Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə... Prezident və xanımı vidaya əklil göndərdi Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI Tiflis bunu Türkiyəyə əmanət etdi - 110 milyon dollarlıq nəhəng layihə Şəkidə 2 nəfərin öldüyü kanat qəzası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI İki nəfərin öldüyü istirahət mərkəzi məşhur iş adamına məxsus imiş Prezident həmkarını təbrik etdi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Tramp Ukraynanı niyə Ağ Evdən "vurur": ABŞ-ın iflası Rusiyaya yeni "xilas pəncərəsi" açır

11-11-2025, 12:00 87

Tramp Ukraynanı niyə Ağ Evdən "vurur": ABŞ-ın iflası Rusiyaya yeni "xilas pəncərəsi" açır


ABŞ-ın daxili siyasi sistemində dərin parçalanma həm Ukrayna savaşının inkişaf istiqamətlərinə, həm NATO-nun hərbi-siyasi effektivliyinə, həm də Qərbin qlobal strateji birliyinə neqativ təsir göstərir... Əgər, ABŞ öz ölkədaxili populist impulslarını cilovlaya bilməzsə, onda prezident Donald Trampın vəd etdiyi “nəhənglik” ABŞ-ın qlobal zəifliyi ilə əvəz olunacaq...
Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, ABŞ-da ölkədaxili siyasi-iqtisadi böhran dərinləşməkdə davam edir. Belə ki, Tramp administrasiyasının son davranışları və ABŞ-da kütləvi etiraz dalğası bu superdövlətdə həm siyasi-iqtisadi, həm də geopolitik sabitliyinin hazırda ciddi sınaqdan keçdiyini göstərir. Prezident Donald Trampın sosial şəbəkələrdən elan etdiyi son qərar — varlılar istisna olmaqla, bütün amerikalılara idxal tariflərindən toplanan vəsait hesabına 2000 dollarlıq ödəniş vədi Ağ Ev sahibinin siyasi-iqtisadi populizminin yeni mərhələsini ifadə edir.

Onu da qeyd etmək lazımdır ki, prezident Donald Trampın bu qərarı ilk baxışda sosial rifah məqsədi daşısa da, əslində, onun arxasında siyasi maraqlara hesablanmış populizm dayanır. Ağ Ev sahibinin “tariflərə qarşı çıxanlar axmaqdırlar” açıqlaması ABŞ siyasətində mərkəzdənqaçma meyillərinin artdığını və siyasi-iqtisadi qərarların ideoloji və şəxsi simpatiyalara əsaslandığını göstərir. Və bu davranışlar yalnız daxili siyasi-iqtisadi mexanizmləri deyil, həm də ABŞ-ın qlobal məkandakı mövqelərini də təhdid edir.

8ed77ca6-d02c-4545-8bb0-d3280fe3e00c-1024x585.jpg (66 KB) Məsələ ondadır ki, prezident Donald Trampın siyasəti ilk prezidentlik dövründən başlayaraq, “Amerika həmişə birinci olmalıdır” şüarı ilə xarakterizə olunur. Bu siyasət mahiyyətcə, qlobalizasiyaya qarşı yönəlmiş siyasi-iqtisadi proteksionizm və anti-establishment populizmini birləşdirir. Populizmin bu forması siyasi cəhətdən səmərəli olsa da, ABŞ-ın institusional etibarlılığını zəiflədir. Ağ Ev sahibinin son addımı — idxal tariflərindən toplanan gəlirləri sosial ödənişlərə çevirmək qərarı siyasi-iqtisadi mexanizm baxımından, qeyri-realistdir.

Çünki ABŞ-ın 37 trilyon dollarlıq milli borcunun olduğunu nəzərə aldıqda, bu siyasət daha çox siyasi rəğbət qazanmaq üçün emosional təbliğat vasitəsi kimi görünür. Digər tərəfdən, prezident Donald Trampın son vaxtlar medianı da hədəfə alması ABŞ-da informasiya sahəsinin siyasi manipulyasiya predmetinə çevrildiyini göstərir. Ağ Evin mətbuat katibi Karolayn Levittin mətbuatı “Trampın çıxışını saxtalaşdırmaqda” ittiham etməsi ABŞ-da mətbuat azadlığı və siyasi etika məsələsini yenidən gündəmə gətirib. Və bu, liberal demokratiyanın əsas sütunlarından birinin — informasiya şəffaflığının zədələnməsi deməkdir.

Maraqlıdır ki, Tramp administrasiyasının Ukraynaya ABŞ 5 milyard dollarlıq silah tədarükünü müvəqqəti dayandırması məhz ölkədaxili siyasi xaosun xarici siyasətə də birbaşa təsir göstərməsinin bariz nümunəsidir. "Axios" nəşrinin yaydığı məlumata görə, bu addım “şatdaun” səbəbindən atılıb. Yəni, ABŞ Konqresində büdcə razılaşmazlığı nəticəsində dövlət maliyyələşməsi qismən dondurulub.

35d56e9c91f838c841247fdc541eb529.jpg (60 KB) Təbii ki, bu, qətiyyən texniki bir gecikmə deyil və ABŞ-ın strateji öhdəliklərinin icrasının iflic olması deməkdir. Ukrayna və NATO üzrə müttəfiqlər üçün bu, Ağ Evin etibarlılığını sarsıdan məqamdır. Çünki ABŞ-ın öz büdcə böhranı səbəbindən Ukraynaya yardım proqramlarını dayandırması Rusiya üçün geopolitik "fürsət pəncərəsi" yaradır. Tramp administrasiyasının populist siyasi-iqtisadi prioritetləri ilə dövlətin beynəlxalq öhdəlikləri arasında yaranan bu ziddiyyət ABŞ-ın qlobal hegemonluğunun sistematik şəkildə zəiflədiyini göstərir.

Onu da qeyd etmək lazımdır ki, Ukrayna prezidenti Volodimir Zelenskinin Qərb mətbuatına son açıqlamasında 27 “Patriot” sisteminin alınması zərurəti və ölkənin enerji infrastrukturuna qarşı Rusiyanin zərbələri barədə dedikləri ABŞ-ın dəstəyinin azalmasından qaynaqlanan real təhlükələri üzə çıxarır. Digər tərəfdən, Avropalı liderlər, xüsusilə Polşa baş naziri Donald Tusk bu məsələdə açıq danışır. Onun fikrincə, hazırda Ukraynanın məğlub olması üçün obyektiv səbəb yoxdur. Bu, əslində, Qərbin siyasi iradəsinin və koordinasiyasının zəifləməsinə yönəlik dolayısı xəbərdarlıqdır. Donald Tuskun sözləri onu göstərir ki, Avropa üçün təhlükə yalnız Rusiyanin hərbi gücü deyil, həm də ABŞ-da ölkədaxili qeyri-sabitlik və Tramp administrasiyasının qərarsız davranışlarıdır.

b9a8c861bfd92ec7ab6beeace146ef62.jpg (320 KB) Digər tərəfdən, ABŞ-da Tramp dövrünün əsas paradoksu ondan ibarətdir ki, onun “Amerikanı yenidən nəhəng etmək” şüarı əslində, ABŞ-ın qlobal liderliyinin sistemli şəkildə zəifləməsinə gətirib çıxarır. Populizm və proteksionizm qısa müddətli siyasi dəstək yaratsa da, uzunmüddətli perspektivdə ABŞ-ın beynəlxalq nüfuzunu zədələyir. Ölkədaxilində yeni siyasi-iqtisadi düzən qurmaq cəhdləri, xaricdə isə müttəfiqlərin etimadının azalması, Ağ Evi geopolitik paradoks ilə üz-üzə qoyur. Çünki bu ziddiyyətli proses Çin, Rusiya və Qlobal Cənub ölkələrinin maraqlarına daha çox xidmət edir. Və onlar ABŞ-ın bu zəifliyindən istifadə edərək, çoxqütblü beynəlxalq sistemin əsas aktorları kimi mövqelərini möhkəmləndirirlər.

Göründüyü kimi, prezident Donald Trampın iki min dollarlıq vədi, büdcə böhranı, onun mətbuatla gərgin münasibətləri və idxal tariflərinə əsaslanan iqtisadi ritorikası ABŞ-ın ölkədaxili siyasi sistemində dərin parçalanmanı və xarici siyasətində reaktivliyini biruzə verir. Bu, həm Ukrayna savaşının gələcək inkişaf istiqamətlərinə, həm NATO-nun hərbi-siyasi effektivliyinə, həm də Qərbin qlobal strateji birliyinə mənfi təsir göstərir. Və əgər, ABŞ öz ölkədaxili populist impulslarını cilovlaya bilməzsə, onda prezident Donald Trampın vəd etdiyi “nəhənglik” ABŞ-ın qlobal zəifliyi ilə əvəz olunacaq.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

dunya
27 okt 2025 | 12:11

Tramp Putinlə "görüş qapısı"nı tamamilə qapadır: ABŞ indi artıq Rusiyanın məğlub olmasını istəyir


dunya
4 noy 2025 | 12:15

ABŞ Rusiya və Çin üçün yeni “savaş labirinti” yaradır: NATO isə Avropada “hərbi Berlin divarı”nı bərpa edir


dunya
10 yan 2025 | 12:00

Tramp qorxunc strateji planına bəhanə tapdı: NATO yox ediləcək, Avropa Birliyi dağıdılacaq


dunya
22 sen 2025 | 12:00

Ağ Evin Pekini məğlub etmək planı yenə iflasa uğradı: Rusiya ilə yanaşı, ABŞ da Çindən asılı vəziyyətə düşür


dunya
9 avq 2025 | 12:00

Tramp-Putin görüşü dəhşətli hərbi-siyasi ssenarilər vəd edir: Sülh ehtimalı real deyil, qlobal "soyuq savaş" isə qaçılmazdır


siyaset
6 sen 2025 | 13:02

Tramp Ukrayna savaşının taleyini “düyünə” salıb: Ağ Evin “sülh təşəbbüsləri” Rusiyaya manevr məkanı açır


dunya
6 noy 2025 | 12:00

Trampın “dəli rəqibi” ölkənin siyasi sistemini dəyişir: Keçmiş SSRİ-ni dağıdan ABŞ “kommunizm kabusu”na sürüklənir


dunya
16 iyl 2024 | 12:18

Tramp "Ukrayna faciəsi" hazırlayır: ABŞ geri çəkiləcək, Avropa Birliyi isə dəstək verməyəcək


dunya
23 yan 2025 | 12:00

Tramp xofu Qərb təhlükəsizlik sistemini dağıdır: Zəif Avropa Birliyi, güclü ABŞ ilə “siyasi savaş”a çox yaxındır


siyaset
13 dek 2023 | 12:10

Tramp Qərbin “kabus”una çevrilir: NATO dağılacaq, Avropa Birliyi süquta uğrayacaq, Bayden devriləcək


dunya
25 sen 2025 | 12:23

Tramp “Rusiyanı dağıtmaq” qərarı vermək üzrədir: Ağ Ev NATO-ya “vur” təlimatı göndərəcək, Kreml üçün çənbər daralır


dunya
14 avq 2025 | 12:00

İkinci Tramp-Putin anlaşması real deyil: Alyaska görüşü iflasa uğrasa, ABŞ Rusiyanın "qələm"ini qıracaq


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
19:00 0
Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə
18:30 0
Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə...
13:19 0
Prezident və xanımı vidaya əklil göndərdi
13:16 0
Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI
12:13 0
Tiflis bunu Türkiyəyə əmanət etdi - 110 milyon dollarlıq nəhəng layihə
12:03 0
Şəkidə 2 nəfərin öldüyü kanat qəzası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI
12:00 0
İki nəfərin öldüyü istirahət mərkəzi məşhur iş adamına məxsus imiş
11:21 0
Prezident həmkarını təbrik etdi

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə