Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə... Prezident və xanımı vidaya əklil göndərdi Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI Tiflis bunu Türkiyəyə əmanət etdi - 110 milyon dollarlıq nəhəng layihə Şəkidə 2 nəfərin öldüyü kanat qəzası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI İki nəfərin öldüyü istirahət mərkəzi məşhur iş adamına məxsus imiş Prezident həmkarını təbrik etdi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Xarici qüvvələrin Elşad Hacıyevə basqısı niyə artıb? - ARAŞDIRMA

27-05-2024, 01:34 492

Xarici qüvvələrin Elşad Hacıyevə basqısı niyə artıb? - ARAŞDIRMA


Son günlər Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi polkovnik-leytenant Elşad Hacıyevə qarşı xarici qüvvələrin sosial şəbəkədə basqı yaratdığını, ona qarşı böhtan xarakterli uydurma yazılar yazdığının tez-tez şahidi oluruq.

"Azərbaycan Reallığı" xəbər verir ki, Ömrünü ölkə rəhbərliyini, DİN naziri və yüksək rütbəli məmurları tənqid və təhqir etməklə keçirən, mühacirətdə yağ-bal içində yaşayan Tural Sadıqlı yenə xarici qüvvələrin tapşırığı ilə Elşad Hacıyevi hədəf göstərərək onun DİN-in günlük hesabatlarından narahatlığını gizlətməyib.

Əslində Tural Sadıqlını narahat edən nədir?

Elşad Hacıyevin, dolayısıyla DİN-in xalqla yaxınlaşması, istər nazirliyin, istər nazirliyin sözcüsünün xalqa bir mesaj qədər yaxın olması Tural Sadıqlı kimi xarici qüvvələrin ipini tutduğu şəxsi narahat etməyə bilməz. Azərbaycanda daxili sakitçilik, xalqın istər dövlətdən, istər DİN-dən razı qalması Tural Sadıqlı və digər düşmən ünsürlərə çalışan şəxsləri narahat etməyə bilməz.

General-polkovnik Vilayət Eyvazovdan öncə xalqla DİN arasındakı bağ demək olar yox dərəcəsində idi. İnsanlar dərdi, problemi olanda kimə müraciət edəcəyini belə bilmirdi.

Məhz general-polkovnik Vilayət Eyvazovun DİN başına gətirildikdən sonra öncə Elşad Hacıyev, Zeyni Hüseynov və digər DİN sözcülərinin sosial şəbəkələrdə aktiv iştirak qərarı DİN-in atdığı ən mühüm qərarlardan biri oldu.

Artıq insanlar kiçik oğurluqla rastlaşanda, haqsızlıqla üzləşəndə hətta küçədə kiçik problemlə qarşılaşanda belə DİN -nə sözcülər vasitəsilə müraciətini bildirə bilir, bu müraciətlərin 99%inin yerindəcə həll edildiyinin şahidi olurlar.

Bütün bunlar xalq-DİN arasında illərdə olan soyuqluğu aradan qaldırır, xalq-DİN və xalq-hökümət bağını daha da möhkəmlədir. Təbii, bütün bu sadaladıqlarım Tural Sadıqlı kimiləri narahat etməyə bilməz. Əslində tək onları deyil, onları idarə edən xarici qüvvələr də bundan narahatdır və onların dili ilə danışırlar.

Amma və lakin, xalqla Daxili İşlər Nazirliyinin, eləcə də ölkədə son illər Korrupsiyaya qarşı mübarizə idarəsinin, o cümlədən Dövlət Təhlükəsizlik Xidmətinin gördüyü işlər, xalqın rahatlığının təminatı üçün atdığı addımlar Tural Sadıqlı kimiləri yalnız narahat edə bilər.

Əgər ölkəmizə düşmən olan qüvvələr bundan narahatdırsa deməli ölkə rəhbərliyi başda olmaqla təhlükəsizlik qurumları vəzifəsinini artıqlaması ilə görür. Onlar narahat olmağa davam edə bilər...

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
19:00 0
Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə
18:30 0
Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə...
13:19 0
Prezident və xanımı vidaya əklil göndərdi
13:16 0
Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI
12:13 0
Tiflis bunu Türkiyəyə əmanət etdi - 110 milyon dollarlıq nəhəng layihə
12:03 0
Şəkidə 2 nəfərin öldüyü kanat qəzası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI
12:00 0
İki nəfərin öldüyü istirahət mərkəzi məşhur iş adamına məxsus imiş
11:21 0
Prezident həmkarını təbrik etdi

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə