Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür “Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video Azərbaycanda Dövlət Suverenliyi Günüdür Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam Hansı temperaturda çay içmək xərçəng yaradır? DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO “Bitcoin”in yenidən bahalaşdı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Arxitektura Komitəsi “Əcəmi Mall”dakı qanunsuz tikilinin qarşısını niyə ala bilmədi - İlginc faktlar

16-10-2024, 22:57 209

Arxitektura Komitəsi “Əcəmi Mall”dakı qanunsuz tikilinin qarşısını niyə ala bilmədi - İlginc faktlar


Ötən gün elektron mediada Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhəri üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən aparılan monitorinqlər nəticəsində Bakı şəhəri Nəsimi rayonu, Hüseynbal Əliyev küçəsində (Memar Əcəmi m. yanı) Əcəmi Mall ticarət mərkəzinin binasında yerləşən obyektdə razılaşdırılmamış artırma işləri faktı aşkar edilməsi ilə bağlı məlumat yayıldı...

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilir ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən tikinti işlərinin dayandırılması ilə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə icra hakimiyyəti orqanlarına məlumat verilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikinti işlərinin dayandırılması ilə bağlı məlumat verilməsinə baxmayaraq ərazidə artırılma işlərinin davam etdirilməsi xəbəri də yayıldı. Bu barədə məlumatı caliber.az-a sakinlər veriblər.

Qeyd edək ki, son vaxtlar Bakı şəhərində belə qanunsuz tikililərin, tikililərə artırmaların sayı çoxalıb. Buna xüsusən də paytaxtın mərkəzi hissələrində, əhalinin daha çox istifadə etdiyi metrostansiyaların yaxınlığında, səkilərdə belə tikililərə daha çox rast gəlinir ki, bu da sakinlərin haqlı narazılığına səbəb olur. Görsənən odur ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi belə qanunsuz tikililərin aparılmasının qarşısını ya ala bilmir, ya da almaqda maraqlı deyil.

Qeyd edək ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi, tikintiyə icazə üçün müraciət edilməzdən əvvəl aparılacaq tikintinin icazə verilən parametrləri barədə müraciətlərin baxılması, tikinti məqsədləri üçün torpaq sahəsi ayrılarkən həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması, səyyar və əsaslı tikinti olmayan obyektlərin, xırda pərakəndə ticarət obyektlərinin və komplekslərinin uyğunluğuna dair rəylərin verilməsi, şəhərsalma kadastrının aparılması və habelə İdarənin əsasnaməsinə əsasən nəzərdə tutulmuş digər sahələrdə fəaliyyət istiqamətləri olan icra hakimiyyəti orqanıdır. İdarənin rəisi vəzifəsi 2024-cü ilin yanvarından Riad Qasımova həvalə edilib. O, 2023-cü ildən Baş idarə rəisi vəzifəsini müvəqqəti icra edirdi.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

gundem / arasdirma / cemiyyet
7 may 2024 | 15:36

Arxitektura Komitəsində “təmizləmə“ - Sədr Ramin Abdullayevdən qurtulur?


gundem / cemiyyet
17 iyn 2024 | 16:52

Yoldaş Abdullayev kolxoz qanunları ilə işləyirsə... - VAXTI YETİŞİB...


gundem / arasdirma / bolge
3 iyl 2024 | 13:53

Binəqədidə qanunsuz tikintiyə niyə göz yumulur?


gundem / cemiyyet
2 sen 2024 | 14:37

Asif Əsgərovun “xurcun doldurma əməliyyatı“: Anar Quliyev Nəsimi rayonundakı qanunsuz tikintilərə “dur“ deyə bilmir?


gundem / bolge
3 iyl 2024 | 09:39

Binəqədiqə qanun-manun HƏRLƏYƏN YOXDUR... - BU DA FAKT!!!


sosial
25 noy 2023 | 09:00

Bu binalardan mənzil alanda ehtiyatlı olun: Prokurorluq vətəndaşlara müraciət etdi


gundem / cemiyyet
16 iyl 2024 | 14:21

Ramin Abdullayevlə bağlı İLGİNC İDDİA - Qərar verilə bilər...


cemiyyet
23 yan 2024 | 13:50

Bakıda bu il 65 bina söküləcək - ÜNVANLAR


gundem / bolge
5 sen 2024 | 13:23

Adil Vəliyevin ABSURD COB-29 TƏDARÜKÜ... - Bütün qanunsuzluqlara YAŞIL İŞIQ...


siyaset
17 okt 2023 | 13:47

Azərbaycan Prezidenti: “Biz birinci şəhərsalma layihəsini Füzulidə icra edirik”


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
09:38 0
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
09:32 0
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
09:24 0
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
09:00 0
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
16:07 0
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
12:00 1
Hansı temperaturda çay içmək xərçəng yaradır?
10:28 2
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
10:18 1
“Bitcoin”in yenidən bahalaşdı

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə