Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə... Prezident və xanımı vidaya əklil göndərdi Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI Tiflis bunu Türkiyəyə əmanət etdi - 110 milyon dollarlıq nəhəng layihə Şəkidə 2 nəfərin öldüyü kanat qəzası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI İki nəfərin öldüyü istirahət mərkəzi məşhur iş adamına məxsus imiş Prezident həmkarını təbrik etdi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Lavrov İrəvanla bağlı elə SÖZ dedi ki... – Gərginlik PİK həddə

4-09-2026, 16:39 0

Lavrov İrəvanla bağlı elə SÖZ dedi ki... – Gərginlik PİK həddə


"Ermənistanın Avropa İttifaqına qoşulmaq istəyi tezliklə yox ola bilər".

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Şərq İqtisadi Forumunda bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı özünün uzaqgörən olmayan qərarları səbəbindən iqtisadi üstünlüklərini itirməkdədir.
2026-cı ildə Avropa İttifaqı (Aİ) enerji təzyiqləri, artan inflyasiya və büdcə çətinlikləri səbəbindən ciddi iqtisadi və staqflyasiya riski ilə üz-üzədir. Bəzi ekspertlərə görə, bugünkü Avropa İttifaqının üzləşdiyi əsas çətinliklərdən biri onun daxili vahidlik prinsipinin praktik siyasətdə tez-tez pozulmasıdır. Daha dəqiq desək, 27 üzv dövlət sadəcə kağız üzərində birləşib. Reallıqda isə milli maraqlar, siyasi fərqlər, iqtisadi prioritetlər və geosiyasi yanaşmalar birliyi zəiflədir. Xüsusilə xarici siyasət və təhlükəsizlik məsələlərində parçalanma daha açıq görünür. Ukraynaya yardım, Rusiyaya qarşı sanksiyalar, Yaxın Şərqdəki münaqişələrə münasibət, enerji təhlükəsizliyi və müdafiə məsələləri ətrafında yaşanan fikir ayrılıqları göstərir ki, Aİ daxilində vahid strateji düşüncə hələ formalaşmayıb.

Həqiqətən belədirmi? Lavrov öz arzusunu gerçək kimi qələmə vermir ki? Doğrudanmı Aİ iqtisadi üstünlüklərini itirir və İrəvan Avropa kursundan imtina edə bilər?

Deputat Kamran Bayramov Musavat.com-a deyib ki, Lavrovun səsləndirdiyi fikirlər Moskva ilə İrəvan arasında çoxdan böhran həddinə çatmış münasibətlərin yeni bir gərginlik fazasına qədəm qoyduğunu nümayiş etdirir.
Onun fikrincə, Lavrovun Aİ-nin öz iqtisadi üstünlüklərini itirdiyini və Ermənistanın bu təşkilata yaxınlaşmaq həvəsinin tezliklə sönə biləcəyini iddia etməsi, bir tərəfdən Qərbin üzləşdiyi struktur problemlərini qabartmaq məqsədi güdürsə, digər tərəfdən Moskvanın öz təsir dairəsindən çıxmağa çalışan müttəfiqinə xəbərdarlıq siqnalıdır.

Deputatın sözlərinə görə, Aİ-nin iqtisadi göstəricilərinə və daxili dinamikasına nəzər saldıqda görürük ki, Rusiya rəsmilərinin tənqidləri tamamən əsassız olmasa da, müəyyən dərəcədə şişirdilmiş və təbliğat xarakteri daşıyan mülahizələrdir:

“Həqiqətən də, Rusiyaya qarşı tətbiq edilən misilsiz sanksiyalar və ucuz enerji resurslarından imtina olunması Avropa iqtisadiyyatına ciddi zərbə vurub, istehsal xərclərinin artmasına, inflyasiya təzyiqlərinə və staqnasiya risklərinin güclənməsinə gətirib çıxarıb. Bununla yanaşı, 27 üzv dövlət arasında Ukraynaya yardım, sanksiyalar paketləri, miqrasiya siyasəti və enerji təhlükəsizliyi kimi strateji mövzularda ciddi fikir ayrılıqlarının mövcudluğu birliyin xarici siyasətdə vahid güc kimi çıxış etməsini zəiflədir. Macarıstan, Slovakiya kimi ölkələrin fərqli mövqeləri Aİ-nin qərar qəbuletmə mexanizmlərindəki dərin çatları büruzə verir. Lakin bütün bu mənfi amillərə baxmayaraq, Lavrovun tezisi daha çox Moskvanın arzularının reallıq kimi qələmə verilməsidir”.

Deputat hesab edir ki, Aİ hələ də yüksək texnologiyalar, alıcılıq qabiliyyəti, hüquq sistemi və həyat standartları baxımından qlobal iqtisadiyyatın əsas mərkəzlərindən biri olaraq qalır və onun cəlbediciliyi tamamilə yoxa çıxmayıb: “İrəvanın Avropa kursundan imtina edib-etməyəcəyi məsələsinə gəldikdə isə burada əsas hərəkətverici qüvvə Aİ-nin iqtisadi durumundan daha çox Ermənistanın təhlükəsizlik arxitekturasında yaşanan fundamental dəyişikliklərdir”.

Parlament təmsilçisi onu da qeyd edib ki, İrəvan üçün Aİ ilə yaxınlaşma təkcə iqtisadi dividendlər əldə etmək deyil, həm də Rusiyanın dominantlığından xilas olmaq üçün siyasi gedişdir.

Onun fikrincə, bu səbəbdən, Brüsselin üzləşdiyi iqtisadi çətinliklər Ermənistanın Avropaya inteqrasiya xəttini birdən-birə dəyişməyə qadir deyil: “Bununla belə, Ermənistanın Qərbə doğru geostrateji dönüşünün qarşısında çox ciddi obyektiv maneələr durur ki, bu da İrəvanın manevr imkanlarını kəskin şəkildə məhdudlaşdırır. Ermənistan iqtisadiyyatı, energetika sistemi və nəqliyyat infrastrukturu hələ də Rusiyadan asılı vəziyyətdədir. Ölkənin Avrasiya İqtisadi İttifaqında qalması İrəvana ucuz enerji, geniş bazar və böyük həcmdə pul köçürmələri təmin edir ki, Qərbin qısa və orta müddətdə bu asılılığı əvəz edə biləcək real alternativ təqdim etməsi mümkün görünmür. Əgər Rusiya İrəvana qarşı sərt iqtisadi sanksiyalar, qaz təchizatında məhdudiyyətlər və ya gömrük baryerləri tətbiq edərsə, bu, Ermənistan iqtisadiyyatı üçün fəlakətli nəticələrə gətirib çıxara bilər”.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

dunya
6 fev 2026 | 17:22

Rusiyadan Paşinyana yenə HƏDƏ - Referendum yaxınlaşdıqca...


dunya
6 may 2026 | 12:41

Avropa İttifaqı Zəngəzur dəhlizindən pay istəyir


dunya
30 may 2025 | 12:00

Rusiyanı Ukraynanın işğalına “məcbur edən” gizli qüvvə – İnanılmaz


dunya
24 avq 2026 | 17:22

Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ


dunya
28 avq 2026 | 09:46

Lavrovdan Köçəryan və Sərkisyanla bağlı gözlənilən açıqlama


siyaset
22 fev 2024 | 15:46

ABŞ-nin dəstək mesajı: Azərbaycanla münasibətlər normallaşır? - ŞƏRH


siyaset
5 fev 2026 | 13:37

“Ermənilər Rusiyaya qarşı yönəlmiş ittifaqa qoşulmağa hazırdırmı?”


dunya
5 fev 2026 | 15:21

Kremldən İrəvana XƏBƏRDARLIQ: Avropa İttifaqını seçərsə…


siyaset
25 iyn 2026 | 12:12

İrəvanın seçimi, Qafqazın taleyi: Moskva ilə Brüsselin riskli oyunu


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
19:00 0
Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə
18:30 0
Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə...
13:19 0
Prezident və xanımı vidaya əklil göndərdi
13:16 0
Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI
12:13 0
Tiflis bunu Türkiyəyə əmanət etdi - 110 milyon dollarlıq nəhəng layihə
12:03 0
Şəkidə 2 nəfərin öldüyü kanat qəzası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI
12:00 0
İki nəfərin öldüyü istirahət mərkəzi məşhur iş adamına məxsus imiş
11:21 0
Prezident həmkarını təbrik etdi

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə