İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video “Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

“Zəngəzur yolu” və “Putin ittifaqı” üçün referendum hazırlığı

29-07-2026, 17:22 18

“Zəngəzur yolu” və “Putin ittifaqı” üçün referendum hazırlığı


Paşinyan çıxış yolu axtarır - konstitusiya islahatı sülh sazişinin taleyini müəyyən edəcək

Ermənistan Milli Assambleyasının 2026-cı il iyunun 7-də keçirilmiş parlament seçkiləri nəticəsində formalaşan IX çağırışı avqustun 2-də ilk iclasına başlayacaq. Yeni parlamentdə müxalifətdə yer alan hakim “Vətəndaş Müqaviləsi” Partiyası Milli Assambleyada 64 mandat əldə edib. “Güclü Ermənistan” bloku 29, “Ermənistan” bloku isə 12 mandat qazanıb.

Yeni parlamentin qarşısında duran ən mühüm siyasi məsələlərdən biri də Ermənistan Konstitusiyasına dəyişikliklərin həyata keçirilməsi olacaq. Bakı Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları kimi qiymətləndirilən müddəaların aradan qaldırılmasını davamlı sülh üçün əsas şərtlərdən biri hesab edir. Məhz buna görə də parlamentin fəaliyyəti təkcə daxili siyasi proseslər baxımından deyil, həm də regionda sülhün taleyi baxımından xüsusi əhəmiyyət daşıyacaq.

Hakim “Vətəndaş Müqaviləsi” Partiyası parlamentdə 64 mandata sahib olsa da, konstitusiyanın dəyişdirilməsi təkcə parlament çoxluğu ilə həll edilən məsələ deyil. Ermənistan qanunvericiliyinə əsasən, yeni konstitusiyanın qəbulu və ya əsaslı konstitusiya dəyişiklikləri ümumxalq referendumu vasitəsilə təsdiqlənməlidir.

Yeri gəlmişkən, Ermənistanın fövqəladə və səlahiyyətli keçmiş səfiri Dzyunik Ağacanyan “Politik.am”ın YouTube kanalına müsahibəsində “TRIPP” layihəsi və Zəngəzur istiqamətində kommunikasiyaların açılması ilə bağlı ciddi iddialar səsləndirib. Ağacanyan Ermənistan ərazisindən keçəcək nəqliyyat dəhlizi ilə bağlı hər hansı razılaşma ölkənin ərazi bütövlüyünə birbaşa təsir göstərdiyindən yalnız ümumxalq referendumu vasitəsilə təsdiqlənə biləcəyini deyib.

Ermənistanda Mərkəzi Seçki Komissiyası da “Avrasiya Alyansı” vətəndaş təşəbbüs qrupunun keçirilməsi üçün müraciətini təsdiqləyib. Qeyd olunur ki, mümkün referendum Ermənistanın qarşısında duran əsas sualı - Avropa İttifaqına inteqrasiya, yoxsa Aİİ-də qalmaq seçimini həll edə bilər.

Milli Məclisin deputatı Azər Badamov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan hazırda öz gələcəyi üçün kifayət qədər təhlükəli və taleyüklü seçim qarşısındadır: “Baş nazir Nikol Paşinyanın qarşısında duran ən əsas geosiyasi dilemmalardan biri Avropa İttifaqı (Aİ) ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında strateji seçim etməkdir. Bu xəttin hüquqi müstəviyə daşınması, həm də Azərbaycana qarşı olan ərazi iddialarından rəsmən imtina olunduğunu bildirmək üçün ölkə konstitusiyasında köklü dəyişikliklərin edilməsi üçün referendumun keçirilməsi zərurətini yaradır. Ehtimal olunur ki, ümumxalq səsverməsində məhz bu iki mühüm məsələ - xarici siyasi kurs və ana qanuna dəyişikliklər xalqın mühakiməsinə verilə bilər.

Siyasi reallıq ondan ibarətdir ki, referendumun elan edilməsi üçün Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” Partiyasının parlamentdə kifayət qədər səs çoxluğu yoxdur. Konstitusiya islahatları və ya referendum qərarının parlament yolu ilə qəbul edilməsi üçün deputatların ümumi sayının ən azı üçdə iki (2/3) hissəsinin, yəni ən azından 70 deputatın dəstəyi mütləqdir. Lakin son seçkilərdə Paşinyanın partiyası cəmi 64 deputat mandatı qazanıb ki, bu da onlara təkbaşına konstitusion qərarlar qəbul etmək imkanı vermir.

Konstitusiyaya əsasən, qanunverici prosesin mərhələlərinə görə dəyişiklik təklifini deputatların ən azı üçdə biri (1/3), hökumət və ya 200 min seçici vətəndaş təşəbbüsü ilə irəli sürə bilər. Lakin təşəbbüsün kimdən gəlməsindən asılı olmayaraq, layihənin referenduma göndərilməsinə dair yekun qərar yenə də parlamentdə deputatların ümumi sayının ən azı 2/3 səs çoxluğu ilə təsdiqlənməlidir. Məhz bu hüquqi boşluq fonunda, Mərkəzi Seçki Komissiyası tərəfindən müraciəti təsdiqlənən “Avrasiya Alyansı” vətəndaş təşəbbüsü qrupunun fəaliyyəti diqqət çəkir. Sabiq deputat Tiqran Urixanyanın təmsil etdiyi qüvvələr və “Alyans” Partiyasının nümayəndələrindən ibarət olan bu qrupa avqustun 3-dən etibarən 60 gün ərzində 200 min imza toplamaq tələbi qoyulub. Lakin bu imzalar toplansa belə, layihə parlamentə gəldikdə yenə də 2/3-lik ciddi səs maneəsi ilə üzləşəcək ki, bu da yekun qərarın qəbulunda böyük çətinliklərin olacağından xəbər verir.

Parlamentin yeni sessiyasının ilk rəsmi iclası ərəfəsində Paşinyanın təşəbbüsü ilə Rusiya Prezidenti Vladimir Putinlə arasında baş tutan telefon danışığı da bu mənada təəccüb doğurur. Bu danışıq zamanı Ermənistanın gələcək siyasi-iqtisadi xətti, regional kommunikasiyaların açılması layihələri və regionda sülh-sabitlik məsələlərinin müzakirə olunduğu bildirilir. Parlament iclası qabağı Moskvaya edilən bu zəng Paşinyanın həm Rusiya ilə iqtisadi gərginliyi yumşaltmaq, həm də referendum təzyiqləri qarşısında balans yaratmaq cəhdi kimi də qəbul oluna bilər".

Deputat deyib ki, keçmiş səfir Ağacanyanın kommunikasiyaların açılması barədə səsləndirdiyi fikirlər Zəngəzur dəhlizi ilə bağlı Ermənistan daxilində kifayət qədər gərgin münasibətlərin olduğunu göstərir: “O hesab edir ki, bu məsələ də referendum vasitəsilə həll olunmalıdır. Ermənistanda bəzi dairələr tərəfindən Zəngəzur dəhlizi məsələsi ölkənin suverenliyi və ərazi bütövlüyü ilə əlaqələndirildiyindən belə bir təklif üzərində təkid edilir. Bütün bunlar Ermənistanda Zəngəzur marşrutu ətrafında siyasi mübarizənin və qütbləşmənin daha da güclənəcəyini göstərir. Paşinyan iqtidarının bu məsələ ilə bağlı manevr imkanları da faktiki olaraq minimuma yaxınlaşır. Ona görə də Paşinyan siyasi məsuliyyətin cəmiyyətlə bölüşdürülməsi məqsədilə bu məsələnin referenduma çıxarılmasını dəstəkləyə bilər”.

A.Badamov yaxın dövrdə Ermənistanda bir-biri ilə əlaqəli üç böyük referendum gündəliyi ilə baş-başa qaldığını dedi: “Bunlar konstitusiya islahatı, Zəngəzur dəhlizi və ölkənin xarici siyasi kursu məsələsidir. "Putin ittifaqı" ifadəsi də məhz bu kontekstdə ortaya çıxır. Əgər Ermənistan Avrasiya İqtisadi İttifaqında qalmağa üstünlük verərsə, bu, Rusiyanın regiondakı təsirini qoruyub saxlaması deməkdir. Əksinə, Avropa İttifaqına inteqrasiyaya üstünlük verilərsə, Moskvanın Cənubi Qafqazdakı mövqelərinə ciddi zərbə vurulmuş olur. Buna görə də Ermənistanın mümkün referendumları təkcə ölkədaxili siyasi proses deyil, həm də Rusiya-Qərb rəqabətinin bu ölkədə üzə çıxan təzahürüdür.

Belə görünür ki, avqustun 2-də fəaliyyətə başlayacaq yeni parlamentin əsas missiyası qanunvericilik fəaliyyətindən daha çox bu referendumlara siyasi və hüquqi zəmin hazırlamaq və onu hökumətin arzu etdiyi kimi nəticələndirməkdir. Referendumların nəticələri həm Azərbaycan-Ermənistan sülh prosesinin taleyini, həm Zəngəzur marşrutunun reallaşmasını, həm də Ermənistanın gələcək geosiyasi kursunu müəyyən edəcək".

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

dunya
8 iyn 2026 | 12:50

"96 faiz" açıqlaması: Paşinyan qalibdir, ermənilər Moskvanın kursunu rədd etdi


dunya
8 iyn 2026 | 16:40

Paşinyan seçkini qazandı: Əsas döyüş isə indi başlayır


dunya
1 iyn 2026 | 17:22

İrəvanda kartlar yenidən oynanılır: Kremlçilərlə qərbyönümlülərin savaşı


siyaset
5 iyn 2024 | 17:22

İrəvanda kritik seçim anı: Bu konstitusiya ilə hara kimi? - Görünəni odur ki...


siyaset
24 yan 2024 | 16:11

Azərbaycanın tələbi ilə Ermənistanda referendum keçiriləcək - SƏBƏB


dunya
29 sen 2025 | 14:12

Paşinyan BMT-də Zəngəzur dəhlizinin əhəmiyyətindən və Konstitusiya dəyişikliyindən danışıb


dunya
6 may 2026 | 12:41

Avropa İttifaqı Zəngəzur dəhlizindən pay istəyir


siyaset
16 okt 2024 | 12:00

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihə”si: Ermənistan sülh deyil, “savaş qovşağı”na çevrilir


dunya
8 iyn 2026 | 12:23

Səslərin 90%-i hesablanıb, Paşinyanın partiyası liderdir


siyaset
15 avq 2024 | 18:30

Bakıdan son xəbərdarlıq: Ermənistana güzəşt olmayacaq - İNCƏLƏMƏ


dunya
6 fev 2026 | 17:22

Rusiyadan Paşinyana yenə HƏDƏ - Referendum yaxınlaşdıqca...


dunya
12 iyn 2026 | 15:40

SON DƏQİQƏ: Ermənistan ÇALXALANIR - Karapetyan HƏRƏKƏTƏ KEÇDİ


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
15:00 0
İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp
13:16 0
Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır
13:00 0
Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
12:42 0
Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı
12:15 0
Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür
12:00 0
Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
10:33 0
Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video
10:28 0
“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə