Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür “Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video Azərbaycanda Dövlət Suverenliyi Günüdür Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam Hansı temperaturda çay içmək xərçəng yaradır? DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO “Bitcoin”in yenidən bahalaşdı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

İrəvanın "Rusiya xilaskar deyil" mesajının gizli hədəfi: Paşinyan Kremlə qarşı yeni "erməni ideologiyası" yaradır

29-10-2025, 09:00 96

İrəvanın "Rusiya xilaskar deyil" mesajının gizli hədəfi: Paşinyan Kremlə qarşı yeni "erməni ideologiyası" yaradır


Rəsmi İrəvanın hazırkı strategiyası Rusiyadan asılılığın azaldılması, ABŞ və Qərblə əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycan-Türkiyə İttifaqı ilə normallaşmanın davam etdirilməsi üzərində qurulub... Paşinyan hakimiyyəti artıq anlayır ki, bu hədəflərə çatılmayacağı təqdirdə, Ermənistan üçün “sülh reallığı” konsepsiyası yalnız bəyanat səviyyəsində qalacaq...
Son vaxtlar Paşinyan hakimiyyətinin ardıcıl açıqlamaları Ermənistanın Cənubi Qafqazda yeni siyasi-diplomatik proseslərdə daha aktiv rol almaq istəyini biruzə verir. Baş nazir Nikol Paşinyanın “Azərbaycanla sülh artıq reallıqdır” bəyanatı, XİN rəhbəri Ararat Mirzoyanın Azərbaycan və Türkiyə prezidentlərinin Ermənistana səfərə dəvət edilməsi barədə açıqlaması və deputat Sarkis Xandanyanın “Rusiya bizə ölkəmizi necə xilas etməli olduğumuzu diktə edə bilməz” fikri rəsmi İrəvanın xarici siyasətində açıq şəkildə istiqamət dəyişikliyinə işarədir. Və bu baxımdan, Paşinyan hakimiyyətinin hazırda prinsipial siyasi mövqe tutmaq məcburiyyəti də inkaredilməz reallıqdır.

Onu da qeyd etmək lazımdır ki, Ermənistan parlamentinin komissiya sədri Sarkis Xandanyanın “Rusiyaya icazə verməyəcəyik ki, bizə Ermənistanı necə xilas etməyi diktə etsin” açıqlaması rəsmi İrəvanın Kremllə münasibətlərinin problemli olduğunu növbəti dəfə təsdiqləyir. Belə ki, Ermənistanın Rusiya ilə münasibətlərində gərginlik artıq strateji səviyyəyə keçib. Və Ermənistanın KTMT-da praktiki fəaliyyətsizliyi, 2020-ci və 2023-cü illərin hərbi-siyasi nəticələri, həmçinin Avropa Birliyinin "müşahidə missiyası"nın ölkəyə yerləşdirilməsi Rusiyanın “təhlükəsizlik təminatçısı” rolunu ciddi şəkildə zəiflədib.

Təbii ki, Rusiya və Ermənistan arasında münasibətlərin indiki məzmunu rəsmi İrəvan üçün yeni siyasi-ideoloji tezis formalaşdırır. Yəni, Paşinyan hakimiyyəti “Ermənistanın xilaskarı yalnız özüdür” mesajı ilə siyasi iradə nümayiş etdirməyə çalışır. Ancaq bu tezisin əsas mesaj hədəfi reallıqda Ermənistan üçün Qərb və Rusiya arasında tarazlığı tapmaq cəhdindən ibarətdir. Çünki Ermənistanın tamamilə “Qərb orbitinə” keçməsi həm iqtisadi, həm təhlükəsizlik, həm də enerji asılılığı səbəbindən hələ qətiyyən real deyil.

Maraqlıdır ki, bütün bunlara paralel olaraq, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Siyasi Birliyinin gələn il İrəvanda keçiriləcək növbəti sammitinə dəvət olunublar. Ancaq həmin dəvətin hələlik şifahi xarakter daşıması isə bu təşəbbüsün həm siyasi-diplomatik sınaqdan, həm də ictimai rəyin testdən keçirilməsi ilə bağlı mülahizələrə də yol açır.

Digər tərəfdən, bu təşəbbüs rəsmi İrəvanın beynəlxalq səviyyədə “normallaşma tərəfdarı” kimi görünmək istəyini də əks etdirir. Eyni zamanda, bu, Paşinyan hakimiyyəti üçün ölkə daxilində müəyyən siyasi risklər də daşıyır. Çünki Rusiya ilə münasibətlərin soyumasına paralel olaraq, belə siyasi manevrlər müxalifət tərəfindən Paşinyan hakimiyyətinin “geopolitik xəyanəti” kimi təqdim olunur.

Məsələ ondadır ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın bəyanatı həm Qərb siyasi-diplomatik dairələrinə, həm də Cənubi Qafqazın real güc mərkəzlərinə – Azərbaycana və Türkiyəyə yönəlik açıq mesajdır. Və Rəsmi İrəvan Rusiyanın təsir dairəsindən uzaqlaşdırmağa çalışdığı Ermənistanı indi artıq “Kremlin təcrid olunmuş qurbanı” kimi deyil, regional aktyorları sırasında göstərmək istəyir.

Maraqlıdır ki, baş nazir Nikol Paşinyan “Azərbaycanla sülh artıq reallıqdır, ancaq bu, bizim üçün yad bir anlayışdır” deyərkən, Ermənistan cəmiyyətinin siyasi-psixoloji və ideoloji keçid dövrünə eyham vurur. O, əslində, üstüörtülü şəkildə başqa dövlətin ərazilərini işğal edərək, 30 il müharibə vəziyyətində yaşamış Ermənistan üçün “sülh mədəniyyəti”nə keçidin asan olmadığını qabartmağa çalışır.

Eyni zamanda, Ermənistanda dövlət idarəçiliyi sistemində də sülh dövrü üçün təhlükəsizlik, iqtisadiyyat və siyasi-ideoloji əsaslar yenidən dizayn olunmalıdır. Baş nazir Nikol Paşinyan “sülhün qorunması və institusional səviyyəyə çatdırılması” mesajını verərkən də məhz bunun dövlət strategiyasına çevriləcəyini bildirir. Yəni, artıq məsələ təkcə atəşkəsin davam etməsində deyil, yeni siyasi sistemin indiki sülh şəraitinə uyğunlaşmasındadır.

Maraqlıdır ki, Paşinyan hakimiyyəti atdığı addımlar ilə yekun sülh sazişinin imzalanması ilə Ermənistanın daha ciddi təhlükəsizlik təminatı ala biləcəyini də qabardır. Belə ki, 2026-cı ilin dövlət büdcəsinin layihəsinə görə, rəsmi İrəvan Ermənistanın hərbi büdcəsini 15,3 faiz azaltmaq niyyətindədir. Bu, təxminən 563 milyard dram (1,4 milyard dollar) deməkdir.

Ancaq Azərbaycan və Türkiyənin hərbi potensialını ön plana çəkən Rusiyayönümlü radikal-revanşist siyasi düşərgə bu addımı Ermənistanın müdafiəsiz buraxılması kimi təqdim etməyə çalışır. Halbuki Paşinyan hakimiyyəti Ermənistan üçün təhlükəsizliyin artıq yalnız silahla deyil, həm də siyasi-diplomatik və beynəlxalq təminat mexanizmləri ilə qorunmasının zəruri olduğunu erməni toplumuna izah etməyə üstünlük verir.

Məsələ ondadır ki, hazırda Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması qarşısında əsas əngəl məhz konstitusiya faktorudur. Belə ki, rəsmi Bakı haqlı olaraq, İrəvandan Ermənistan konstitusiyada Azərbaycana qarşı ərazi iddiaları ifadə edən müddəaların dəyişdirilməsini tələb edir. Çünki hazırkı konstitusiyada Azərbaycan ərazisi olan Qarabağ “Ermənistan Respublikasının ayrılmaz hissəsi” kimi təqdim edilir. Və bu ərazi iddiaları birmənalı şəkildə ləğv edilmədən iki ölkə arasında yekun sülh sazişinin imzalanması inandırıcı görünmür.

Ancaq mövcud problemlərə baxmayaraq, Paşinyan hakimiyyətinin hazırkı strategiyası Rusiyadan asılılığın azaldılması, ABŞ və Qərblə əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycan-Türkiyə İttifaqı ilə normallaşmanın davam etdirilməsi üzərində qurulub. Çünki Paşinyan hakimiyyəti artıq anlayır ki, bu hədəflərə çatılmayacağı təqdirdə, Ermənistan üçün “sülh reallığı” konsepsiyası yalnız bəyanat səviyyəsində qala bilər. Və bu baxımdan, Ermənistan baş naziri Nikol Paşinyanın “sülh artıq reallıqdır” tezisi regional sabitlik üçün də mühüm mesajdır.musavat.com

Ancaq bu reallıq yalnız Ermənistanın dövlət strategiyasına çevrildiyi halda, davamlı və effektiv ola bilər. Çünki Rusiyaya münasibətdə balanslı məsafə, Qərbə yaxınlaşma və Azərbaycan-Türkiyə İttifaqı ilə normallaşma - bunların hamısı bir-birinə bağlı məsələlərdir. Əgər, Ermənistan bu problemlərin öhdəsindən gələrsə, Cənubi Qafqazda yeni geopolitik dövrün başlanğıcı mümkün ola bilər. Əks halda, Paşinyan hakimiyyətinin “sülh reallığı” tezisi qısaömürlü siyasi ritorika xarakteri daşıyacaq.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

siyaset
7 yan 2025 | 09:14

Paşinyan “yaxınlaşan fəlakət” mesajı verdi: Türk İttifaqı tezliklə hərəkətə keçəcək və...


siyaset
6 iyn 2024 | 09:17

İrəvan Bakının nəhəng strateji layihəsinə göz dikib: Ermənistan Azərbaycanın tam nəzarətinə keçir


siyaset
30 yan 2024 | 09:18

Paşinyan sülh sazişindən rəsmən imtina etdi: İrəvanın məkrli “pakt” təklifi yeni savaş planıdır


siyaset
31 yan 2024 | 10:00

Paşinyan sülh sazişindən rəsmən imtina etdi: İrəvanın məkrli “pakt” təklifi yeni savaş planıdır


siyaset
18 yan 2025 | 09:00

Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir: ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb


siyaset
30 okt 2024 | 09:00

Ərdoğan Bakı və İrəvana sülh mesajı verdi: ABŞ, Avropa Birliyi və Fransa dərhal əks hücuma keçdi


siyaset
1 iyn 2024 | 10:00

ABŞ və Qərb Rusiya ilə “Qafqaz masası”nda savaşır: Bakı və İrəvanın sülh sazişi üçün tək variantı qaldı


siyaset
25 dek 2023 | 10:00

Paşinyana ünvanlı "erməni mesajı" xof yaratdı: Sülh sazişi imzalansa belə, Ermənistan dövlətçiliyini itirəcək


siyaset
27 iyl 2024 | 10:09

ABŞ və Qərb Ermənistanla bağlı qorxunc reallığı niyə etiraf etdi: Rusiya ilə müttəfiqlik "körpüləri" uçurulsa...


siyaset
4 apr 2024 | 09:00

İrəvan KTMT-dən, Rusiya isə Ermənistandan çıxır: Kreml Qafqazı ABŞ və Qərbə uduzur


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
09:38 0
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
09:32 1
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
09:24 1
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
09:00 2
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
16:07 0
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
12:00 1
Hansı temperaturda çay içmək xərçəng yaradır?
10:28 2
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
10:18 1
“Bitcoin”in yenidən bahalaşdı

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə