Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür “Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video Azərbaycanda Dövlət Suverenliyi Günüdür Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam Hansı temperaturda çay içmək xərçəng yaradır? DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO “Bitcoin”in yenidən bahalaşdı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Xətai rayonunda "2 Fevral – Gənclər günü"nə həsr olunmuş tədbir keçirilib

30-01-2026, 19:55 86

Xətai rayonunda "2 Fevral – Gənclər günü"nə həsr olunmuş tədbir keçirilib


30 yanvar 2026-cı il tarixində Xətai rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının və SOCAR “Neftqaztikinti” trestinin birgə təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri qoyublar.

Fim.az xəbər verir ki, Tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, sosial və iqtisadi həyatında fəal iştirak etdiyini vurğulayıb, gənclərə göstərilən dövlət qayğısının Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilən gənclər siyasətinin əsas prioritetlərindən biri olduğunu qeyd edib. Çıxışında YAP Xətai rayon təşkilatının gənclərlə işə xüsusi önəm verdiyini vurğulayan Ramil Mirzəyev gənclərin ictimai fəallığının artırılması, onların siyasi biliklərinin möhkəmləndirilməsi və milli-mənəvi dəyərlər əsasında formalaşması istiqamətində görülən işlərdən də bəhs edib.

Daha sonra çıxış edən Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev gəncləri əlamətdar gün münasibətilə təbrik edərək bildirib ki, bu gün Azərbaycan gəncliyi savadı, vətənpərvərliyi və ictimai fəallığı ilə seçilir. O, gənclərin ölkənin gələcəyinin qurulmasında aparıcı qüvvə olduğunu vurğulayıb, onların dövlət tərəfindən hərtərəfli dəstəkləndiyini diqqətə çatdırıb. Rafiq Quluyev qeyd edib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində gənclərin mükəmməl təhsil alması, peşəkar kadr kimi formalaşması və cəmiyyətin bütün sahələrində fəal iştirakı üçün geniş imkanlar yaradılıb. O, Xətai rayonunda da gənclərin sosial təşəbbüslərinin dəstəkləndiyini, onların müxtəlif layihə və tədbirlərə cəlb olunmasının daim diqqət mərkəzində saxlanıldığını bildirib.

Millət vəkili Zahid Oruc çıxış edərək Azərbaycan gənclərinin hüquq və azadlıqlarının qorunması, onların cəmiyyətə inteqrasiyası və ictimai fəallığının artırılması istiqamətində həyata keçirilən dövlət siyasətindən danışıb. O, gənclərin milli-mənəvi dəyərlərə sadiq, eyni zamanda müasir düşüncəli və təşəbbüskar olmasının vacibliyini qeyd edib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan gəncliyi bu gün dövlətçilik ənənələrinə sadiqliyi, yüksək vətənpərvərlik ruhu və fəallığı ilə seçilir. O, gəncləri daim öz üzərlərində çalışmağa, innovativ düşüncəyə malik olmağa və milli maraqları hər zaman uca tutmağa çağırıb.

Milli Məclisin üzvü Pərvanə Vəliyeva öz çıxışında gənclərin elm, təhsil və innovasiya sahələrində əldə etdikləri nailiyyətlərdən bəhs edib, dövlətin gənclərin inkişafına yönəlmiş proqram və layihələrinin uğurla icra olunduğunu vurğulayıb.

Gəncləri təbrik edən SOCAR “Neftqaztikinti” trestinin müdiri Qağaməli Seyfullayev onları daim təşəbbüskar olmağa, milli-mənəvi dəyərlərə sadiq qalaraq dövlətçiliyimizin möhkəmləndirilməsinə töhfə verməyə çağırıb.

Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xətai rayon sektor müdiri Tural Əhmədli çıxışında vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və gənclərin hərtərəfli inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Tədbirin sonunda ictimai-siyasi həyatda fəallığı ilə seçilən bir qrup gəncə fəxri fərmanlar təqdim edilib.

Xətai rayonunda "2 Fevral – Gənclər günü"nə həsr olunmuş tədbir keçirilib
Xətai rayonunda "2 Fevral – Gənclər günü"nə həsr olunmuş tədbir keçirilib

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

gundem / bolge
28 dek 2025 | 15:57

Xətaidə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü" və Yeni il münasibətilə tədbir keçirilib


gundem / bolge
20 dek 2025 | 14:02

Xətai rayonunda “Vətənim Azərbaycan!” adlı rəsm müsabiqəsinin yekunu ilə əlaqədar tədbir keçirilmişdir


bolge
19 yan 2026 | 23:49

Xətai rayonunda şəhid ailələri ilə görüş keçirildi


gundem / bolge
30 dek 2025 | 17:03

Xətai rayonunda C.Naxçıvanski adına Hərbi Liseydə “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və Yeni il münasibətilə bayram konserti keçirilib


medeniyyet
2 fev 2024 | 09:00

Bu gün Gənclər Günüdür


siyaset
12 dek 2025 | 09:59

Vaşinqtonda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb


bolge
27 yan 2026 | 11:33

Şəhidlərimiz yad olundu


siyaset
14 avq 2025 | 16:00

Qarabağın dirçəlişində strateji güc - Azərbaycan gəncliyi


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
09:38 0
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
09:32 0
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
09:24 0
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
09:00 0
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
16:07 0
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
12:00 1
Hansı temperaturda çay içmək xərçəng yaradır?
10:28 2
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
10:18 1
“Bitcoin”in yenidən bahalaşdı

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə