Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə? Azərbaycan millisinin heyəti açıqlandı Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı Afra Saraçoğlu da saxlanıldı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

“Tapançanı satdım, sonra Elşən özü də tutuldu”

30-03-2024, 10:57 330

“Tapançanı satdım, sonra Elşən özü də tutuldu”


Millət vəkili Fazil Mustafa cinayəti ilə bağlı məhkəmə araşdırması davam edir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda zərərçəkmiş Fazil Mustafanın göndərdiyi ərizə elan edilib. Millət vəkili ərizəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) verdiyi ifadəsini təsdiq etdiyini qeyd edib.

Prosesin davamında ikisi polis əməkdaşı olmaqla 4 nəfər şahid ifadə verib.

Şahid Xəyyam Musayev özü də həbsdədir. O, bir müddət əvvəl qanunsuz soyuq silah saxlamaqda təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib.

Konvoyun müşayiəti ilə məhkəməyə gətirilən şahidi bu işə bağlayan müttəhim Rəşad Əhmədovdan silah almasıdır.

Şahidin dediyinə görə, R.Əhmədov Fazil Mustafanın güllələnməsindən sonra üstündə gəzdirdiyi tapançanı saxlaması üçün ona verib. O isə həmin silahı 800 manata başqa adama satıb.

İttihamda deyilir ki, Rəşad Əhmədova həmin silah ona görə verilibmiş ki, Səbuhi Şirinov Fazil Mustafanı vura bilməsə, o hazır olsun: “Rəşad uşaqlıq dostumdur. Tapançanı mənə saxlamağa görə vermişdi. Bir neçə gün sonra dedim ki, bu silahı satım getsin. Elə də etdim. Elşən adlı bir tanış var idi. Razılaşdıq, tapançanı 800 manata ona satdım. Heç nə, sonra Elşən özü də tutuldu”.

Polis əməkdaşları Rəşad Əhmədovun qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs qismində tutulmasından danışıblar. Şahidlərin hər ikisi eyni məzmunlu ifadə veriblər. R.Əhmədov haqda polisə əməliyyat məlumatı daxil olub, məlumat əsasında şübhəli şəxsi tutaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriblər.

Cinayət işi üzrə şahid qismində tanınmış şəxslərdən biri də Tünzalə Kərimovadır. Məhkəməyə sədrlik edən hakim Elnur Nuriyev tərəflərin razılığı ilə xanım şahidin istintaqa verdiyi ifadəsini elan edib.
Tünzalə Fazil Mustafanın qonşusudur. Deputat güllələnən vaxtda Tünzalə evdə olub, atəş səsini eşidib: “Güllə səsini eşidən kimi hamama qaçdım. Hamamın “fortuşka”sından bayıra baxanda soldan boyu təxminən 170-175 sm hündürlüyündə kişi gördüm. Əynində qara rəngli paltar, başında kapüşon qaçırdı. Hava qaranlıq olduğuna görə üzünü görə bilmədim”.

Bununla da iş üzrə tanınmış cəmi 10 nəfər şahiddən 9-nun ifadəsi başa çatıb.

Aprelin 5-i sonuncu şahid dindiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin martında baş verib. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hadisəni terror aktı adlandırıb.

Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib.

Təqsirləndirilən 5 nəfərə - Azər Səricanov, Səbuhi Şirinov, Emin Əliyarov, Rəşad Əhmədov və Elşad Əsgərovə qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham elan edilib.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

hadise
19 fev 2024 | 09:20

Fazil Mustafaya sui-qəsd işi: "Peşman deyiləm, nə cəza verəcəksinizsə, tez verin" - VİDEO


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
16:00 0
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
15:30 0
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
14:22 0
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
14:00 1
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
13:32 0
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
13:13 1
Azərbaycan millisinin heyəti açıqlandı
12:46 2
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
12:24 0
Afra Saraçoğlu da saxlanıldı

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə