İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video “Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Xətai rayonunda şəhid ailələri ilə görüş keçirildi

20-01-2026, 02:49 85

Xətai rayonunda şəhid ailələri ilə görüş keçirildi


Müstəqillik tariximizə şərəfli bir gün kimi yazılan 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibətilə Xətai rayon İcra Hakimiyyətində şəhid ailələri və əlillərlə görüş təşkil olunub. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, həmçinin 20 Yanvar şəhid ailələri və əlillər iştirak ediblər.
Görüşdə çıxış edən Rafiq Quluyev bildirib ki, 20 Yanvar xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kulminasiya nöqtəsi olmaqla, tariximizə qürur və şərəf günü kimi daxil olub. O vurğulayıb ki, faciəyə siyasi-hüquqi qiymət yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilə bilib və şəhid ailələrinin, əlillərin sosial müdafiəsi bu siyasətin tərkib hissəsi olaraq gücləndirilib.
Rafiq Quluyev qeyd edib: “Qanlı Yanvar hadisələrinin 36-cı ildönümünü qeyd edərkən arxada qalan tarixi unutmadan, bugünkü zəfərimizlə qürur duyuruq. Ötən əsrin sonunda haqqı tapdanan, övladları şəhid edilən Azərbaycan bu gün təkcə regionun deyil, bütün dünyada qüdrətli dövlətlərdən birinə çevrilib. Dövlətimizin əldə etdiyi uğurlar, sahib olduğu zirvələr və tariximizə qızıl hərflərlə yazılan Zəfər salnaməsi həm 20 Yanvar, həm də ondan sonrakı illərdə canını Vətən uğrunda fəda edən şəhidlərimizin ruhunu şad edir. Əldə etdiyimiz bütün uğurların başlanğıcı həmin gün tankların qarşısında öz dəyanətini nümayiş etdirən igidlərimizin qəhrəmanlığı ilə qoyulub. Buna görə də yüz illər keçsə belə, nə həmin ağrılı-acılı hadisələr, nə də şəhidlərin müqəddəs xatirəsi heç zaman unudulmayacaq.”
Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev isə bildirib ki, 20 Yanvar xalqımızın azadlıq mübarizəsinin simvoluna çevrilib və dövlətimiz şəhid ailələri ilə əlillərə daim qayğı göstərir. O qeyd edib ki, Xətai rayonunda yaşayan şəhid ailələrinin və əlillərin sosial müdafiəsi daim diqqət mərkəzində saxlanılır, onların ehtiyaclarının ödənilməsi və sosial problemlərinin həlli ilə bağlı konkret addımlar atılır.
Tədbirin sonunda şəhid ailələri və əlillərə ərzaq bağlamaları təqdim olunub. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə razılıqlarını bildiriblər.

Xətai rayonunda şəhid ailələri ilə görüş keçirildiXətai rayonunda şəhid ailələri ilə görüş keçirildiXətai rayonunda şəhid ailələri ilə görüş keçirildiXətai rayonunda şəhid ailələri ilə görüş keçirildiXətai rayonunda şəhid ailələri ilə görüş keçirildiXətai rayonunda şəhid ailələri ilə görüş keçirildi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

siyaset
15 fev 2024 | 18:46

Əlillər və şəhid ailələri ilə bağlı SƏRƏNCAM


sosial
8 okt 2025 | 16:36

Şəhid ailələri və müharibə əlillərinə daha 100 mənzil verilib


sosial
2 yan 2025 | 17:26

Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək


iqtisadiyyat
17 iyl 2024 | 12:30

Şəhid ailələri üçün daha bir güzəşt - İZAH


gundem / bolge
28 dek 2025 | 18:57

Xətaidə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü" və Yeni il münasibətilə tədbir keçirilib


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
15:00 0
İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp
13:16 0
Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır
13:00 0
Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
12:42 0
Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı
12:15 0
Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür
12:00 0
Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
10:33 0
Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video
10:28 0
“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə