İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video “Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Netanyahunun qəfil ertələnən Bakı səfəri - siyasi səbəb, yoxsa...

6-05-2025, 13:28 102

Netanyahunun qəfil ertələnən Bakı səfəri - siyasi səbəb, yoxsa...


İsrail baş nazirinin səfərinin təxirə salınmasında hansı faktor əsas rol oynadı? - iki rəy

Mayın 7-də İsrail baş naziri Benyamin Netanyahunun Azərbaycana nəzərdə tutulan səfəri təxirə salındı. İsrail Baş naziri ofisinin yaydığı məlumatda deyilir ki, Qəzza zolağında və Suriyada baş verən hadisələr, eləcə də siyasi hadisələrin gərgin qrafiki və təhlükəsizlik tədbirləri səbəbindən Netanyahu Azərbaycana səfərini başqa tarixə təxirə salmaq qərarına gəlib.

Baş nazir dəvətə görə Prezident İlham Əliyevə təşəkkür edib və iki ölkə arasında mövcud olan isti münasibətləri yüksək qiymətləndirib. Səfər ərəfəsində isə məlum oldu ki, Türkiyə B.Netanyahunun Azərbaycana gəlişi üçün öz hava məkanından istifadə etməsinə icazə verməyib. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Keçeli jurnalistlərə açıqlamasında deyib.

“İsrailin baş nazirinin təyyarəsinə hava məkanımızdan istifadə üçün icazə verildiyi iddiaları tamamilə həqiqətə uyğun deyil. Bu barədə bizə heç bir rəsmi müraciət daxil olmayıb”, - deyə diplomat bildirib.

Ötən ilin noyabrında Ankara İsrail Prezidenti İsaak Hersoqun təyyarəsinin hava məkanından keçməsinə icazə verməmişdi. Bu mövqe isə Qəzza zolağındakı vəziyyətlə əlaqədar ölkələr arasında münasibətlərin əhəmiyyətli dərəcədə soyuması ilə bağlıdır.

Bəs qardaş ölkə rəsmiləri mediada yazılanlara niyə gec reaksiya verdi? Netanyahunun Bakı ziyarətinin təxirə salınması sırf siyasi, yoxsa meteoroloji səbəblərdən qaynaqlanır? İzahatda səfərin ertələnməsinin daha bir səbəbi kimi “təhlükəsizlik tədbirləri” göstərilir. Söhbət hansı təhlükədən gedir?

Bəzi məlumatlara görə, Netanyahunun səfər protokolları qüvvədədir. Yəni “gəlməyəcək” deyilsə də, qarşılanma protokolları qüvvədədir. Bu, nə deməkdir?

Deputat Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Benyamin Netanyahunun səfərinin təxirə salınması, böyük ehtimalla, tamamilə siyasi motivlərlə bağlıdır: “İsrail tərəfi səfərin ertələnməsini təhlükəsizlik tədbirləri ilə əlaqələndirir. Bu təhlükəsizlik məsələlərinin konkret nə ilə bağlı olduğunu müəyyən etmək çətindir, amma ehtimal olunur ki, səfərin təxirə salınmasına regional gərginlik səbəb olub.

Meteoroloji səbəblər isə ehtimal olunmur. Çünki müasir dövrdə belə yüksək səviyyəli səfərlərin hava şəraiti ilə bağlı olması inandırıcı deyil. Netanyahunun səfər protokollarının hələ də qüvvədə olması onun Bakıya gəlmək niyyətinin dəyişmədiyini göstərir. Çox güman ki, səfərin tarixi təxirə salınıb. Bu, səfərin bir müddət sonra baş tutacağına dair bir işarə ola bilər və həmçinin İsrail baş nazirinin səfəri yenidən planlaşdırmaq niyyətində olduğunu göstərə bilər. Səfərin təxirə salınması ilə bağlı izahat, zənnimcə, Azərbaycana yönəlik mesajdır. Ola bilsin ki, İsrail tərəfi səfərin təxirə salınmasının Azərbaycanla bağlı olmadığını bu üslubda vurğulamaq istəyib".

Deputatın sözlərinə görə, səfərin təxirə salınmasında Türkiyə ilə İsrail arasında yaranmış son gərginlik də rol oynaya bilər: “Ola bilsin ki, cənab Ərdoğanın ölkəmizə səfəri çərçivəsində onun Netanyahu ilə görüşü nəzərdə tutulubmuş. Lakin Suriyada iki ölkə arasında yaranmış gərginliyin son günlər daha da dərinləşməsi hazırda belə bir görüşün baş tutmasının arzuolunmaz hesab edilməsinə zəmin yaradıb və rəsmi Ankara diplomatik kanallarla bu barədə mövqeyini digər tərəfin diqqətinə çatdırıb. Bütün hallarda ortalıqda yalnız ehtimallar var”.

Politoloq Oqtay Qasımov isə Globalinfo.az-a deyib ki, Neftanyahunun səfərinin müvəqqəti təxirə salınması bir neçə səbəblə əlaqəlidir və bu, yalnız Qəzza və Suriyadakı vəziyyətlə məhdudlaşmır: “Doğrudur, bu bölgələrdə vəziyyət olduqca gərgindir. Xüsusilə də Suriyada son günlərdə durum kritik həddə çatıb. Druzların hökumətə qarşı etirazları İsrail tərəfindən dəstəklənir və faktiki olaraq bu proseslər İsrailin təsiri altındadır. İsrailin Suriyaya dair əsas strategiyası bu ölkədə mərkəzi hakimiyyətin formalaşmasının qarşısını almaq və mümkün olan hakimiyyətin İsrail üçün təhdid yaratmamasını təmin etməkdir. İsrail Suriyanın müdafiə qabiliyyətini minimum səviyyəyə salmağa çalışır. Səfərin təxirə salınmasının digər səbəbləri də ola bilər. Ehtimal olunurdu ki, onun Bakıya səfəri zamanı Türkiyə Prezidenti ilə də görüş baş tuta bilər. Bir müddət əvvəl İsrail və Türkiyə rəsmilərinin Bakıda qeyri-rəsmi görüş keçirdiyi barədə məlumatlar yayılmışdı. Lakin Suriyada baş verən son hadisələr Türkiyə və İsrail münasibətlərini yenidən gərginləşdirib. Türkiyə Suriyanın unitar dövlət kimi qalmasını, yəni mərkəzi hakimiyyətin güclənməsini dəstəkləyir. İsrail isə əksinə, zəif və federal quruluşa malik Suriyanın olmasında maraqlıdır. Suriyada son həftələrdəki böhran da Neftanyahunun səfərinə təsir göstərib. Bundan başqa, Türkiyə Xarici İşlər Nazirliyinin Netanyahuya məxsus təyyarənin Türkiyə hava məkanından keçməsi ilə bağlı rəsmi qərarın olmadığını bildirməsi də müəyyən ipucu verir. Digər tərəfdən, İran və ABŞ arasında danışıqlarda fasilə yaranıb. ABŞ İrana qarşı növbəti sanksiyalar tətbiq edib və bu, dialoqun növbəti raundunun baş tutmamasına səbəb olub. Bu da Neftanyahunun səfərinə təsir edən mümkün amillərdəndir. Nəhayət, digər bir səbəb də 9 may tarixində Moskvada keçiriləcək Qələbə paradında iştirak məsələsi ola bilər. Azərbaycan Prezidenti və İsrail baş naziri bu tədbirə dəvət olunublar. Onların iştirak edib-etməyəcəyi yaxın günlərdə dəqiqləşəcək”.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

dunya
3 yan 2024 | 13:37

Blinkenin İsrailə səfəri təxirə salındı


dunya
30 apr 2025 | 12:00

Netanyahu 4 gün Bakıda qalacaq – Səfərin DETALLARI


dunya
30 apr 2025 | 18:30

Bakıya gələn Netanyahuya Türkiyədən BÖYÜK JEST


siyaset
10 apr 2025 | 16:43

Azərbaycanda Türkiyə və İsrail arasında görüş keçirilib


dunya
1 may 2025 | 14:28

Ərdoğan-Netanyahu görüşü Bakıda baş tuta bilər


dunya
2 may 2025 | 18:30

Xəzər sahilində sensasion görüş iddiası - 10 mayda nə olacaq?


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
15:00 0
İranla müharibə ara seçkilərindən dərhal sonra bitəcək - Tramp
13:16 0
Türkün ortaq gücü qurulur – Azərbaycan da daxil olmaqla yeni sistem hazırlanır
13:00 0
Hotel otaqlarında gizli kamera kabusu: İntim görüntülər hara gedir - QALMAQAL
12:42 0
Azərbaycanın Kərki kəndində nə hazırlayırlar? – Kremlin “ağır top”u planı açıqladı
12:15 0
Vaşinqton 25 il əvvəlki dəstəyi unutmadı - Azərbaycana xüsusi təşəkkür
12:00 0
Balıq mövsümü başlanıb, piştaxtalar da boş qalmır... – REPORTAJ
10:33 0
Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq - Video
10:28 0
“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə