RƏSMİ


cemiyyet
17 apr 2026 | 12:20

Azərbaycanda ev almaq niyə getdikcə çətinləşir? — AÇIQLAMA


cemiyyet
26 avq 2025 | 13:49

Bakıda ən ucuz kirayə evlər bu ərazilərdədir


iqtisadiyyat
22 iyl 2025 | 15:54

Azərbaycanda bu avtomobillər 12 min manat UCUZLAŞIB


iqtisadiyyat
29 apr 2026 | 12:15

Mənzil bazarında "iyun boşluğu" — Ucuzlaşma olacaq


cemiyyet
25 iyn 2025 | 12:00

Azərbaycanda ət yeyənlərin sayı artıb - Ən çox TOYLARDA YEYİLİR


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
18:30 0
“Müsəlmanlıqdan çıxın, pravoslavlığı qəbul edin” – Rusiyada 10 günə 100 min özbək ölkəni tərk etdi
17:42 0
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb
17:37 0
İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul etdi
15:00 0
Dünyada neft şoku - Ərəblərin əsas kəməri sıradan çıxdı
12:42 0
Əli Nağıyev Çinə getdi - Foto
12:37 0
ABŞ-dan ANONS: Bakı ilə İrəvan sazişi BU TARİXDƏ imzalayacaq
12:22 0
Hakan Fidan Dəməşqə GETDİ - İsrail ordusu hücuma keçdi
12:12 0
İran ABŞ-yə qarşı 1000-dən çox batalyon yaradır - 31,5 MİLYON müraciət

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə