İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video “Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Kreml dağıtdığı Ukraynaya “prezident” təyin etmək istəyir: Ağ Ev isə Avropanı ABŞ-ın yeni ştatına çevirməyə çalışır

30-12-2025, 12:00 82

Kreml dağıtdığı Ukraynaya “prezident” təyin etmək istəyir: Ağ Ev isə Avropanı ABŞ-ın yeni ştatına çevirməyə çalışır


ABŞ prezidenti Donald Trampın Ukrayna savaşı üzrə sülh prosesində özünü “əsas fiqur” kimi təqdim etmək iddiası artıq yalnız şəxsi siyasi ritorika təsiri bağışlamır... Belə ki, Ağ Ev Avropanın Ukrayna savaşından sonrakı təhlükəsizlik sistemini məhz ABŞ-ın patronajlığı altında yenidən dizayn etməyə cəhd göstərdiyini qətiyyən gizlətmir...
"Yeni Müsavat" xəbər verir ki, son vaxtlar Ukrayna savaşı ətrafında olduqca qəliz situasiya yaransa da, ABŞ kifayət qədər ziddiyyətlərin yaşandığı “sülh prosesi”ndə yenidən müzakirələrin əsas siyasi iradə mərkəzinə yerləşməyə başlayıb. Hər halda, ABŞ prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı son açıqlamalar da onu göstərir ki, Ağ Ev bu münaqişənin siyasi-diplomatik həllində yenidən birbaşa və dominant rol oynamağa hazırlaşır. Ağ Ev sahibi Donald Trampın “Zelenskinin sülh planı mənim razılığım olmadan irəli gedə bilməz” məzmunlu mesajı yalnız onun şəxsi siyasi ambisiya deyil. Yəni, bu, həm də ABŞ-ın qlobal təhlükəsizlik arxitekturasında şəriksiz liderlik iddiasının açıq bəyan oluması anlamı daşıyır.

Onu da qeyd etmək lazımdır ki, bu önəmli açıqlama Ağ Ev sahibi Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında Floridada baş tutan və iki saatdan artıq davam edən danışıqlardan sonra dilə gətirilib. Prezident Donald Trampın sözlərinə görə, bu danışıqlarda müzakirə olunan mövzuların 95 faizi artıq razılaşdırılıb və indi yalnız bir-iki prinsipial məsələ hələlik açıq qalır. Bu isə o deməkdir ki, Ukrayna savaşının dayandırılması ilə bağlı real mexanizmlər artıq müzakirə masasındadır.

Maraqlıdır ki, Ağ Ev sahibi Donald Trampın da dediyi kimi, Ukrayna prezidenti Volodimir Zelenskinin də öz sülh planı mövcuddur. ABŞ-ın təhlükəsizlik zəmanəti olmadan hər hansı sənədə imza atmaq niyyəti olmayan prezident Volodimir Zelenskinin 20 maddəlik sülh planı təqdim etməyə hazırlaşdığı bildirilir. Rəsmi Kiyevin həmin sülh planında əsasən üç strateji istiqamətin - demilitarizasiya olunmuş zonanın yaradılmasının, ABŞ və müttəfiqlər tərəfindən təhlükəsizlik zəmanətlərinin verilməsinin, eləcə də, müharibədən sonrakı bərpa və siyasi sabitlik mexanizmlərinin əvvəlcədən müəyyən olunmasının ön planda tutulduğu vurğulanır.

Tramp adminitrasiyasının mövqeyinə görə, Ukraynanın təhlükəsizliyi yalnız Avropa Birliyi çərçivəsində deyil, ABŞ-ın birbaşa siyasi və hərbi patronajlığı altında təmin edilə bilər. Bu, eyni zamanda, Avropa Birliyinin və NATO-nun müstəqil sülh təşəbbüslərinin faktiki olaraq, ABŞ-ın siyasi-diplomatik iradəsinə bağlanması deməkdir. Ukraynaya yönəlik strateji təhlükə ehtimalını da nəzərə alan prezident Volodimir Zelenski isə Ağ Ev sahibi Donald Trampla görüşdə 30-50 il arasında təhlükəsizlik zəmanəti istəyib. Ukraynanın dərin strateji narahatlığı şəraitində bu məsələ rəsmi Kiyev üçün yalnız indiki müharibənin bitməsi deyil, həm də Rusiya ilə gələcək hərbi qarşıdurmaların tamamilə istisna edilməsi deməkdir.

ABŞ-ın əvvəllər təklif etdiyi uzadılma imkanı ilə 15 illik zəmanət isə rəsmi Kiyev üçün qətiyyən yetərli görünmür. Prezident Donald Trampın bu təklifi “nəzərdən keçirəcəyini” bildirməsi isə ABŞ-ın bu təhlükəsizlik zəmanətlərini “geopolitik alətə” çevirmək niyyətindən xəbər verir. Çünki uzunmüddətli təhlükəsizlik zəmanətləri Ukraynanı faktiki olaraq, ABŞ-ın strateji təsir zonasına daxil etmiş olacaq.

Onu da qeyd etmək lazımdır ki, Ağ Ev sahibi Donald Trampın yaxın zamanlarda Rusiya prezidenti Vladimir Putinlə də danışmaq niyyətini açıqlaması, Kremlin müzakirə prosesindən tamamilə kənarda saxlanmadığını göstərir. Ancaq prezident Donald Trampın “Rusiya iqtisadiyyatı çox ağır vəziyyətdədir” məzmunlu bəyanatı isə sülh danışıqlarının asimmetrik güc balansı üzərində qurulduğunu açıq şəkildə ortaya qoyur. Və bu, o deməkdir ki, Ağ Ev Ukrayna savaşını tamamilə Rusiyanın maraqlarına uyğun şərtlər daxilində dayandırmaq niyyətindən tədricən uzaqlaşmağa başlayıb.

Maraqlıdır ki, Ağ Ev sahibi Donald Trampın dediyinə görə, Rusiya Ukraynanın bərpasında iştirak etməyə hazırdır, prezident Vladimir Putin Zaporojye AES-in Ukrayna üçün də əlçatan olmasına razıdır və Kreml indi artıq prezident Volodimir Zelenski ilə birgə görüşə belə, açıqdır. ABŞ prezidentinin bu mesajları onu göstərir ki, Kreml müharibədən çıxış strategiyası axtarır və Rusiyaya qarşı sanksiyaların fonunda ölkənin iqtisadi yükünü azaltmağa can atır. Və bu baxımdan, Ukraynanın bərpasında iştirak Kremlə bir tərəfdən, Kiyevdə özünə daha yaxın hakimiyyətin formalaşdırılması, digər tərəfdən isə Rusiyanın beynəlxalq sistemə qismən reinteqrasiyası üçün önəmli imkanlar aça bilər.

Ancaq yaxın vaxtlarda Kremlin bəzi ümidlərinin yenidən boşa çıxa biləcəyi də qətiyyən istisna deyil. Belə ki, rəsmi Kiyevin Avropa ölkələrinin dəstəyi ilə Tramp administrasiyasına müqaviməti artıq müəyyən nəticələr verməyə başlayıb. Çünki indiyə qədər sülh prosesindən kənarda saxlanılan Avropa Birliyi tədricən müzakirə masasına yerləşməyə yaxınlaşır. Hər halda, Ukrayna prezidenti Volodimir Zelenskinin yanvar ayında Avropa liderləri ilə birlikdə Ağ Ev sahibi Donald Trampla Vaşinqtonda görüşəcəyini açıqlaması, sülh prosesində yeni siyasi-diplomatik formatın yaranmaqda olduğunu göstərir.

Bəzi məlumatlara görə, bu yeni formatda ABŞ-ın əsas qərarverici, Ukraynanın təhlükəsizlik subyekti, Avropa Birliyinin isə maliyyə və siyasi dəstəkçi rolunda çıxış edəcəyi ehtimal olunur. Bu, sülh prosesinə birbaşa qoşulmaq şansı qazanacaq Avropa Birliyinin həm də strateji muxtariyyət iddialarına da ciddi zərbə hesab olunur. Çünki yeni format müəyyən mənada, transatlantik münasibətlərdə ABŞ mərkəzli qlobal modelin bərpası olunma ehtimalını ciddi şəkildə artıra bilər.

Belə anlaşılır ki, Tramp-Zelenski təmasları Ukrayna müharibəsinin mümkün sonluğunun klassik sülh müqaviləsindən daha çox, ABŞ tərəfindən idarə edilən təhlükəsizlik razılaşması formatında ola biləcəyini göstərir. Böyük ehtimalla bu razılaşmanın Rusiyanı zəiflədilmiş, ancaq tam məğlub edilməmiş vəziyyətdə saxlaya biləcəyi və Ukraynanı isə uzunmüddətli ABŞ təsir zonasına bağlayacağı istisna deyil.

Bütün bunlara paralel olaraq, müzakirə prosesinə giriş “pəncərə”si qazanmaq üzrə olan Avropa Birliyi isə təhlükəsizlik baxımından, ABŞ-ın qarşısında əvvəlkindən daha da çox asılı vəziyyətə düşə bilər. Ona görə də, əslində, ABŞ prezidenti Donald Trampın özünü “əsas fiqur” kimi təqdim etmək iddiası artıq yalnız şəxsi siyasi ritorika deyil. Bu, Avropanın Ukrayna savaşından sonrakı təhlükəsizlik sisteminin məhz ABŞ tərəfindən yenidən dizayn edilməsi cəhdi kimi görünür. Və belə anlaşılır ki, Ağ Ev əslində, Avropanı ümumiyyətlə, tədricən ABŞ-ın yeni ştatına çevirməyə çalışır.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

dunya
9 avq 2025 | 12:00

Tramp-Putin görüşü dəhşətli hərbi-siyasi ssenarilər vəd edir: Sülh ehtimalı real deyil, qlobal "soyuq savaş" isə qaçılmazdır


dunya
13 dek 2025 | 12:43

ABŞ Rusiyanı da Ukrayna ilə eyni “labirintə” salır: Zelenskidən istefa, Putindən güzəşt tələb olunur


siyaset
17 fev 2025 | 12:00

Tramp-Putin tərəfdaşlığı qurulur: ABŞ-nin Qərbdən qoparılmasına başlanıb


dunya
22 noy 2025 | 12:21

Avropa ölkələri ABŞ-Rusiya tandeminə “savaş” açır: Yeni “Tramp-Putin planı” da iflasa uğrayacaq


dunya
22 avq 2025 | 12:00

Zelenski Putin üzərində ilk ciddi qələbəsini qazandı: İndi ABŞ və Qərb Rusiyanı tək hədəfə çevirməyə məcburdur


siyaset
6 sen 2025 | 13:02

Tramp Ukrayna savaşının taleyini “düyünə” salıb: Ağ Evin “sülh təşəbbüsləri” Rusiyaya manevr məkanı açır


dunya
27 dek 2025 | 12:00

Tramp Ukraynaya “bayram sürprizi” hazırlayır: Ağ Evdə Zelenskini yenə “qorxulu anlar” gözləyir


dunya
1 sen 2025 | 12:00

Zelenski Kreml üçün fəlakət planını açıqladı: Rusiya ərazisi tezliklə savaş poliqonuna çevriləcək


dunya
18 avq 2025 | 12:44

Zirehli limuzində Tramp-Putin "gizli anlaşma"sının sirri açılır: Qərbdə ABŞ və Rusiya əleyhinə yeni koalisiya qurulur


dunya
7 mar 2025 | 12:00

Tramp Putini də aldadır, savaş davam edəcək: ABŞ Ukraynanın təbii sərvətlərini ələ keçirtsə...


dunya
14 avq 2025 | 12:00

İkinci Tramp-Putin anlaşması real deyil: Alyaska görüşü iflasa uğrasa, ABŞ Rusiyanın "qələm"ini qıracaq


dunya
3 fev 2025 | 12:00

Tramp Putini və Rusiyanı məğlub etmək niyyətindədir: Kiyevdən xəbərsiz Ukrayna "siyasi bazarlıq" predmetinə çevrilib


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
15:00 0
İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp
13:16 0
Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır
13:00 0
Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
12:42 0
Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı
12:15 0
Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür
12:00 0
Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
10:33 0
Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video
10:28 0
“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə