Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür “Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video Azərbaycanda Dövlət Suverenliyi Günüdür Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam Hansı temperaturda çay içmək xərçəng yaradır? DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO “Bitcoin”in yenidən bahalaşdı
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

ABŞ Yaxın Şərqdə ikinci cəbhəni açdı - Yeni savaşın qorxunc fəsadları...

21-12-2023, 09:17 254

ABŞ Yaxın Şərqdə ikinci cəbhəni açdı - Yeni savaşın qorxunc fəsadları...


Beynəlxalq koalisiya husilərə qarşı əməliyyata başladığını açıqladı, İranın proksi qüvvələri sıradan çıxarılır, əsas hədəf isə... - şərh
ABŞ Qırmızı dəniz və Ədən körfəzini husilərin ticarət gəmilərinə hücumundan qorumaq üçün əməliyyata başladığını bəyan edib. Pentaqon rəhbəri Lloyd Ostinin sözlərinə görə, ABŞ-a Bəhreyn, Britaniya, İspaniya, İtaliya, Kanada, Niderland, Norveç, Seyşel adaları və Fransadan olan qüvvələr qoşulacaq.

“Yeni Müsavat” xatırladır ki, yəmənli üsyançılar noyabrın ortalarında İsrailin Qəzza zolağındakı əməliyyatlarına cavab olaraq Qırmızı dənizdə “Galaxy Leader” gəmisini ələ keçirib və onun ekipajını əsir götürüb. Bu günə qədər dörd böyük Avropa şirkəti Süveyş kanalı ilə müxtəlif yüklərin daşınmasından artıq imtina edib. Avropa ölkələri artıq Qırmızı dənizə hərbi gəmilər göndərməyə hazırlaşır. “Amerika Yaxın Şərqdə ikinci cəbhə açır. Qırmızı dənizdə husilərə qarşı dəniz koalisiyası ABŞ tərəfindən yaradılır və əsas məqsəd İsrailə gedən yük gəmilərinin qorunması və husilərin İsrailə atdığı raket və dronların vurulması olacaq”. Bunu şərqşünas yazar Kənan Rövşənoğlu deyib. “Maraqlıdır ki, 2015-ci ildən Yəməndə husilərə qarşı müharibə aparan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi bu koalisiyaya qoşulmayıb. Güman ki, sülh danışıqlarını pozmamaq üçün. Fikrimcə, ABŞ Yəmənə quru əməliyyatı keçirməyəcək, lakin istisna deyil ki, Yəmən sahil əraziləri, hərbi infrastruktur və hətta paytaxt Səna şəhəri bombalanacaq. Bu əməliyyatın bir başqa hədəfi isə yuxarıda qeyd olunan məqsədlərlə yanaşı, həm də diqqəti Qəzza müharibəsindən az da olsa yayındırmaqdır”, - deyə o bildirib.

Bu arada Yəmən husiləri hər 12 saatdan bir Qırmızı dənizdə ticarət gəmilərinə hücum edəcəklərini bildirib. Ostin deyib ki, son zamanlarda Yəmən husilərinin hücumlarının artması ticarətin sərbəst axınını təhdid edir, günahsız dənizçiləri təhlükə altına alır və beynəlxalq hüququ pozur:

“Bu, kollektiv fəaliyyət tələb edən beynəlxalq çağırışdır. Ona görə də bu gün “Rifah keşikçisi” əməliyyatının yaradılmasını elan edirəm. Yeni vacib çoxmillətli təşəbbüs Birləşmiş Dəniz Qüvvələrinin himayəsi altında fəaliyyət göstərəcək”.

İran Yəmən husiləri tərəfindən Qırmızı dənizdə gəminin ələ keçirilməsində iştirakı ilə bağlı ittihamları rədd edib. İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani bu gün keçirdiyi mətbuat konfransında bildirib. Kənani, Tehranın Qırmızı dənizdə Britaniyaya məxsus və Yaponiyaya əməliyyat şirkəti tərəfindən istifadə edilən “Galaxy Leader” gəmisinin ələ keçirilməsində iştirakı ilə bağlı İsrail Baş naziri Benyamin Netanyahu ofisinin ittihamlarını rədd edib. “Biz dəfələrlə demişik ki, bölgədəki müqavimət qüvvələri özlərinin və xalqlarının maraqlarına əsaslanaraq müstəqil şəkildə hərəkət edirlər”, - Kənani vurğulayıb. Beləliklə, ABŞ-ın yaratdığı yeni savaş Qəzza zolağında baş verənlərdən sonra Yaxın Şərqdə müharibənin miqyasının genişlənəcəyinə dair proqnozların özünü doğrultması kimi də başa düşülə bilər. Bəzi ekspertlər bu savaşın qorxunc nəticələri ola biləcəyini deyirlər. Nələr gözlənilir, bu qorxunc plana nələr daxil ola bilər?

Siyasi şərhçi Məhəmməd Əsədullazadənin sözlərinə görə, paralel olaraq artıq İsrail də Livanda “Hizbullah”a qarşı quru əməliyyatlar keçirəcəyini bəyan edib:

“ABŞ HƏMAS-a qarşı müharibə başlayandan regiona təyyarə daşıyan gəmilər, silahlı birliklər göndərməsi əməliyyat coğrafiyasinı genişləndirəcəyindən xəbər verirdi. ABŞ-ın əsas strateji hədəfi Yaxın Şərqi tam nəzarəti altına almaq, HƏMAS, “Hizbullah” və husiləri sıradan çıxarmaqla Hindistandan başlayan “Baharat” dəhlizinin təhlükəsizliyini təmin etməkdir. Qeyd edim ki, ABŞ İranla gizli danışıqlar apararaq regionda proksi qüvvələrə dəstəyini çəkməsini tələb edirdi. Amma İran bu tələbi rədd etdi. ABŞ-ın yeni hərbi əməliyyatlara başlaması gözlənilir. Əgər “Hizbullah”la İsrailin müharibəsi genişlənərsə, ABŞ bu təşkilata qarşı da hərbi əməliyyatlara başlaya bilər. Ümumiyyətlə, qarşıdakı üç il ərzində Yaxın Şərqdə hərbi qarşıdurmalar genişlənəcək”.

Siyasi təhlilçi Ramiyə Məmmədova isə husilərə qarşı əməliyyatın tezliklə yekunlaşacağı qənaətindədir. Onun fikrincə, Ukrayna cəbhəsi vacibdir və əsas diqqət bura yönəlməlidir:

“ABŞ eyni vaxtda üç cəbhədə uzunmüddətli mübarizə aparmaq istəməyəcək. Pentaqona gələn il üçün 886 milyard dollar ayrılıb. ABŞ-da müdafiə xərcləri və Ukraynaya yardımlarla bağlı tənqidlər eşidilir. Amma Birləşmiş Ştatlar Ukraynanı yarıyolda qoymaq istəmir. Ona görə də Yaxın Şərq əməliyyatları lokal xarakter daşıyacaq, koalisiya qüvvələri tez bir zamanda husilərin gəmilərə hücumlarının ağır cavabını verərək məsələni həll edəcəklər. Bu prosesə İran, “Hizbullah”, və HƏMAS qoşulacaqsa, o halda savaşın müddəti uzana, arealı genişlənə bilər. Təbii ki, Rusiya da Yaxın Şərqdə böhranın dərinləşməsi arzusundadır. Bu zaman Ukraynaya diqqət azala bilər. Lakin amerikalılar yaxşı başa düşürlər və Yəmənlə bağlı məsələni qısa müddətdə həll edərək yenidən Ukrayna cəbhəsinə diqqəti ayıracaqlar”.

Ekspert hesab edir ki, husilərin Səudiyyə Ərəbistanı ilə də ciddi münaqişəsi var, amma nədənsə bu prosesə müdaxilə etmirlər:

“İran husiləri dəstəkləyən əsas qüvvədir. Tehrana qarşı bir cəbhə açıldığı görünməkdədir. Onun müdafiə etdiyi proksi təşkilatlar - HƏMAS, “Hizbullah” və Yəməndə iqtidarda olan husi gücləri sıradan çıxarılarsa, Tehranı vurmaq çətin olmayacaq. ABŞ-da seçkilərin nəticələrindən asılı olaraq Ukrayna və Yaxın Şərq cəbhələri ilə bağlı qərar veriləcək”.(Yeni Müsavat)

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

dunya
31 okt 2023 | 11:24

“İsrail Qəzza zolağındakı əməliyyatın yeni mərhələsinə başlayıb”


dunya
23 okt 2023 | 14:24

Müharibədə ikinci cəbhə açılır: Toqquşmaya qoşulanların sayı artır


dunya
11 okt 2023 | 10:00

MOSSAD-ın “susqunluğu”, dünyanın dizaynında böyük əməliyyatın başlanğıcı – SENSASİYA


dunya
13 okt 2023 | 12:21

Blinken: “Hizbullah”ın İsrailə qarşı ikinci cəbhə açmasına imkan verilməyəcək


dunya
4 dek 2023 | 13:21

ABŞ-nin gəmilərinə hücum - Pentaqondan açıqlama


sehiyye
10 okt 2023 | 10:16

İsrail-HƏMAS müharibəsində ölənlərin sayı açıqlandı - Son rəqəmlər


dunya
9 okt 2023 | 09:00

İsrailə buna görə hücum edilib - Blinken AÇIQLADI


dunya
11 okt 2023 | 10:55

ABŞ Dövlət Departamenti: “İran HƏMAS-ın əməliyyat planlaşdırdığını bilirdi”


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
09:38 0
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
09:32 0
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
09:24 0
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
09:00 0
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
16:07 0
Prezidentdən İsgəndər Cavadovla bağlı - Sərəncam
12:00 1
Hansı temperaturda çay içmək xərçəng yaradır?
10:28 2
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
10:18 1
“Bitcoin”in yenidən bahalaşdı

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə