Taksi sürücüləri sabah imtahan verəcəklər İlham Əliyev açılışda iştirak edib - FOTOLAR Erməni mediası bir-birinə qarşı – Ceyhun Bayramovun sözləri üstündə savaş başladı Azərbaycanda mənzil almaq üçün 17 il işləmək lazımdır Süni intellektin tətbiqi genişləndirilməlidir - İlham Əliyev İlham Əliyev bu şəxsləri təltif etdi Emin Əmrullayev dərslərlə bağlı ƏMR İMZALADI Korrupsiyaya görə işdən çıxarılan icra başçısını bu şəxs əvəz edir
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Prezident açılışda iştirak edib - YENİLƏNİB (FOTO)

12-09-2023, 13:21 380

Prezident açılışda iştirak edib - YENİLƏNİB (FOTO)


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də iki min şagird yerlik Xırdalan şəhər 11 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak edib.

Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına məktəbdə yaradılan şərait barədə məlumat verdi.

Qeyd edək ki, bu məktəbin layihəsi Xırdalan şəhərinin ərazisindəki təhsil ocaqlarında şagird sıxlığı nəzərə alınaraq dövlətimizin başçısının tapşırıqlarına əsasən hazırlanıb və uğurla icra olunub.

Məktəb binasının tikintisinə 2021-ci ilin fevral ayında başlanıb və bu ilin sentyabr ayında başa çatdırılıb. Ən müasir avadanlıqla təchiz olunan funksional bina tədrisin yüksək keyfiyyətlə təşkili üçün hər cür şəraitə malikdir. Yeni məktəbdə 74 sinif, 6 informatika otağı, məktəbəqədər 2 hazırlıq otağı, 8 otaqdan ibarət STEAM Mərkəzi, 2 idman zalı, 2 əmək otağı, hərbi hazırlıq, xarici dil, musiqi, rəsm, tibb otaqları, fizika və biologiya kabinetləri, kimya laboratoriyası, kitabxana, yeməkxana və 400 nəfərlik akt zalı yaradılıb.

Prezident İlham Əliyev yeni təhsil ocağının məktəbəqədər hazırlıq, ibtidai sinif otaqlarında, biologiya kabinetində, çağırışa qədər hərbi hazırlıq otağında, STEAM Mərkəzində, fizika kabinetində, kimya laboratoriyasında, informatika otağında, idman zalında və yeməkxanada yaradılan şəraitlə tanış oldu.

STEAM layihəsi birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə 2019-2020-ci tədris ilinin əvvəlindən məktəblərimizdə tətbiq edilir. STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə aşılamaqla yanaşı, onlara mühəndislik səriştələri öyrədir.

Bu məktəbin STEAM Mərkəzi də elektron lövhələr, kompüterlər, 3D printerlər, müvafiq öyrədici qurğular, elektron komponentlər və dəftərxana ləvazimatları ilə təmin olunub. Burada, həmçinin mühəndis emalatxanası, kiçik yaşlı uşaqlar üçün zona, təlim və robototexnika otaqları var.

Müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Təhsildəki nailiyyətlər ölkələrin inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu ölkələr sırasındadır. Son illərdə ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca hədəf seçib.

Xırdalan şəhəri 11 saylı tam orta məktəbin ən müasir standartlara cavab verən binasının inşası da bir daha təsdiqləyir ki, ölkəmizdə təhsil islahatları Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində uğurla davam edir.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də iki min şagird yerlik Xırdalan şəhər 11 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak edib.

Prezident açılışda iştirak edib - YENİLƏNİB (FOTO)Prezident açılışda iştirak edib - YENİLƏNİB (FOTO)Prezident açılışda iştirak edib - YENİLƏNİB (FOTO)Prezident açılışda iştirak edib - YENİLƏNİB (FOTO)Prezident açılışda iştirak edib - YENİLƏNİB (FOTO)Prezident açılışda iştirak edib - YENİLƏNİB (FOTO)Prezident açılışda iştirak edib - YENİLƏNİB (FOTO)Prezident açılışda iştirak edib - YENİLƏNİB (FOTO)Prezident açılışda iştirak edib - YENİLƏNİB (FOTO)Prezident açılışda iştirak edib - YENİLƏNİB (FOTO)Prezident açılışda iştirak edib - YENİLƏNİB (FOTO)

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
13:19 0
Taksi sürücüləri sabah imtahan verəcəklər
13:10 0
İlham Əliyev açılışda iştirak edib - FOTOLAR
09:14 0
Erməni mediası bir-birinə qarşı – Ceyhun Bayramovun sözləri üstündə savaş başladı
09:00 0
Azərbaycanda mənzil almaq üçün 17 il işləmək lazımdır
08:24 0
Süni intellektin tətbiqi genişləndirilməlidir - İlham Əliyev
08:19 0
İlham Əliyev bu şəxsləri təltif etdi
07:29 0
Emin Əmrullayev dərslərlə bağlı ƏMR İMZALADI
07:25 0
Korrupsiyaya görə işdən çıxarılan icra başçısını bu şəxs əvəz edir

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə