“Bitcoin”in yenidən bahalaşdı Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir Dünya bazarında neft ucuzlaşdı Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş “Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Azərbaycanda dəhşətli xəstəlik CAN ALDI – “Tutulanların sağalması mümkün deyil”

26-07-2024, 12:36 280

Azərbaycanda dəhşətli xəstəlik CAN ALDI – “Tutulanların sağalması mümkün deyil”


Azərbaycanda "qırmızı qurd eşənəyi" xəstəliyindən ölüm faktı qeydə alınıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı məlumata görə, sözügedən xəstəlikdən əziyyət çəkən Neftçala rayonu Uzunbabalı kənd sakini, 1975-ci il təvəllüdlü Eldəniz Məmmədov ağır vəziyyətdə Neftçala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Xəstəyə ilkin tibbi yardım göstərilib, aparılan bütün tədbirlərə baxmayaraq, xəstə poliorqan çatışmazlığından ölüb.

Xəstənin 15 ildir “qırmızı qurd eşənəyi” xəstəliyindən əziyyət çəkdiyi qeyd olunub.

Bəs bu xəstəlik nədən yaranır və əlamətləri nələrdir?

Mövzu barədə Bizim.Media-ya danışan tibb sahəsi üzrə ekspert, həkim Rasif Bağırov deyib ki, bu xəstəlik autoimmun sistem xəstəliyidir:

“Çox ağır xəstəlikdir. Yaranma səbəbləri çoxdur, orqanizmə hər hansı bir yad cisim, yad maddə, antigen daxil olur. Əgər xəstənin immun sistemində müəyyən bir problemlər varsa, həmin o problemə görə orqanizmdə autoimmun prosesi başlayır. O da bir az mürəkkəb mexanizmdir. Nəticədə insanda qırmızı qurd eşənəyi deyilən xəstəlik başlamış olur.

Antigenin orqanizmə daxil olma səbəbləri həddən artıq çoxdur. Xəstəlik adi soyuqdəymə, müxtəlif qida məhsullarından, hər hansı dərman preparatlarının orqanizmə yeridilməsindən və digər səbəblərdən başlaya bilir”.

Həkimin sözlərinə görə, xəstəlik əsasən özünü böyrək və oynaq ağrılarında göstərir:

“Xüsusilə, böyrəklərin, oynaq sisteminin çox ağır xəstələnməsi baş verir. Çox hallarda xəstənin sifətində, yanaq və burnunda kəpənəkvari qırmızı ləkə yaranır. Belə bir simptomları var, yeni yarananda müəyyən temperaturda olur. Daim dərman müalicəsinə möhtac olan bir xəstəlikdir. Heç vaxt tam sağalmır”.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

dunya
22 iyl 2024 | 14:14

İranda yayılan qorxunc xəstəlik Azərbaycana da gələ bilərmi? – Mütəxəssisdən XƏBƏRDARLIQ


sehiyye
22 yan 2024 | 09:07

Azərbaycanda 3 xəstəlik tüğyan edir: Sarılıq, qızılca və göyöskürək...


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
10:18 0
“Bitcoin”in yenidən bahalaşdı
10:11 0
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
09:50 0
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
09:44 0
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
09:32 0
Dünya bazarında neft ucuzlaşdı
09:21 0
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
09:16 0
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
09:00 0
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə