İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video “Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Azərbaycan ərazisində zəlzələlər qaçınılmazdır! - AÇIQLAMA

4-08-2025, 15:50 104

Azərbaycan ərazisində zəlzələlər qaçınılmazdır! - AÇIQLAMA


“Rusiyanın Kamçatka vilayətində baş verən güclü zəlzələ, dünyada artan seysmik və tektonik aktivliyin bariz göstəricisidir”.

Bunu Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev Modern.az-a açıqlamasında deyib. O bildirib ki, baş verən güclü zəlzələdən bir qədər əvvəl Kamçatka ərazisində hiss edilən yüngül təkan baş verib.

“Mən bu təkanı qeydlərimdə "foreşok" - yəni əsas zəlzələdən əvvəl hiss olunan xəbərdaredici təkan kimi qiymətləndirmişdim. Belə güclü zəlzələnin Kamçatkada baş verməsi gözlənilən idi, çünki bu ərazi geoloji baxımdan son dərəcə aktiv və intensivdir”.

O qeyd edib ki, Kamçatka bölgəsi bir neçə nəhəng tektonik plitənin toqquşma və təmas zonasında yerləşir.

“Sakit Okeanın həmin hissəsi çox aktiv seysmik ocaq sayılır. Bu ərazi yalnız Rusiya ilə məhdudlaşmır, Yaponiya, Oxotsk dənizi, Filippin, İndoneziya, Cənub-Şərqi Asiya ölkələri, həmçinin coğrafi baxımdan Avstraliya, Yeni Zelandiya və Şərqi Amerika adaları da bu nəhəng seysmik zonanın təsiri altındadır”.

Seysmoloqun sözlərinə görə, bu güclü zəlzələnin ardından yaxın günlərdə digər ölkələrdə də seysmik fəallıq müşahidə oluna bilər.

“Xüsusilə Cənub-Şərqi Asiya, Filippin, İndoneziya, Yeni Zelandiya və Tayland ərazilərində silkələnmələr baş verə bilər. Çünki bu plitələrin toqquşduğu nəhəng bir sahə artıq sarsılıb və bu sarsıntının təsiri zəncirvari şəkildə başqa bölgələrə də yayıla bilər”.

Q.Babayev onu da əlavə edib ki, Azərbaycanın ərazisi ilə müqayisədə, bu nəhəng plitə sərhədlərində gedən yerdəyişmə və geodinamik proseslər daha intensivdir:

“Azərbaycan ərazisi seysmik baxımdan aktiv olsa da, burada baş verə biləcək zəlzələlərin maqnitudası və təsir gücü həmin regionlarla müqayisədə daha aşağıdır. Bizim ərazidə bu cür nəhəng tektonik bloklar mövcud deyil. Amma bu o demək deyil ki, Azərbaycan ərazisində zəlzələlər ümumiyyətlə baş verməyəcək. Bu, qaçınılmazdır və zaman-zaman təkrarlanacaq”.

O, həmçinin qeyd edib ki, burada mühüm məsələ zəlzələnin dərinliyidir:

“Əgər zəlzələ səthə yaxın baş verərsə, 3.5 bal gücündə belə bir təkan əhali tərəfindən aydın şəkildə hiss olunur. Lakin dərinliyi 50-60, hətta 65 km olan zəlzələlərdə seysmik dalğalar yer qatlarından keçərkən udulduğu üçün səthə çıxan enerji zəifləyir və bu da hiss olunma səviyyəsini azaldır. Ona görə də dərinlik zəlzələnin təsir gücündə həlledici rol oynayır”.

Qulam Babayev vurğulayıb ki, dünyada seysmik və tektonik fəallığın artmaqda davam etdiyi müşahidə olunur və bu tendensiyanın ilin sonuna qədər də davam etməsi gözlənilir.

“Azərbaycanda bu proseslər tamamilə sabit qala bilməz, çünki bu, fiziki qanunlara ziddir. Xüsusilə qonşu ölkələrdən İran və Türkiyə əraziləri seysmik baxımdan aktiv olaraq qalacaq və burada da təkanların hiss edilməsi ehtimal olunur”.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

hadise
20 fev 2024 | 13:53

Azərbaycanda güclü zəlzələ olacaq? - AÇIQLAMA


arasdirma / hadise
14 noy 2023 | 17:13

Azərbaycanda güclü zəlzələ gözlənilir? - "Qorxunc mənzərə ilə üzləşə bilərik"


cemiyyet
14 may 2024 | 13:32

Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...


dunya
31 iyl 2025 | 12:49

Kamçatka zəlzələsi suallar doğurdu: Səbəb "yox olan" litosfer plitəsi ola bilərmi?


cemiyyet
28 iyn 2024 | 13:42

Qurban Yetirmişli: Əhali nağıllara inanıb təşvişə düşməsin


hadise
4 yan 2024 | 12:19

Xəzərdə ardıcıl zəlzələlər: Təhlükəni dənizdən gözləyək? - RƏSMİ AÇIQLAMA - VİDEO


cemiyyet
5 mar 2024 | 16:48

3 qonşumuzda eyni gündə güclü zəlzələ - Nə baş verir?


dunya
23 noy 2024 | 12:38

Qorxunc ZƏLZƏLƏ ilə bağlı XƏBƏRDARLIQ! - "7-7.5 bal arası..."


hadise
29 noy 2024 | 15:26

Qurban Yetirmişlidən XƏBƏRDARLIQ: “Dağıdıcı zəlzələ ola bilər”


dunya
30 iyl 2025 | 12:29

Rusiyada 8.8 bal gücündə zəlzələ olub - VİDEO


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
15:00 0
İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp
13:16 0
Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır
13:00 0
Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
12:42 0
Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı
12:15 0
Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür
12:00 0
Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
10:33 0
Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video
10:28 0
“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə