Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video “Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq “Bu, Rusiya ilə müharibə deməkdir” “Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə... Prezident və xanımı vidaya əklil göndərdi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Pezeşkianın Paşinyana xəbərdarlığı - İrəvan eşidəcəkmi?

21-08-2025, 12:56 174

Pezeşkianın Paşinyana xəbərdarlığı - İrəvan eşidəcəkmi?


Ermənistanın İranın tələbinə münasibəti Trampdan asılıdır
İran Prezidenti Məsud Pezeşkian Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü barədə sosial media hesabında paylaşım edib. Pezeşkian paylaşımında iki ölkə arasında dost münasibətlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

“Ermənistanın baş naziri ilə görüşdə bildirdim ki, İran İslam Respublikası hökumətinin mövqeyi Ermənistanın suverenliyi və ərazi bütövlüyünün qorunması, eləcə də iki ölkə arasında səmimi münasibətlərin davam etdirilməsidir. Üçüncü tərəf qüvvələrinin ümumi sərhədlər yaxınlığında olması ilə bağlı narahatlığımız isə tamamilə aradan qaldırılmalıdır”, - deyə İran Prezidenti qeyd edib.

“Qafqazda sülhün hakim olması İran üçün strateji bir prioritetdir”. Pezeşkian Paşinyanla mətbuat konfransında deyib. “Regionun işlərinin regiondan kənar qüvvələrə tapşırılması regional məsələlərin mürəkkəbləşməsinə səbəb olur”, - Pezeşkian qeyd edib. İran Prezidenti bildirib ki, ölkəsi Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləyir. O, Nikol Paşinyanı İrana rəsmi səfərə dəvət edib.

Paşinyan isə brifinqdə deyib ki, Azərbaycanla razılaşma Ermənistanla İran arasında dəmir yolu əlaqəsini açacaq. Paşinyan bildirib ki, Ermənistanın Azərbaycanla əsas razılaşmalarından biri regionda kommunikasiya marşrutlarının bərpası ilə bağlıdır.

“Bununla, Ermənistan və İran arasında yeni dəmir yolu əlaqəsi yaranacaq, o cümlədən Naxçıvan-Culfa dəmir yolu xətti vasitəsilə... Bu isə İranın Ermənistana və nəhayət, Qara dənizə dəmir yolu ilə çıxışını təmin edəcək”, - o qeyd edib.

İran prezidentinin Paşinyanla görüşdə “üçüncü qüvvənin sərhəddə olmaması” xəbərdarlığı Tehranın ilk belə mövqeyi deyil. Vaşinqtonda əldə olunan razılaşma əsasında Zəngəzur dəhlizi ABŞ şirkətinə icarəyə verilir. İran rəsmiləri isə bildiriblər ki, Ermənistanın bölgəyə hərbi qüvvə yerləşdirməyəcəyinə inanırlar.

Pezeşkianın İrəvanda Paşinyana etdiyi bu xəbərdarlıq hansı anlamı daşıyır? Ermənistan İranın bu tələbini eşidəcəkmi?

AMİP sədri, deputat Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, İran İslam Respublikasının Prezidenti təbii olaraq öz dövlətinin maraqlarını müdafiə edir. Bu mənada, Pezeşkianın fikirlərində əslində təəccüblü bir şey yoxdur: “Pezeşkian regiondan kənar qüvvələrin regionda yerləşməsinin məqbul olmadığını dedikdə birmənalı olaraq ABŞ-ni nəzərdə tutur. Çünki avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmaya əsasən Zəngəzur dəhlizindən keçəcək kommunikasiya qovşağı nə adlandırılmasından asılı olmayaraq ABŞ-nin şirkətinə həvalə edilir. Təhlükəsizlik və digər məsələlərin həllini ABŞ şirkəti həyata keçirməlidir. Bu baxımdan İranın narahatlığı Amerikadandır. Tehran hesab edir ki, İran üçün Amerikanın regionda mövcudluğu təhdid yaradır. Ona görə də Pezeşkian o cür açıqlama verib. Əslində üç ildən çoxdur Ermənistanın ərazisində və İranla sərhəd bölgəsində Avropa İttifaqının "mülki müşahidə missiyası" fəaliyyət göstərir. Nədənsə xüsusilə Fransanın dominantlıq təşkil etdiyi bu missiyaya İran dözümlü yanaşıb və yanaşır. Azərbaycanın üç il öncə həmin missiyanı nəzərdə tutaraq regionda regiondan kənar olan qüvvələrin yerləşməsinə qarşı mövqe ortaya qoyanda İran bu mövqeyə dəstək vermək əvəzinə susdu. İndi ABŞ ilə Ermənistanın əldə etdiyi razılaşma İranı narahat edir və Ermənistana İrandan təzyiqlər başlayıb. Ermənistan hakimiyyətinə bağlı qapı arxasında danışıqlarda təbii ki, daha sərt mesajlar verilir və təzyiq edilir. Bəzi rus və iranlı siyasi ekspertlər isə Ermənistanın ABŞ-la imzaladığı razılaşmanı İrana xəyanət adlandırırlar. İran Ermənistan üzərindən bölgəyə nəzarət imkanlarını əldə saxlamaq istəyir. İran ABŞ şirkətinin Zəngəzura yerləşməsinin qarşısını almaq istəyir".

Deputat dedi ki, Ermənistan hakimiyyətinin İrandan olan çağırışlara və təzyiqlərə boyun əyib-əyməyəcəyinə gəlincə, İrəvan ABŞ qarşısında imzası ilə öhdəlik götürüb, ona görə də Paşinyan hökuməti bu öhdəliyi yerinə yetirmək məcburiyyətindədir: “Paşinyanın öz imzasına hörmət edəcəyi və ya etməyəcəyi həm də Amerikanın, şəxsən Donald Trampın bundan sonrakı addımlarından asılı olacaq. Tramp razılaşmanın reallaşdırılması üçün Paşinyana ciddi təsir göstərərsə, Paşinyan İrandan olan çağırış və tələbləri nəzərə almayacaq. Əslində Nikol Paşinyan kifayət qədər mürəkkəb situasiya ilə üz-üzə qalıb. Rusiya və İranın çarpaz hücumları, təzyiqləri get-gedə artır”.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

dunya
30 iyl 2024 | 16:38

Paşinyan Pezeşkian və Xamenei ilə görüşdü: Nələr müzakirə edildi...


siyaset
7 may 2025 | 12:00

Tehrandan Bakıya “vasitəçilik” mesajı - İran əslində nə istəyir?


dunya
14 avq 2025 | 13:24

Paşinyan: Vaşinqton sazişi İran və Rusiya üçün də faydalı olacaq


dunya
6 avq 2024 | 15:37

İran prezidenti Pezeşkian: İsrailə mütləq cavab veriləcək


dunya
11 avq 2025 | 12:43

Pezeşkian Zəngəzura görə SEPAH-ın hədəfinə tuş gəldi: İrana səfər gözlənilir


siyaset
28 apr 2025 | 16:07

Pezeşkian Bakıdadır - Yenilənib


dunya
23 iyl 2025 | 16:48

Pezeşkian: İran regional təhlükəsizlik konsepsiyasını müzakirə etməyə hazırdır


dunya
29 iyl 2025 | 12:49

Pezeşkiandan Zəngəzur dəhlizi açıqlaması: Narahatlığa əsas yoxdur


dunya
6 avq 2024 | 12:14

ABŞ-ın hegemonluğu dövrü başa çatıb - Pezeşkian


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
12:00 0
Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
10:33 0
Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video
10:28 0
“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
09:58 0
“Bu, Rusiya ilə müharibə deməkdir”
09:25 0
“Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
19:00 0
Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə
18:30 0
Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə...
13:19 0
Prezident və xanımı vidaya əklil göndərdi

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə