Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə... Prezident və xanımı vidaya əklil göndərdi Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI Tiflis bunu Türkiyəyə əmanət etdi - 110 milyon dollarlıq nəhəng layihə Şəkidə 2 nəfərin öldüyü kanat qəzası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI İki nəfərin öldüyü istirahət mərkəzi məşhur iş adamına məxsus imiş Prezident həmkarını təbrik etdi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Qafqazda əsas savaş yollar uğrunda olacaq - İDDİA

25-08-2026, 19:00 1

Qafqazda əsas savaş yollar uğrunda olacaq - İDDİA


Cənubi Qafqazda geosiyasi mübarizənin mahiyyəti dəyişir. Əgər əvvəllər əsas sual “Qafqaza kim nəzarət edir?” idisə, indi daha mühüm sual ortaya çıxır: Qafqazdan keçən yolları kim idarə edəcək?

Pakistanın “The Express Tribune” nəşri “Qafqazda yeni Böyük Oyun” adlı geniş təhlilində regionun Rusiya, ABŞ, Çin, Türkiyə, İran və Avropa İttifaqının maraqlarının kəsişdiyi əsas geosiyasi məkanlardan birinə çevrildiyini yazır.

Məqalə müəllifinin fikrincə, çoxqütblü dünya nizamında Qafqaz artıq sadəcə böyük dövlətlər arasında bufer zona deyil. Region eyni zamanda sərhəd məkanı, nəqliyyat dəhlizi və strateji kəsişmə nöqtəsi funksiyalarını daşımağa başlayıb.

Nəşr Qafqazdakı vəziyyətlə Yaxın Şərq arasında maraqlı paralel aparır. Hər iki regionda böyük dövlətlərin maraqları, həll olunmamış ərazi mübahisələri, rəqabət aparan nəqliyyat marşrutları, xarici müdaxilə və dəyişən ittifaqlar bir-birinə qarışır.

Bu səbəbdən müəllif qarşıdakı əsas sualı belə qoyur: Qafqaz rəqabəti iqtisadi fürsətə çevirə biləcək, yoxsa Yaxın Şərq kimi geosiyasi qarşıdurmaların əməkdaşlığı üstələdiyi meydana çevriləcək?

“The Express Tribune” hesab edir ki, qarşıdakı mübarizənin mərkəzində ilk növbədə nəqliyyat dəhlizləri dayanacaq. Məqalədə xüsusilə üç marşrut fərqləndirilir.

Bunlardan birincisi Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyan Orta Dəhlizdir. Çin və Mərkəzi Asiyanı Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropa ilə birləşdirən bu xətt Rusiyadan keçən marşrutlara alternativ kimi getdikcə daha böyük strateji əhəmiyyət qazanır.

İkinci istiqamət TRIPP layihəsidir. ABŞ-ın dəstəklədiyi təşəbbüs Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsini Naxçıvanla, daha sonra Türkiyə və Avropa istiqaməti ilə birləşdirməlidir.

Üçüncü marşrut isə İranın təşviq etdiyi “Fars körfəzi–Qara dəniz” dəhlizidir. Bu layihə İranı Ermənistan və Gürcüstan üzərindən Qara dənizə, oradan isə Avropaya bağlamağı nəzərdə tutur.

Nəşrin fikrincə, məhz bu rəqabət formalaşmaqda olan yeni Qafqaz nizamının əsas geosiyasi savaşlarından birinə çevrilə bilər.

Məqalədə Azərbaycanın mövqeyi də xüsusi diqqət çəkir. Türkiyənin son illərdə Azərbaycanla sıx müttəfiqliyi sayəsində regionun ən təsirli dövlətlərindən birinə çevrildiyi bildirilir. ABŞ isə Cənubi Qafqaza yalnız Rusiyanın təsirini məhdudlaşdırmaq vasitəsi kimi deyil, eyni zamanda İranın strateji imkanlarını daraltmaq prizmasından yanaşır.

İran isə Ermənistanla əlaqəsini zəiflədə biləcək istənilən nəqliyyat konfiqurasiyasına həssas yanaşır. Tehran, xüsusilə, Azərbaycan-İsrail təhlükəsizlik əməkdaşlığının genişlənməsindən, Türkiyə və Qərbin İranın şimal sərhədlərində təsirinin artmasından narahatdır.

Çinin yanaşması isə əsasən iqtisadi xarakter daşıyır. Pekinin maraqları “Bir kəmər, bir yol” təşəbbüsü, dəmir və avtomobil yollarının inkişafı və Avrasiya ticarəti ilə bağlıdır.

Müəllif Rusiyanın mövqeyində baş verən dəyişikliyə də toxunur. Moskvanın regionun yeganə təhlükəsizlik təminatçısı olmaq imkanlarının zəiflədiyi, bunun xüsusilə Azərbaycan-Ermənistan münaqişəsinin nəticələri və Rusiyanın Ukrayna müharibəsinə cəlb olunmasından sonra daha aydın göründüyü vurğulanır.

Rusiyanın Ermənistanla birbaşa dəmir yolu bağlantısını bərpa etməsinin qarşısında isə Abxaziya problemi dayanır. 1990-cı illərin əvvəllərindən bağlı olan Rusiya–Abxaziya–Gürcüstan–Ermənistan dəmir yolunun açılması Gürcüstan-Abxaziya münaqişəsi həll edilmədən ciddi siyasi maneələrlə üzləşir.

“The Express Tribune”un gəldiyi nəticəyə görə, Qafqaz qarşıdakı illərdə ABŞ, Rusiya, Çin, Türkiyə, İran və Aİ arasında yeni “Böyük Oyun”un əsas meydanlarından birinə çevrilə bilər. Ancaq XIX əsrin klassik “Böyük Oyun”undan fərqli olaraq, bu dəfə mübarizə yalnız ordular və diplomatiya ilə aparılmayacaq.

Dəmir yolları, limanlar, enerji xətləri və ticarət dəhlizləri yeni geosiyasətin əsas silahlarına çevrilir.

Qafqazın qarşısında isə üç yol qalır: böyük güclərin üz-üzə gəldiyi sərhəd bölgəsi olaraq qalmaq, onların sadəcə keçib getdiyi dəhlizə çevrilmək və ya rəqabəti ticarətə, investisiyaya və qarşılıqlı asılılığa çevirən Avrasiyanın strateji kəsişmə nöqtəsi olmaq.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

dunya
7 fev 2026 | 13:02

Brüssel: Ankara Cənubi Qafqazda əsas geosiyasi oyunçudur


siyaset
27 avq 2025 | 12:11

Rusiya Zəngəzur dəhlizinə "zərbə aləti" yaratmaq istəyir: Cənubi Qafqaz qlobal güclərin yeni "savaş məkanı"na çevrilir


dunya
12 iyn 2026 | 18:30

KTMT niyə Türkiyəni hədəf göstərdi?


siyaset
12 fev 2026 | 12:11

Cənubi Qafqaz “postsovet məkanı”ndan çıxarıldı: ABŞ-ın Azərbaycanla imzaladığı sənəd qlobal güc balansını dəyişir


siyaset
28 okt 2025 | 12:00

Qafqazın geopolitik taleyi “logistika savaşı”ndan asılıdır: Məhz Zəngəzur dəhlizi regional lideri müəyyən edəcək


dunya
18 iyn 2026 | 15:00

ABŞ-İran sazişi, Versal mesajı: 100 il sonra Yaxın Şərq yenidən şəkilləndirilməsi


siyaset
13 avq 2024 | 18:30

Qərb Cənubi Qafqazda mövqeylərini gücləndirməklə Çinlə mübarizəyə hazırlaşır - Maraqların toqquşması


siyaset
2 may 2025 | 14:55

Zəngəzur uğrunda yeni mübarizə - Bakıdan gözlənilməz həmlə


siyaset
14 mar 2024 | 12:40

ABŞ indi Türk İttifaqına möhtacdır: Ağ Ev İrəvan üçün təhlükəli yeni strateji anlaşmaya can atır


siyaset
26 avq 2025 | 12:30

Zəngəzur dəhlizi yeni Qafqaz düzənində həlledici faktora çevrilir: Azərbaycan ABŞ-ın strateji maraqlarının mərkəzinə yerləşir


siyaset
12 iyn 2024 | 17:22

Güney Qafqazda YENİ DÖNƏM: 3+3-3... - ŞƏRH


siyaset
26 iyl 2024 | 12:00

ABŞ və Qərbin strateji hədəfi Zəngəzur dəhlizini ələ keçirtməkdir: Bu, yeni dünya düzənində həlledici faktora çevriləcək


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
19:00 0
Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə
18:30 0
Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə...
13:19 0
Prezident və xanımı vidaya əklil göndərdi
13:16 0
Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI
12:13 0
Tiflis bunu Türkiyəyə əmanət etdi - 110 milyon dollarlıq nəhəng layihə
12:03 0
Şəkidə 2 nəfərin öldüyü kanat qəzası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI
12:00 0
İki nəfərin öldüyü istirahət mərkəzi məşhur iş adamına məxsus imiş
11:21 0
Prezident həmkarını təbrik etdi

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə