“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq “Bu, Rusiya ilə müharibə deməkdir” “Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə... Prezident və xanımı vidaya əklil göndərdi Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI Tiflis bunu Türkiyəyə əmanət etdi - 110 milyon dollarlıq nəhəng layihə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Ərdoğandan müharibə ANONSU - Bakı üçün KRİTİK seçim

19-08-2026, 16:13 2

Ərdoğandan müharibə ANONSU - Bakı üçün KRİTİK seçim


Türkiyə prezidenti Ərdoğan İsraillə mümkün müharibə ilə bağlı suala cavab verib. Ərdoğan bildirib ki, kimsə Türkiyəyə hücum etməyi planlaşdırırsa, buna qarşılıq veriləcək.

"Söhbət müharibədən deyil, sülhdən gedir. Amma kimsə sülh üçün yox, müharibə naminə Türkiyəyə hücum etməyi planlaşdırırsa, Türkiyə bundan çəkinməyəcək. Mən bunu tam məsuliyyətlə deyirəm”, - Prezident vurğulayıb.

Qeyd edək ki, İsrail və Türkiyə arasındakı gərginlik liderlərin kəskin açıqlamalarında aydın görünür. Baş nazir Benyamin Netanyahunun ABŞ prezidenti Donald Trampı Türkiyəyə F-35-lərin verilməsi fikrindən daşındırmaq cəhdi, əlaqələri qopma nöqtəsinə gətirib. İsraildə oktyabrın 27-də parlament seçkiləri keçiriləcək. Netanyahunun seçki kampaniyasında Ərdoğanı İsrailin təhlükəsizliyinə təhdid kimi təqdim etməsi Türkiyə mətbuatının kəskin etirazı ilə qarşılanıb.

Hakim “Likud” partiyası Tel-Əvivdəki reklam lövhələrində Ərdoğanın fotolarını, İranın ali lideri Müctəba Xamenei, “Hizbullah”ın baş katibi Naim Qasım və Nyu-Yorkun meri Zöhran Mamdani ilə birgə “düşmən” obrazında göstərib. Fotoların yer aldığı plakatların üzərində, “Bunlar Netanyahunun məğlub olmasını istəyirlər”, “Onların qalib gəlməsinə imkan verməyin” şüarları yazılıb. Gərginləşən münasibətlər fonunda, prezident Ərdoğanın verdiyi açıqlama diqqət mərkəzinə çevrilib.

Türkiyə lideri vurğulayıb ki, kimsə Türkiyəyə hücum etmək niyyətinə düşərsə, tərəddüd etmədən müharibəyə qoşulacaqlar. “Məkkə Sazişi”nə diqqət çəkən Ərdoğan, “Əgər hər hansı hücum baş verərsə, ittifaqa daxil olan 3 dövlət birgə zəruri addımlar atacaq” ifadəsi ilə sanki İsrailə göz dağı verib.

Bəs bu bəyanatlar seçki ərəfəsində müharibəyə səbəb ola bilərmi, yoxsa söz davasıdır? Nəzəri müharibədə “Məkkə sazişi” işə düşərsə, regionda qlobal savaş başlanması riski var və bu şəraitdə Bakının mövqeyi necə olacaq?

Hərbi ekspert Ramil Məmmədli Türkiyə-İsrail müharibəsini istisna edir. Hər iki ölkənin ABŞ ilə müttəfiq olduğunu yada salan təhlilçi hesab edir ki, ilk növbədə Vaşinqton belə bir hərbi eskalasiyaya imkan verməz.

Gərginliyin olduğunu bildirən ekspertin fikrincə, diplomatik həll yolları hələ də var və ən əsası, Ankaranın gözləntisi oktyabrda Netanyahunun hakimiyyətdən gedəcəyidir: “Bundan sonra münasibətlərdə yumşalma mümkündür. Amma biz seçkilərin nəticələri haqda mühakimə yürüdə bilmərik. Müharibəyə gəlincə, heç bir halda İsrailə sərf etmir. Çünki Türkiyəyə dəstək olaraq İran, Suriya prosesə qoşula bilər. Ərəb dövlətlərinin də dəstəyi şübhə doğurmur. Pakistanı da nəzərə almalıyıq. O baxımdan, Türkiyə-İsrail hərbi toqquşmalarını təsəvvür belə etmək istəmirəm”.

Ramil Məmmədli müharibə olarsa, ABŞ-nin İsraili dəstəkləyəcəyini gözləyir: “Tramp bir müddət əvvəl buna eyham vurub. Amma söhbət proksi dəstəkdən gedə bilər. Bütün hallarda hərbi qarşıdurma gözləmirəm. Sadəcə, Türkiyə prezidenti siyasi bir xəbərdarlıq edib. Təbii ki, Ankara da müharibədə maraqlı deyil. Bu, regionda sabitliyin pozulması deməkdir və İsrail də özünün müasir texnologiyalarından istifadə edə bilər. Üstəlik, burada quru qoşunların döyüşləri mümkün deyil. Tərəflər arasında hava hücumları, uzunmənzilli zərbələrlə savaş reallaşacaq. Bu da həm zaman baxımdan uzun çəkməz, həm də bahalı bir müharibəyə çevrilər. Doğrudur, Türkiyə Suriya ərazisindən İsrailə zərbələr endirə bilər, amma dediyim kimi, belə bir qərar Rusiya-Ukrayna müharibəsi qədər faciəvi, yanlış bir eskalasiya olar”.

Ekspert əlavə edib ki, Bakı heç bir halda bu müharibənin tərəfdarı deyil: “Azərbaycan ona qardaş və dost olan ölkələr arasında barışı dəstəkləyir. Hətta bundan əvvəl Bakıda tərəflər arasında görüş də təşkil olunub. Biz Türkiyə və İsrailin barışığı üçün addım atmağa hazırıq və cənab prezident də bu mövzuda açıq şəkildə danışıb”.musavat.com

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

dunya
25 mar 2026 | 12:00

Ərdoğandan sərt mesaj: “Bu, Netanyahunun sağ qalma müharibəsidir – dünya bədəl ödəyir”


dunya
7 okt 2024 | 12:41

İsrail Türkiyəyə hücum edə bilər, amma...


dunya
17 avq 2026 | 12:00

Ərdoğandan Trampa F-35 mesajı: “Verdiyin sözü yerinə yetir”


dunya
21 yan 2025 | 12:26

Ərdoğan: Trampla dostluğun davam etməsi Türkiyə üçün vacibdir


dunya
23 sen 2025 | 14:02

Ərdoğandan acı etiraf: Müharibə tezliklə bitməyəcək


dunya
29 yan 2026 | 18:30

MÜHARİBƏ BAŞLAYIR - Yaxın 48 saat ərzində...


dunya
19 okt 2024 | 15:12

Netanyahunun iqamətgahına PUA ilə hücum edildi


dunya
10 mar 2026 | 12:23

Ərdoğan Pezeşkianla telefonla danışıb


dunya
4 fev 2025 | 15:44

Suriya prezidenti: Türkiyəyə söz vermişik


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
10:28 0
“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
09:58 0
“Bu, Rusiya ilə müharibə deməkdir”
09:25 0
“Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
19:00 0
Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə
18:30 0
Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə...
13:19 0
Prezident və xanımı vidaya əklil göndərdi
13:16 0
Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI
12:13 0
Tiflis bunu Türkiyəyə əmanət etdi - 110 milyon dollarlıq nəhəng layihə

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə