Paşinyan: “Ermənistan tədricən blokadadan çıxır”
Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, ölkə illərlə davam edən blokadadan tədricən çıxmağa başlayıb.
Paşinyanın sözlərinə görə, bu nəticəyə gəlməsinə səbəb Azərbaycanın Ermənistan istiqamətində tranzit məhdudiyyətlərini aradan qaldırması ilə bağlı qərardır.
“Yaxın vaxtlarda iqtisadiyyatımızın strukturunda ciddi dəyişikliklər baş verəcək. Artıq iki gündür ki, Azərbaycan Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırıldığını elan edib. Bu, çox vacib qərardır və göstərir ki, Vaşinqton Bəyannaməsi, əldə olunmuş razılaşmalar sadəcə sənəd deyil, konkret nəticələr verən real proseslərdir,” – deyə Paşinyan hökumət iclasında bildirib.
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Sizin reklam burada
Sizin reklam burada
Xəbər lenti
