Bulvarda suyun səthi təmizlənir Dini liderlər Azərbaycan Prezidentinə müraciət etdilər İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olundu Bakıda sabah xaos gözlənilir – ƏHALİYƏ XƏBƏRDARLIQ SON DƏQİQƏ! “Bakı Metropoliteni” məlumat yaydı 180 min nəfəri sevindirən qərar - Nazirlik açıqladı Rusiya Ermənistana qaz idxalını dayandırır Bakıda TDT Müsəlman dini liderlərinin 7-ci Görüşü keçirilir
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Ketrinq xidməti göstərirdi, indi isə... - Mahir Abbaszadənin 1,8 milyonluq tender verdiyi şirkət kimindir?

11-04-2025, 17:13 147

Ketrinq xidməti göstərirdi, indi isə... - Mahir Abbaszadənin 1,8 milyonluq tender verdiyi şirkət kimindir?


Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi "Məişət İst" şirkəti seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 1 802 590,42 manatdır.

Bu tenderdə diqqətçəkən məqam "Məişət İst" şirkətinin faəliyyət sferası ilə bağlıdır. Əvvəlcə qeyd edək ki, şirkət 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 6 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsi, General Şıxlinski küçəsi, ev 1A-da yerləşən "Məişət İst" MMC-nin qanuni təmsilçisi Cəfərov Nicat İzahat oğludur. Nicat Cəfərov haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.

"Məişət İst" MMC-yə gəlincə, dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırma nəticəsində məlum olub ki, şirkət əsasən ketrinq xidməti göstərir. Nümunə olaraq şirkətlə Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi arasında 2023 və 2024-cü illərdə bağlanmış satınalma müqavilələrini göstərmək olar.

Bu hələ son deyil. Məlum olur ki, şirkət vaxtaşırı profilini dəyişir. Ketrinq xidməti göstərən "Məişət İst" MMC bəzən tikinti məhsullarının satışını həyata keçirən şirkət kimi də dövlət satınalmalarına qatılır və qalib seçilir. Nümunə olaraq "N" saylı hərbi hissə ilə şirkət arasında 2023-cü ildə bağlanmış satınalma müqaviləsini göstərmək olar. Maliyyə dəyəri 46 018,75 manat olan həmin müqavilədə tikinti materiallarının satın alınması nəzərdə tutulur.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun rəhbəri Mahir Abbaszadədir. O, 2018-ci ildən bu vəzifədədir. Mahir Abbaszadə həm də keçmiş deputatdır. Parlamentdə 121 saylı Laçın seçki dairəsini təmsil edib.

Mahir Abbaszadə ilə "Məişət İst" MMC arasında hər hansı bağlılığın olub-olmadığı bəlli deyil. Bu müəmmanı nə şirkət, nə də Fondla aydınlaşdırmaq mümkün olub.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

gundem / arasdirma / bolge
28 okt 2023 | 03:59

“İsmayıllı Tikinti-27″ASC-Nin Keyfiyyətsiz Beton Qalmaqalı, Rüşvət Ittihamı… – 3,6 Milyonluq Məktəb


gundem / arasdirma / cemiyyet
11 iyl 2024 | 01:43

Beş ildə 11 milyonluq tender udan «Azertikinti-M» kimə məxsusdur? – MMC-ni Mahir Abbaszadə ilə nə kimi tellər bağlayır?


gundem / cemiyyet
10 apr 2025 | 14:00

2 gündə 3 İcra Hakimiyyətinin tenderini udan sirli şirkət - Kimindir?


siyaset
20 noy 2024 | 13:39

“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?


siyaset
20 noy 2024 | 13:39

“Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?


gundem / arasdirma / cemiyyet
5 avq 2024 | 16:10

Biznesmen yoxsa deputat? - Qafarov şirkətlərini qorumaq üçün parlamentə düşmək istəyir?


gundem / bolge
1 apr 2025 | 02:49

Qəzənfər Ağayev “ELNUR-2″ni niyə “əzizləyir”? - HƏQİQƏTƏN DƏ...


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
11:40 0
Bulvarda suyun səthi təmizlənir
11:36 0
Dini liderlər Azərbaycan Prezidentinə müraciət etdilər
11:30 0
İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olundu
10:21 0
Bakıda sabah xaos gözlənilir – ƏHALİYƏ XƏBƏRDARLIQ
09:49 0
SON DƏQİQƏ! “Bakı Metropoliteni” məlumat yaydı
09:37 0
180 min nəfəri sevindirən qərar - Nazirlik açıqladı
09:28 0
Rusiya Ermənistana qaz idxalını dayandırır
08:58 0
Bakıda TDT Müsəlman dini liderlərinin 7-ci Görüşü keçirilir

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə