Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə... Prezident və xanımı vidaya əklil göndərdi Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI Tiflis bunu Türkiyəyə əmanət etdi - 110 milyon dollarlıq nəhəng layihə Şəkidə 2 nəfərin öldüyü kanat qəzası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI İki nəfərin öldüyü istirahət mərkəzi məşhur iş adamına məxsus imiş Prezident həmkarını təbrik etdi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

“Müstəqil media” adı altında növbəti oyun - ECPMF-in gizli niyyəti nədir?

31-08-2026, 19:00 0

“Müstəqil media” adı altında növbəti oyun - ECPMF-in gizli niyyəti nədir?


Avropa Media və Mətbuat Azadlığı Mərkəzi (ECPMF) “Azərbaycan jurnalistləri” üçün qrant müsabiqəsi elan edib. 19 avqust 2026-cı ildə açıqlanan ilkin şərtlərə əsasən, “müstəqil media qurumları” üçün nəzərdə tutulan bu müsabiqədə hər bir layihə üzrə minimum 5 min avro məbləğində vəsait ayrılacaq. Müraciətlərin qəbulu üçün son tarix 30 sentyabr 2026-cı il müəyyən edilib.

Müsabiqə ECPMF-in “İfadə azadlığı üçün dəstək və yardım” proqramı (Support and Assistance for Free Expression-SAFE) çərçivəsində keçirilir. SAFE əslində ECPMF-in 2022-ci ildən Ukrayna jurnalistləri üçün həyata keçirdiyi “Voices of Ukraine” proqramının genişləndirilmiş versiyasıdır. Təşkilat 26 avqust 2026-cı ildə bəyanat yayaraq bildirib ki, bu dəstək mexanizminin fəaliyyət coğrafiyasını genişləndirib. Bundan sonra layihənin Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynanı əhatə edəcəyini açıqlayıb. ECPMF-in proqramı Almaniya Federal Xarici İşlər Nazirliyi tərəfindən dəstəklənir.

Zahirən, cəlbedici layihədir. Belə təəssürat yaradılır ki, ECPMF “Şərq Tərəfdaşlığı” ölkələrində “müstəqil medianın” fəaliyyətinin davam etdirilməsinə, peşəkar jurnalistikanın yaşadılmasına dəstək olmağa çalışır. Amma müsabiqə şərtlərinin davamını oxuduqca, ilkin təəssürat yox olub gedir. Proqramın arxasından fərqli niyyətlər görünür.

Məsələn, SAFE proqramının nizamnaməsində bildirilir ki, “müstəqil media qurumları”, “peşəkar jurnalistika ilə məşğul olanlar müsabiqəyə qatılıb layihə almaq imkanına malikdirlər. Sonrakı abzasda isə əlavə edilir ki, “Proqramın əsas məqsədi təzyiq və risk şəraitində çalışan media nümayəndələrinə yardım göstərməkdir”. “İfadə azadlığını müdafiə edən, təzyiqə məruz qalan jurnalistlərə yardım göstərən şəxslər”in layihələrinə öncüllük verilir.

Bu da hamısı deyil. Müsabiqə şərtlərinin əsaslandırılması bölüməsində qeyd edilir ki, “Proqram təzyiqlə üzləşən jurnalistlərin mümkün şəraitdə öz ölkələrində qalaraq işləmələrini təmin etməyə çalışır. Digər hallarda isə həmin jurnalistlərin ölkədən çıxarılaraq müvəqqəti köçürülmələri təmin ediləcək”.

Müsabiqə şərtlərinin geniş təhlili göstərir ki, ECPMF üzərindən həyata keçirilən layihənin məqsədi heç də “tərəfdaş ölkələrdə” müstəqil medianın inkişaf etdirilməsi, peşəkar jurnalistlərin dəstəklənməsi deyil. Niyyət bu ölkələrdə Avropanın “5-ci kolonu”nun pərakəndə düşmüş üzvlərini yenidən səfərbər etmək, onları leqal və qeyri-leqal yollarla maliyyələşdirmək, zərurət yarananda onların öz ölkələrindən qaçışını təmin etmək, hüquqi məsuliyyətdən yayınmalarına şərait yaratmaqdır. Bir sözlə, hədəf keçmiş “qrant infrastrukturunu” yenidən bərpa etməkdir.

ECPMF-in Azərbaycan üzrə indiyə qədər həyata keçirdiyi fəaliyyət bu şübhələrin kifayət qədər real olduğuna işarə verir. Məsələn, ilkin araşdırmalar göstərir ki, təşkilat ölkəmizlə bağlı sistemli “monitorinqlər aparıb”, “kampaniyalar keçirib”, çoxsaylı bəyanatlar hazırlayıb, “jurnalistlərə dəstək verib”, rezident proqramları həyata keçirib. Bəs bu proqramlar kimləri əhatə edib? Əsl ziddiyyət burada üzə çıxır. ECPMF Azərbaycanda “müstəqil media”, “peşəkar jurnalistika” deyəndə “Abzas Media” və “Tolum TV”ni nəzərdə tutur. Hansılar ki, “qrant qaçaqmalçılığı”nda şübhəli bilinərək, istintaqa cəlb ediliblər. Günahları isbat olunub, qeyri-leqal qrant idarəçiliyində fəal iştirakları sübuta yetirilib. Azərbaycan qanunvericiliyinə əsasən, müvafiq cəzalara məhkum ediliblər. ECPMF isə 29 iyul 2025-ci ildə bəyanat yayaraq, “Abzas Media” jurnalistlərinin həbsinə etiraz edib.

Təşkilat 28 iyul 2026-cı ildə yayımladığı bəyanatında isə “Toplum TV” komandasının müdafiəsinə qalxıb. TV əməkdaşlarının qrant qaçaqmalçılığında iştiraklarını “zərərsiz fəaliyyət” adlandırıb. Həbsə alınmalarını “azad mediaya təzyiq” kimi qiymətləndirib. ECPMF-in Azərbaycan üzrə fəaliyyəti bu tip bəyanatlarla “zəngindir”. Amma onun işi təkcə bəyanatlar verib Azərbaycan üzrə faktları yanlış təqdim etməklə bitmir.

Təşkilat çoxlu sayda “Azərbaycan jurnalistləri”ni təlimlərə cəlb edib, qrant layihələri ilə təmin etdiyini aşıqlayır. Hansı ki, bu jurnalistlərin adları Azərbaycan auditoriyasında “Azərbaycan jurnalisti” kimi heç vaxt məşhur olmayıb. ECPMF-in “Journalist-in-Residence” proqramına cəlb edilənlərin sırasında İslam Şıxlının, Pərvanə Qurbanlının və digərlərinin adı keçir. İslam Şıxlı “Azadlıq Radiosu”nun, Pərvanə Qurbanlı isə “Toplum TV”nin əməkdaşları olublar. Göründüyü kimi, ECPMF “Azərbaycan jurnalistləri” deyəndə bəlli bir çevrədən danışır. Hansılar ki, Azərbaycan media məkanına aidiyyəti yoxdur. Fəaliyyətləri xaricə xidmət və qrant qaçaqmalçılığı üzərində qurulub.

Onlar 2024-2025-ci illərdə “Journalist-in-Residence” proqramının iştirakçısı olublar. “JiR saytında dərc edilmiş məqalələrində Azərbaycan jurnalistlərinin ağır durumda olduğunu iddia ediblər. Müstəqil jurnalistlərə qarşı təzyiqlərin artmasından bəhs ediblər.

ECPMF bəyan edir ki, onun “Azərbaycanlı jurnalistlərlə əməkdaşlığı yalnız maliyyə və ya təhlükəsizlik dəstəyi ilə məhdudlaşmır. Öz saytında azərbaycanlı jurnalistlərin iştirakı ilə müsahibələr və materiallar dərc edir”. Bu istiqamətə nümunə olaraq Pərvanə Qurbanlı ilə müsahibəni göstərir. ECPMF onun haqqında ayrıca profil yayımlayıb. Azərbaycanda media mühitini tənqid etmək üçün geniş şərait yaradıb. Beləliklə, Azərbaycanlı jurnalistlərin problemlərinin beynəlxalq auditoriyaya çatdırılmasına nail olub.

Bu cür nümunələrin sayı çoxdur. Onların təhlilindən alınan yekun nəticə isə birdir. ECPMF-in Azərbaycan üzrə fəaliyyəti birmənalı şəkildə ölkəmizi qaralamağa yönəlib. Qrant qaçaqmalçılığı ilə məşğul olan şəxsləri “müstəqil media mənsubları” adı altında maliyyələşdirib. Onları maliyyə asılılığında saxlayaraq, Azərbaycan əleyhinə qarayaxma kampaniyalarında iştiraklarını təmin edib. İşi üstü açılanda isə, bu şəxslərin əksəriyyətinin ölkədən qaçışını təmin edib, istintaqdan yayınmalarına şərait yaradıb. İndi də fəaliyyətini fərqli bir formada təqdim edir. “Şərq tərəfdaşlığı” proqramına daxil olan ölkələr üçün proqram hazırlayır. Bu proqram üzərindən Azərbaycana giriş əldə etməyə çalışır.

Bəs bütün bunlar ECPMF-yə nə üçün lazımdır? İşin ən narahatedici məqamı da bu sualın cavabında üzə çıxır. Məsələ ondadır ki, ECPMF özü donor institut deyil. SAFE proqramını öz gücünə maliyyələşdirmir. Azərbaycanın adının bu cür “regional dəstək proqramına” daxil edilməsi də təsadüfi deyil.

ECPMF 24 iyun 2015-ci ildə Almaniyanın Leypsiq şəhərində hüquqi baxımdan Kooperativ Cəmiyyət (SCE) formasında yaradılıb. Avropanın müxtəlif ölkələrindən jurnalist təşkilatları, nəşriyyatlar, akademik qurumlar, həmkarlar ittifaqları və media hüquqları üzrə mütəxəssislər onun təsisçiləri və üzvləri sırasındadırlar.

Təşkilatın 2020-2024-cü illərə dair strategiya sənədində qeyd olunur ki, Avropanın 16 ölkəsini təmsil edən 25 təşkilatı əhatə edir.

Onun rəsmi missiyası “Avropa Mətbuat Azadlığı Xartiyasın”dan irəli gələn prinsiplərin reallaşdırılması üçün çalışmaqdır. Avropada media azadlığını təşviq etmək, qorumaq və müdafiə etmək ECPMF-in əsas missiyasıdır. Amma təşkilat bu gün öz missiyası üçün deyil, onu maliyyələşdirən donor institutların sifarişlərini yerinə yetirməklə məşğuldur.

ECPMF-in saytında məlumat verilir ki, onun fəaliyyətinin əsas təminatçısı Avropa Komissiyasıdır. Təşkilatın katibliyinin fəaliyyəti və Media Azadlığı üzrə Resurs Mərkəzi birmənalı olaraq Avropa Komissiyası tərəfindən maliyyələşdirilir. Bununla yanaşı Almaniya Xarici İşlər Nazirliyi, Almaniyanın Mədəniyyət və Media üzrə Federal Komissarı, Milli Demokratiya Fondu (NED), Açıq Cəmiyyət Fondları və digər donorlar da ECPMF-in daimi donorları sırasında yer tuturlar.

Yəni, ECPMF özü donor deyil, donor vəsaitlərini müəyyən proqramlar çərçivəsində son benefisiarlara çatdıran “vasitəçi qurumlardan” biridir. ECPMF-in Azərbaycanın adını qatdığı SAFE proqramı “Şərq Tərəfdaşlığı” ölkələrini əhatə edir. “Şərq Tərəfdaşlığı” (Eastern Partnership, EaP) Avropa İttifaqının əməkdaşlıq siyasətidir. O, 2009-cu ildə Aİ, Aİ-yə üzv dövlətlər və altı şərq tərəfdaş ölkə arasında əməkdaşlıq çərçivəsi kimi yaradılıb: Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukraynanı əhatə edir. Əgər Aİ bu ölkələrdə hansısa proqram icra etmək istəyirsə, bunu ilk öncə həmin ölkələrin özləri ilə razılaşmalıdır. Əgər araya ECPMF kimi maxinator təşkilatları qatıbsa, deməli fərqli niyyətləri var.

Müşfiq Ələsgərli
Mətbuat Şurası İdarə Heyətinin üzvü

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

iqtisadiyyat
30 iyn 2026 | 15:19

Kənd təsərrüfatına 2 milyard manata yaxın vəsait ayrılacaq


cemiyyet
9 dek 2025 | 14:58

2026-cı ildə minimum yaşayış həddi 300 manat olacaq


cemiyyet
27 may 2025 | 16:01

Media subyektlərinə dəstək müsabiqəsi qaydalarında DƏYİŞİKLİK


dunya
5 noy 2025 | 12:34

Almaniya Ukraynaya əlavə 3 milyard avro yardım ayırır


cemiyyet
3 fev 2026 | 15:36

Mətbuat Şurası sosial media istifadəçilərinə çağırış etdi


idman
4 sen 2025 | 12:50

DÇ-2026-nın seçmə mərhələsində 8 oyun


gundem / siyaset
15 noy 2024 | 17:07

Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı


tehsil
18 avq 2026 | 09:26

70 minə yaxın abituriyent ixtisas seçimini təsdiqləyib


cemiyyet
1 may 2026 | 13:49

Bakıda "İctimai proseslər media müstəvisində" mövzusunda III Forum keçirilir


gundem / bolge
20 yan 2026 | 18:37

Xətai rayon İH nümayəndələri Şəhidlər xiyabanı ziyarət edib


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
19:00 0
Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə
18:30 0
Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə...
13:19 0
Prezident və xanımı vidaya əklil göndərdi
13:16 0
Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI
12:13 0
Tiflis bunu Türkiyəyə əmanət etdi - 110 milyon dollarlıq nəhəng layihə
12:03 0
Şəkidə 2 nəfərin öldüyü kanat qəzası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI
12:00 0
İki nəfərin öldüyü istirahət mərkəzi məşhur iş adamına məxsus imiş
11:21 0
Prezident həmkarını təbrik etdi

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə