Fim.az » cemiyyet » Əvəz Zeynallı vəfat etdi
Əvəz Zeynallı vəfat etdi

Əvəz Zeynallı vəfat etdi

Əvəz Zeynallı vəfat etdi


"Xural" qəzetinin və "Xural TV"nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallı vəfat edib.
Bu barədə Ölkə.az-a vəkil Rəşad Əliyev (Vaqifoğlu) məlumat verib.

56 yaşlı Ə.Zeynallı uzun müddətdir onkoloji (xərçəng) xəstəlikdən müalicə alırdı. Sentyabrın 28-də səhər saatlarında onun vəziyyəti daha da ağırlaşıb və evində vəfat edib.

Qeyd edək ki, Zeynallı Əvəz Tapdıq oğlu 1970-ci il yanvarın 1-i Göyçə mahalının Ağbulaq kəndində anadan olub. 1988-ci ildə Ermənistan SSR-dən digər azərbaycanlılarla birlikdə deportasiyaya məruz qalıb. 1988-1990-cı illər ərzində sovet ordusu sıralarında hərbi xidmət keçib. 1991-ci ildə Ankara Universitetinin hüquq fakültəsinə daxil olub, 1999-cu ildə təhsilini bitirdikdən sonra Azərbaycana qayıdaraq müxtəlif qəzetlərdə çalışıb.

Əvəz Zeynallı ailəlidir, iki qız övladı var.

Allah rəhmət eləsin!