Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə... Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis? ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı Yenidən Çeçenistanın rəhbəri seçildi Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Bərdədə çəkilən yoldan şikayət: 43 saylı Yol İstismar İdarəsi 1.5 milyon manatı nəyə sərf etdi?

7-08-2025, 13:34 180

Bərdədə çəkilən yoldan şikayət: 43 saylı Yol İstismar İdarəsi 1.5 milyon manatı nəyə sərf etdi?


Prezident İlham Əliyev cənablarının Azərbaycanda prioritet elan etdiyi sahələrdən biri də infrastruktur layihələrinin yenilənməsi, müasirləşdirilməsidir. Bu məqsədlə dövlət başçısı avtomobil yollarının, körpülərin və yol ötürücülərinin yenidən çəkilməsi üçün müvafiq sərəncamlar imzalayır.
Dövlət başçısının belə bir sərəncamından biri də cari ilin mart ayının 7-də imzaladığı sərəncamdır.
Bu sərəncamla Bərdə rayonunda on beş min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Əmirli-Xanağalı-Uğurbəyli və Alpout-Qarayusifli-Tumaslı avtomobil yollarının əhatə etdiyi kəndlərdə əsaslı tikinti işləri başladı.
Sözügedən sərəncamla ilkin mərhələdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 1.5 milyon manat vəsait ayrılıb.
Yol çəkilişini AAYDA-nın tabeliyində fəaliyyət göstərən 43 saylı Yol İstismar İdarəsi MMC aparır.
Başdansovdu işlər, silinən pullar…
XALQ məlumat verir ki, dövlət başçısının imzaladığl sərəncama əsasən Bərdə rayonunun Əmirli, Xanərəb, Qaradəmirçi, Xanağalı, Xanxanımlı, Dəymədağıldı, Şirvanlı kəndləri istiqaməti üzrə aparılan işlərlə tanış olub.
Qeyd edək ki, burada ilk diqqətə gələn, əksər sakinlərin səsləndirdiyi neqativ məqam yolun ensiz çəkilməsidir. Yaşayış məntəqələrinin içlərində mümkün olduğu halda yolun ensiz planlaşdırılması narahatlıq yaradır.
Digər qüsur isə kəndlərin içində və kəndarası yollarda su ötürücülərinin-turbaların normativə uyğun qoyulmamasıdır.
Əmirli və Xanərəb kəndlərində yollardan keçən su turbaları korroziyaya uğramış, köhnə, diametri az olan turbalardan istifadə edilir.
Xanərəb kəndi ilə Qaradəmirçi kəndinin arasında – işıq stansiyasından Qaradəmirçi kəndinə olan istiqamətdə isə demək olar ki yol yatağına xam torpaqdan istifadə edilir.
Su ötürücü turbalarla olan problem Xanağalı və Xanxanımlı kəndlərində də var.
Belə ki, 2015-ci ildə Prezident İlham Əliyev cənablarının sərəncamı ilə Xanağalı kəndində qazılan su quyusunun suyunun arxa axan istiqamətində mövcud olan turbanı yol çəkilişini aparan şirkət ləğv edib.
Sakinlər yeni turba tələb etsələr də İdarə artıq planın təsdiqləndiyini, turbanın olmadığını bildirir.
Eyni problem Xanxanımlı kəndində də var.
Burada da su ötürücü turbalar normativə uyğun deyil.
Digər problem isə Xanağalı – Xanxanımlı – Dəymədağıldı kəndlərinin arasında olan məsafədə əkin sahələrindən çıxan suların kollektora alınmaması, yeni çəkilən yolda turbaların qoyulmamasıdır.
Diqqətçəkən məqamlardan biri isə yol çəkilişi aparan idarənin zəif işləməsidir.
Əmirli-Şirvanlı istiqamətində apardığımız müşahidələr zamanı heç bir ərazidə iş getmədiyini gördük.
Qeyd etdiyimiz problemlə bağlı yaxın günlərdə reportaj təqdim edəcəyik.
Məsələ ilə bağlı yazıda adı keçən və cavabdeh qurum olan 43 saylı Yol İstismar İdarəsi MMC-dən münasibət örgənə bilmədik. AzFakt.com

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

siyaset
18 dek 2023 | 13:47

İlham Əliyev dövlət agentliyinə 1,5 milyon manat ayırdı


gundem / siyaset
23 iyl 2025 | 13:56

Şəmkirdə yolların əsaslı təmirinə iki milyon manat ayrılıb - SƏRƏNCAM


gundem / siyaset
31 iyl 2025 | 13:38

Prezident sərəncam imzaladı - avtomobil yollarının əsaslı təmiri ilə bağlı


siyaset
28 dek 2023 | 14:08

Prezident AAYDA-ya 1,2 milyon manat ayırdı


gundem / siyaset
14 apr 2025 | 11:49

Cəlilabadda yol təmirinə 1,5 milyon manat ayrıldı


siyaset
3 iyn 2025 | 13:49

Prezident bu yolların əsaslı təmirinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM


siyaset
19 dek 2023 | 13:32

Prezident dövlət agentliyinə 800 min manat ayırdı


gundem / siyaset
14 dek 2023 | 14:13

İlham Əliyev dövlət agentliyinə yarım milyon manat ayırdı - SƏRƏNCAM


siyaset
25 dek 2023 | 11:57

İlham Əliyev dövlət agentliyinə 1,4 milyon manat ayırdı


gundem / siyaset
29 dek 2023 | 12:39

Prezident büdcədən 1 milyon manat ayırdı


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
13:39 0
Trampın Moskvaya uğurlu hücumdan sonra Zelenskiyə zənginin səbəbi bilindi: Yenə...
13:16 1
Trampın ŞOK Güney Qafqaz planı – Sırada Tiflis?
11:52 1
ABŞ Ermənistana ordu qurur? - Bakıdan REAKSİYA
11:43 1
Kəlbəcərdə ayı avtomobillərin hərəkət etdiyi tunelə girib – maraqlı görüntülər
11:10 1
Ağdərədə 2 su elektrik stansiyası tikilir: 40 milyon ayrıldı
11:05 2
Yenidən Çeçenistanın rəhbəri seçildi
10:59 1
Qisas üçün öldürüb meyitini quyuya atmışdı - 7 il sonra üstü açıldı
10:54 0
Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Video - Fotolar

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə