İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video “Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

İrəvanda “Paşinyan vətəni satır” şivəni

5-06-2025, 19:00 248

İrəvanda “Paşinyan vətəni satır” şivəni


“Ermənistan bu fürsəti qaçırsa, növbəti tarixi səhvinin bədəli birdəfəlik olacaq”
Ermənistanda “Haya Que” milli vətəndaş assosiasiyasının şurası bəyan edib ki, hakim rejim ictimaiyyətin diqqətini mövcud problemlərdən yayındırmaq məqsədilə xalqa qarşı yeni informasiya terrorizminə başlayıb və bu şəraitdə uzun müddətdir hazırlanmış təslim sənədini imzalayıb.

Bəyanatda iddia olunur ki, Tiranada keçirilən Avropa siyasi konfransından sonra Paşinyan hakimiyyəti üzərinə yeni təslimçi öhdəliklər götürüb.

Paşinyanın “artsax” davasından vaz keçdiyi, Ermənistanın azərbaycanlılarla doldurulması planına haqq qazandırdığı iddia edilir. “Eyni zamanda baş nazir vəzifəsini tutan şəxs Bakının tələblərini açıq şəkildə qəbul edərək, Ermənistan Respublikasının müstəqillik bəyannaməsini və orada əksini tapmış milli məqsədləri rədd edərək yeni konstitusiyanın qəbul edilməsinin zəruriliyindən danışır”,- “Haya Que”nin bəyanatında bildirilir.

Son vaxtlar istər radikal-revanşist düşərgədən, istərsə də dini camiədən (keşişlər və katolikoslar səviyyəsində) Paşinyanın milli mənafeni satmaqda ittiham olunması halları artıb. Seçkilər yaxınlaşdıqca belə bəyanatlar daha çox eşidilməkdədir.

Bəs Bakı İrəvandakı iqtidar üçün hansı “xilas kəməri” ata bilər ki, radikal-revanşistlərin hakimiyyətə qayıdışını əngəlləsin?

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev “Yeni Müsavat”a bildirdi ki, sülh müqaviləsinin reallaşma şansları artdıqca Ermənistanda “Haya Que” kimi təxribatçı təşkilatlar da göbələk kimi bir-birinin ardınca ortaya çıxacaq: “Səbəb də məlumdur: revanşist, radikal qüvvələr ənənəvi metodlarla Paşinyana təzyiq etməkdə qərarlı və israrlıdırlar. Sadəcə, məsələ burasındadır ki, bunların hamısı aşağı-yuxarı eyni bezin qırağıdır və Paşinyanın da imkanı olsa daha radikal addımlar atar. Necə ki, o, zamanında belə addımlar atıb və Azərbaycanın əsəblərini tarıma çəkib. İndi isə Ermənistanın baş naziri situativ vəziyyətə uyğun davranır. Müharibədən sonra Paşinyan bir şeyi dəqiq anladı ki, Azərbaycanla saxta oyunlar, manevrlər keçməz, şərtlər qəbul edilməlidir, sülh müqaviləsi imzalanmalıdır, həmin sənədin reallaşmasına maneə yaradan bütün əngəllər, problemlər aradan qalxmalıdır. Konstitusiya da mütləq dəyişməlidir”, - partiya sədri deyib.

E.Musayevin sözlərinə görə, Paşinyanın başqa yolu, alternativi yoxdur: “Revanşistlər aranı qatsa da, qatmasa da, o, birmənalı şəkildə buna getməlidir. Ayrıca, son günlər erməni müxalifəti Qərbi Azərbaycan mövzusunu da öz bildikləri və anladıqları kimi gündəmə gətirməkdən çəkinmir. Bu da səbəbsiz deyil. Paşinyan güman ki, bu istiqamətdə də praqmatik addımlar atmağa məcbur olduğunun gərəkliliyini anlayıb və Qərbi Azərbaycan İcmasının tələbləri ilə bağlı düşünməyə başlayıb. Bu isə təbii ki, həmin revanşist qüvvələrin marağına uyğun deyil və ona görə də prosesin qarşısını almağa, qabaqdan gəlmişlik etməyə çalışırlar”.

Deputatın fikrincə, bu durumda Paşinyanın 2 yolu, variantı var: “Ya revanşistlərin qarşısından geri çəkilərək hər şeyi bərbad etməli, xalqını növbəti məğlubiyyətlərə sürükləməlidir, ya da özündə güc, təpər taparaq Azərbaycanın haqlı tələblərini, şərtlərini qəbul etməlidir. Vəssalam. Onun başqa seçim variantı gerçəkdən yoxdur”.

Politoloq Züriyə Qarayevanın sözlərinə görə, Ermənistanda son günlər baş verənlər bir daha göstərdi ki, İrəvan siyasi böhrandan çıxmaqdansa, onu daha da dərinləşdirir: "Paşinyanın rəhbərlik etdiyi hökumət “təslimçilik”, “xəyanət”, “vətəni satmaq” kimi şüarlarla hədəfə alınır, həm keşişlər, həm revanşistlər, həm də ifrat millətçilər eyni cəbhədə birləşirlər.

Azərbaycanın sülh prosesi ilə bağlı mövqeyi aydındır: sərhədlərin müəyyənləşdirilməsi, kommunikasiyaların açılması, qarşılıqlı tanınma və gələcəyə baxış. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət bölgədə real güc balansını nəzərə alır və strateji planlaşdırma üzərində qurulub. Bakının məqsədi revanş deyil, inteqrasiyadır. Savaşın nəticələri artıq tarixdir. Amma bu nəticələri qəbul etməkdə zorlanan Ermənistan cəmiyyəti, xüsusən də “Haya Que” kimi radikal strukturlar, Paşinyanı “Azərbaycanın planına uyan” şəxs kimi təqdim edirlər. Halbuki Paşinyanın atdığı addımlar onun zəifliyinin yox, gecikmiş realizminin nəticəsidir.

Azərbaycan açıq şəkildə göstərir ki, bölgədə qalıcı sülhə gedən yol qarşılıqlı anlaşmadan keçir. Ermənistan isə bu reallığı ya inkar edir, ya da populist ritorikanın tozlu çənbərində boğur. Paşinyanın yeni konstitusiya ilə bağlı çağırışı belə, ölkədə milli hədəflərin dəyişməsi deyil, real təhlükələrin önlənməsi baxımından atılan addım ola bilərdi. Amma İrəvan küçələrində “vətəni satır” qışqırıqları bu cür rasional addımların qarşısını kəsir. Ermənistanın revanşistlərinə veriləcək ən yaxşı cavab məhz Bakının siyasi səbatı və inkişaf yönümlü strategiyasıdır. Qısacası, İrəvan çaxnaşma içindədir, Bakı isə sabit və məqsədyönlüdür. Əgər Ermənistan bu fürsəti qaçırsa, növbəti tarixi səhvinin bədəli birdəfəlik olacaq".

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

siyaset
22 yan 2024 | 18:00

Paşinyan Azərbaycanın və Türkiyənin şərtlərini qəbul edir - Ekspert danışır...


dunya
13 mar 2025 | 16:47

Paşinyan: Yeni konstitusiya Bakının tələbi kimi təqdim olunur


siyaset
8 fev 2024 | 17:22

Ermənilər əgər sülh istəyirlərsə... - GƏLİŞMƏ


siyaset
2 apr 2025 | 12:11

Paşinyana indi niyə sülh yox, savaş lazımdır: Ermənistanın hücum edəcəyi vaxt dəqiqləşir


siyaset
2 iyl 2024 | 19:00

Paşinyanın açıqlaması onun xarakteri ilə ziddiyət təşkil edir - HƏQİQƏTƏN DƏ...


siyaset
4 sen 2023 | 12:00

Araikdən sonra növbə Paşinyana çatdı: Rusiya Qafqazı qarışdırır, Ermənistanda çevriliş qərarı verilib


dunya
24 yan 2024 | 14:07

Paşinyanın yeni konstitusiyası rezonans yaratdı: Azərbaycan və Türkiyə…


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
15:00 0
İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp
13:16 0
Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır
13:00 0
Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
12:42 0
Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı
12:15 0
Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür
12:00 0
Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
10:33 0
Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video
10:28 0
“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə