Fim.az » dunya » Paşinyan sülh sazişinin bu tarixə qədər imzalanacağını düşünür
Paşinyan sülh sazişinin bu tarixə qədər imzalanacağını düşünür

Paşinyan sülh sazişinin bu tarixə qədər imzalanacağını düşünür

Paşinyan sülh sazişinin bu tarixə qədər imzalanacağını düşünür


Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişini 2031-ci ilə qədər imzalamağa və ratifikasiya etməyə ümid edir.

“Sputnik Ermənistan” xəbər verir ki, o bu barədə hökumətin iclasında danışıb.
Onun sözlərinə görə, Azərbaycanla sülh sazişinin imzalanması hökumətin və şəxsən Paşinyanın özü üçün ən vacib məsələlərdən biridir:

“Mən şəxsən qarşımda tapşırıq, konkret qrafik qoymuşam. Bu, 2031-ci ilə qədər həmin məsələnin həllinə nail olmaqdır”.

Paşinyan vurğulayıb ki, belə bir imkanın mümkün olduğunu görür, əks halda bu mövzunu qaldırmazdı.