Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür “Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video Azərbaycanda Dövlət Suverenliyi Günüdür Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam Hansı temperaturda çay içmək xərçəng yaradır? DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO “Bitcoin”in yenidən bahalaşdı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ

7-05-2024, 14:22 435

Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ


Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya-demarkasiya üzrə komissiyaların razılaşmasına əsasən Qazaxla Tavuş istiqamətində sərhədlərin dəqiqləşdirilməsi prosesi davam edir. Qazaxın işğalda olan 4 kəndinin qaytarılması və demarkasiya işləri üçün sərhəd erməni istehkamçılar tərəfindən minalardan təmizlənir. Artıq 45 sərhəd dirəyinin quraşdırılması da həyata keçirilib.

Sözügedən proseslə paralel olaraq Ermənistanda delimitasiya-demarkasiya işlərinə və Qazaxın işğaldakı kəndlərinin qaytarılmasına qarşı etiraz aksiyaları keçirilir. Erməni müxalifətinin və Qriqoriyan Kilsəsinin təşkilatçılığı ilə sərhəd kəndlərdə yaşayan ermənilər aksiyalar keçirirlər, yolları bağlayırlar. Etiraz aksiyaları Ermənistanda kütləvi hal almasa da, miqyasın böyüyə biləcəyi və bunun sərhədlərin dəqiqləşməsi prosesinə mənfi təsir edə biləcəyi ehtimalı var.

Hərbi-siyasi ekspert Elxan Şıxəliyev isə etirazların kəndlərin qaytarılması prosesinə ciddi təsir etməyəcəyi qənaətindədir. Şıxəliyev AYNA-ya müsahibəsində deyib ki, Ermənistanın delimitasiya-demarkasiyada qərarlı olması barədə Baş nazir Nikol Paşinyan bir neçə dəfə bəyanat verib:

- Baş verən proseslər də məhz bununla bağlıdır, konkret desək, kəndlərin qaytarılmasına görədir. Əslində erməni müxalifəti də, kilsə də kəndlərin Azərbaycana qaytarılması prosesindən Paşinyana qarşı silah kimi istifadə edir. Niyyət odur ki, etirazlar geniş vüsət alsın, qarşısıalınmaz proseslər baş versin və nəticədə Paşinyan devrilsin. Baş verənlərdə həm daxili, həm də xarici qüvvələrin maraqları var.

- Ermənistandakı etirazlar kəndlərin qaytarılması və delimitasiya-demarkasiya prosesini poza bilərmi?

- Bu aksiyalar kəndlərin Azərbaycana qaytarılması prosesinə hansısa təsir göstərməyəcək. Rəsmi İrəvanın 4 kəndi Azərbaycana qaytarmaqda qərarlı olduğunu müşahidə edirik. Faktiki olaraq sərhəd dirəkləri basdırılıb, minatəmizləmə işləri aparılıb. Eyni zamanda, Ermənistan DİN-in xüsusi təyinatlıları əraziyə yeridilib. Onlar əsasən aksiyanın qarşısını almaq, bağlanan yolların açılmasını təmin etmək və minatəmizləməyə etirazçıların müdaxiləsinin qarşısını almaq funksiyasını həyata keçirirlər.

Ciddi proses getməkdədir ki, bunun qarşısının alınması mümkünsüz görünür. Delimitasiya-demarkasiya işlərinin davam etməsi, 45 sərhəd dirəyinin artıq basdırılması onu göstərir ki, qoyulan vaxtadək proseslər yekunlaşsın. Eyni zamanda, Paşinyan bildirdi ki, narazı kütlə istəsə də, istəməsə də, bu proses bitirilməlidir. Demək istəyir ki, əgər kəndlər Azərbaycana qaytarılmasa, vəziyyət Ermənistan üçün heç də yaxşı deyil.

- Hansı mənada yaxşı deyil?

- Əgər Ermənistan tərəfi kəndlərin qaytarılması ilə bağlı komissiyaların razılaşmasını yerinə yetirməsə, o zaman Azərbaycan tərəfi bunu birtərəfli qaydada həll edəcək. Bunun üçün Azərbaycanın hüquqi əsası var. Həmin kəndlər Azərbaycana aiddir və işğaldan azad edilməlidir. Xoşluqla olmasa, dinc yolla qaytarmasalar, o zaman hərbi variant gündəmə gəlir ki, Paşinyanın etirazçılara dediyi də məhz budur.

Hətta Paşinyan bir neçə dəfə Tavuşa gəlib, orada sərhəd kəndlərinin sakinləri ilə görüşüb, onlara İrəvanın mövqeyini çatdırıb. Görüşlərdə Paşinyan kənd sakinlərini xəbərdar edib ki, ya Azərbaycana aid kəndlər qaytarılmalıdır, ya da ki, hərbi vəziyyət yaranacaq.

- Bu halda, etirazların yenə də davam etməsi qorxmamaqla bağlıdır, yoxsa...

- Məsələ qorxmamaq deyil. Ümumiyyətlə, o kəndlərin sakinlərinin çoxu etirazçılar arasında deyil. Əsasən kənardan məqsədli şəkildə göndərilən şəxslər vəziyyəti gərginləşdirirlər, qızışdırıcılıqla məşğuldurlar. Yenə də deyirəm, erməni müxalifəti və kilsə xaricdən aldıqları təlimat əsasında etirazı körükləyir. Paşinyan da bunu bilir, etirazların haradan təşkil olunduğunu, məqsədin nə olduğunu, etirazın miqyasını bilir. Anlayır ki, bu etirazlar onun hökumətinin devrilməsi ilə nəticələnməyəcək. Ona görə də, hətta etirazlara lağ da edir. Məsələn, Paşinyandan soruşuldu ki, kəndlər qaytarılandan sonra erməni kənliləri başlarının üzərində Azərbaycan əsgərini görəcəklər, Baş nazir cavabında dedi ki, görməmələri üçün sərhəd xəttinə ağac əkiləcək. Demək istədiyim odur ki, müxaliflərin də, etirazçı kəsimin də potensialını, gücünü Paşinyan bilir. Nikol anlayır ki, xalqın müxaliflərə etimadı yoxdur. Bu səbəbdən də düşünürəm ki, bu etirazlar Ermənistanda hakimiyyət dəyişikliyinə səbəb olmayacaq.

- Aksiyaların xarici qüvvələr tərəfindən təşkil edildiyini bildirdiniz. Bu xarici qüvvə Rusiyadır?

- Təbii ki, etirazlarda Rusiya “barmağı” görünür. Baxın, Paşinyanı devirmək və hakimiyyətə gəlmək istəyən qüvvələr kimlərdir – Ermənistanın keçmiş rəhbərlərinin başçılıq etdiyi siyasi qüvvələr. Bu qüvvələrin də Rusiyaya bağlılıqları sirr deyil.

Eyni zamanda, kilsənin də Paşinyanla problemi var. Paşinyan hakimiyyətə gəldikdən bu yanadır ki, kilsə onun qərarlarına sərt reaksiya verir. Kilsə də düşünür ki, necə etsinlər ki, kəndlərin Azərbaycana qaytarılmasına xalqın ümumi etirazı baş versin. Amma bu baş vermir. Onu da deyim ki, müxaliflərdən fərqli olaraq, kilsə təkcə Rusiyaya yox, bir çox xarici dairələrə, xüsusilə, xaricdəki erməni lobbisinə bağlıdır. Demək olar ki, marağı olan bütün qüvvələr çalışır ki, Paşinyanı hakimiyyətdən uzaqlaşdırsınlar. Amma erməni cəmiyyətinin əsas hissəsi Paşinyanın siyasətinə dəstək verirlər. Bu səbəbdən də müxaliflərin və kilsənin planları baş tutmur.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

siyaset
13 mar 2024 | 14:00

Ermənistan istəsə də, istəməsə də, 8 kənd Azərbaycana qaytarılacaq - Başqa cür ola da bilməz...


siyaset
13 mar 2024 | 15:30

Paşinyan Qazaxa gəlir: Delimitasiya baş tutacaq? - İNCƏLƏMƏ


dunya
13 mar 2024 | 09:19

Paşinyanın 4 kənd açıqlamasındakı əsas detal - Əslində nə deyir?


siyaset
13 mar 2024 | 11:06

Paşinyan Ermənistanı şoka salıb: Bu ərazilər qaytarılır


siyaset
3 may 2024 | 16:00

Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?


dunya
26 mar 2024 | 15:30

İrəvanda hərbi qiyam gözlənilir - Paşinyan narahatdır


siyaset
3 apr 2024 | 15:30

Azərbaycan tarixi torpaqlarını geri qaytaracaq - Müharibə başlasa...


siyaset
27 mar 2024 | 10:21

Ermənistan 4 kəndi bu tarixə qədər qaytara bilər - Bakının PLANI


dunya
2 may 2024 | 09:11

Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək


siyaset
29 yan 2024 | 14:22

Delimitasiya ilə bağlı növbəti görüş: İrəliləyiş, yoxsa yerində qaçış? - GƏLİŞMƏ


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
09:38 0
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
09:32 1
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
09:24 1
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
09:00 2
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
16:07 0
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
12:00 1
Hansı temperaturda çay içmək xərçəng yaradır?
10:28 2
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
10:18 1
“Bitcoin”in yenidən bahalaşdı

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə