Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə... Prezident və xanımı vidaya əklil göndərdi Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI Tiflis bunu Türkiyəyə əmanət etdi - 110 milyon dollarlıq nəhəng layihə Şəkidə 2 nəfərin öldüyü kanat qəzası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI İki nəfərin öldüyü istirahət mərkəzi məşhur iş adamına məxsus imiş Prezident həmkarını təbrik etdi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Abşeronda uşaqların İŞİ DAHA ÇƏTİNDİR... - AXI NİYƏ?

18-07-2024, 16:28 501

Abşeronda uşaqların İŞİ DAHA ÇƏTİNDİR... - AXI NİYƏ?


Xırdalan şəhər 17 saylı körpələr evi - uşaq bağçasının keçmiş, Digah qəsəbəsi 6 saylı uşaq bağçasının hazırkı müdiri Fəranə Məhərrəmovanın serial kimi "sərgüzəştləri" davam edir.

"DogruXeber.az" bildirir ki, redaksiyamıza bu dəfə Fəranə Məhərrəmovanın daha bir neçə səs yazıları daxil olub.

O, səs yazıları ki, birində Fəranə xanım valideynləri toplayıb, bağçada müəyyən təmir işlərinin aparılması üçün pul yığılmalı olduğundan bəhs edir. Digər səs yazısında isə bağçada fond pulu yığdığı, eləcə də valideynlərlə qrup-qrup görüşüb pul istədiyi barəsində rəhbər şəxslərə də məlumat verdiyindən danışır.



Qeyd edək ki, uşaq bağçalarının tabe olduğu qurum, Eşqi Bağırovun rəhbərlik etdiyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyidir.

Eşqi Bağırovun özünün də barəsində yerli saytlarda kifayət qədər tənqidi yazılar və qanunsuz əməlləri barəsində məlumatlar var, amma "gözün üstə qaşın var" deyəni yoxdur. Yəqin, bundan ilhamlanaraq, barəsində korrupsiya, rüşvət faktları olan, dövlət müəssisəsini öz evi kimi idarə edən işçilərinə də bu gün lazım olduğundan da artıq sərbəstlik verib.

Əgər, Fəranə Məhərrəmova bütün yığılar pullar barəsində rəhbərliyə də bildirdiyini deyirsə, belə çıxır ki, Fəranə Məhərrəmovanın, Günay Hacıyevanın, Arzu Məmmədovanın, Lənkəran şəhər 12 saylı körpələr evi - uşaq bağçasının müdiri Zəminə İsayevanın hazırkı fəaliyyətləri onun ürəyincədir.

O, Zəminə İsayeva ki, bağçada qanunsuz pullar yığdırdığı azmış kimi, işçilərinə qarşı amansız , "faşistcəsinə" davranışları ilə gözlərinin yaşını tökməklə, onlara "mənəm" prinsipini nümayiş etdirib, gözlərini qorxutmağa çalışır.



"Kanal14" YouTube kanalında təqdim etdiyimiz səs yazısında sözügedən 12 saylı uşaq bağçasında kanalizasiya üçün 5 manat pul yığılmasından da söhbət gedir.

O, bağça ki, siçovullar meydanda sərbəst gəzişir, xalçaların çirki ekrandan belə nə qədər iyrənc görünür, döşəmə taxtaları biri-birindən aralı, çürümüş, qəzalı vəziyyətdə...

Qaldı ki, yeməklərinə, bir boşqab bulanıq su, 2-3 xırda kubik şəklində doğranmış kartof, 3-4 makaron dənəsi. Vəssalam...

Yığılan pullar: lampa almaq üçün, kanalizasiya üçün, San Epidemiologiya Mərkəzindən arayış almaq üçün... üçün... üçün...

Əlbəttə ki, bütün bunlar barəsində məlumatları dərc etmişik də, "Kamalın zamanı" proqramında yayımlamışıq da, Elm və Təhsil Nazirliyinə rəsmi sorğu şəklində göndərmişik də.


Nə dəyişib?

İki həftə əvvəl 5 uşaq bağçasının müdirləri işdən çıxarılıb.

Hər halda, nazirliyin yayımlatdırdığı rəsmi məlumatda belə yazılıb. Amma, nə bağçaların nömrəsi bilinir, nə işdən çıxarılan müdirlərin adları, nə də işdən çıxarılma səbəbləri...

Bu isə o, deməkdir ki, heç nə dəyişməyib.

Bəlli ki, qurum bu cür formal xarakter daşıyan xəbərlərlə ictimaiyyətin diqqətini yayındırmağa çalışır.

Reallıq isə budur ki, aylardır korrupsiya əməlləri araşdırdıqca "matruşka" kimi çoxalan, kollektivlə işləmə bacarığı belə olmayan, kollektiv arasında ayrıseçkilik, inciklik yaradan, haqq deyəni işdən çıxarmaqla, məhkəməylə, prokurorluqla hədələyən Fəranə Məhərrəmova, Zəminə İsayeva və digər bu cür çalışan bağça müdirləri, məktəb direktorları maneəsiz şəkildə öyrəşdikləri üsulla fəaliyyətlərini davam etdirirlər.

P.S: Qeyd edək ki, yuxarıda adları çəkilən bağça müdirləri barəsində aidiyyatı qurum qanuni tədbir görməyə deyil, susmağa üstünlük verdiyi üçün, artıq tərəfimizdən rəsmi müraciət və səs yazıları Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyevaya göndərilib

Mövzunu davam etdirəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

gundem / tehsil
3 may 2024 | 17:44

17 saylı uşaq bağçasının rəhbərinin ŞOK SƏS yazısı yayıldı - “Burda mənəm, Bağdadda kor xəlifə! ”


tehsil
19 yan 2024 | 17:19

Azərbaycanda bir sıra uşaq evi publik hüquqi şəxsə çevrildi - SİYAHI


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
19:00 0
Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə
18:30 0
Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə...
13:19 0
Prezident və xanımı vidaya əklil göndərdi
13:16 0
Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI
12:13 0
Tiflis bunu Türkiyəyə əmanət etdi - 110 milyon dollarlıq nəhəng layihə
12:03 0
Şəkidə 2 nəfərin öldüyü kanat qəzası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI
12:00 0
İki nəfərin öldüyü istirahət mərkəzi məşhur iş adamına məxsus imiş
11:21 0
Prezident həmkarını təbrik etdi

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə