Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə... Prezident və xanımı vidaya əklil göndərdi Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI Tiflis bunu Türkiyəyə əmanət etdi - 110 milyon dollarlıq nəhəng layihə Şəkidə 2 nəfərin öldüyü kanat qəzası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI İki nəfərin öldüyü istirahət mərkəzi məşhur iş adamına məxsus imiş Prezident həmkarını təbrik etdi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Ölkəyə "brutto" modeli gəlir - avtobuslarda NƏ dəyişəcək?

5-09-2026, 09:22 3

Ölkəyə "brutto" modeli gəlir - avtobuslarda NƏ dəyişəcək?


Azərbaycanda avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma sahəsində yeni “brutto müqavilə” modelinin tətbiqinə başlanılıb. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, Nazirlər Kabinetinin 31 iyul 2026-cı il tarixli 250 nömrəli Qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə ödənilən subsidiyanın hesablanması və ödənilməsi Qaydası”nın tətbiqinə başlanılıb.

Yeni modelə əsasən, daşıyıcılara qət edilən məsafəyə və xidmətin keyfiyyətinə uyğun ödəniş ediləcək. Marşrut üzrə avtobusların sayı, hərəkət intervalı, qət ediləcək məsafə və digər xidmət göstəriciləri əvvəlcədən müəyyənləşdiriləcək, daşıyıcı isə həmin tələblərə uyğun göstərdiyi xidmətə görə ödəniş alacaq. İlkin mərhələdə 130, 205, 211, 500 və 503 nömrəli müntəzəm marşrutlar “brutto müqavilə” sisteminə qoşulub. Tələblərə uyğun olaraq digər marşrutların da mərhələli şəkildə sistemə qoşulması planlaşdırılır.

Bu model Bakının ictimai nəqliyyatı üçün nə vəd edir? Dəyişikliklər daşıyıcılar və sərnişinlər üçün hansısa üstünlük qazandıracaqmı, yoxsa yeni problemlərə yol aça bilər?

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev Musavat.com-a bildirib ki, bu addım ictimai nəqliyyatın yeni keyfiyyət mərhələsinə keçdiyini göstərir: “Maliyyə dayanıqlığı təmin olunduqda, daha keyfiyyətli xidmət üçün əlverişli zəmin yaranır. İllərdir müzakirə olunan bu məsələnin artıq praktiki icrasına başlanılması sevindirici haldır. İlkin mərhələdə, 5 avtobus marşrutu elan olunub və proses mərhələli şəkildə digərlərinə də tətbiq ediləcək. İlk olaraq avtobusların müəyyən edilmiş qrafik üzrə dəqiq fəaliyyətini müşahidə edəcəyik. Növbəti mərhələdə isə günlük, həftəlik və illik bilet paketləri, həmçinin 90 dəqiqəlik pulsuz keçid imkanları tətbiq olunacaq. Bu həllər xüsusilə uzaq məntəqələrdən gələn vətəndaşların nəqliyyat xərclərinin optimallaşdırılmasına xidmət edəcək. Bununla yanaşı, tələbələr və təqaüdçülər üçün güzəştli biletlərin tətbiqi istiqamətində qərarların verilməsini təmin edən institusional alət formalaşıb. Düşünürəm ki, bu qərar həm də daşıyıcı şirkətlərin maliyyə dayanıqlığını dəstəkləyəcək. Yekunda müəyyən edilən tələblərə əməl edən daşıyıcılar sərnişinlərə daha keyfiyyətli xidmət göstərəcək və ümumi marşrut şəbəkəsinin dayanıqlığını təmin edəcəklər".

Ekspert Yasin Mustafayevin fikrincə, bu, birbaşa daşıyıcılar ilə sifarişçi qurum (AYNA) arasındakı münasibətləri əhatə edən bir mexanizmdir: “Bu sistem sərnişinlərə birbaşa olmasa da, dolayısı ilə müsbət təsir göstərəcək. Əvvəl daşıyıcılar sərnişinlərdən topladığı vəsaitlə öz gəlirlərini, xərclərini qarşılayırdılar. Yeni sistemdə – brutto-müqavilə modeli çərçivəsində isə sərnişin daşımalarından əldə olunan ödənişlər doğrudan sifarişçinin (AYNA) hesabına köçürüləcək, daşıyıcılara isə qət etdikləri kilometraj üzrə müəyyən olunmuş məbləğ ödəniləcək. Əsas məqsəd Bakıətrafı kənd və qəsəbələrə sərnişindaşıma xidmətinin keyfiyyətini artırmaqdır. Əvvəllər uzun məsafə, az sərnişin axını və aşağı rentabellilik səbəbindən daşıyıcılar bu marşrutlara avtobus ayırmaqda maraqlı deyildilər. Şəhər mərkəzində isə qısa məsafədə daxili sərnişin dövriyyəsi yüksək olduğundan bu xətlər daha qazanclı idi. Bu vəziyyət mərkəzə daha çox diqqət ayrılmasına, ətraf ərazilərdə isə ciddi nəqliyyat problemlərinin yaranmasına səbəb olurdu. Kilometraj üzrə ödəniş sisteminə keçid daşıyıcıların yanaşmasını kökündən dəyişəcək. Artıq şirkətlər daha çox sərnişin daşımağa deyil, qət olunan məsafəyə diqqət yetirəcəklər. Tıxacın və sıxlığın az, məsafənin isə daha uzun olduğu şəhərətrafı marşrutlar daşıyıcılar üçün daha əlverişli olacaq. Nəticədə, bu dəyişiklik ümumi işin xeyrinə xidmət edərək Bakıətrafı kənd və qəsəbələrdə avtobusların gözləmə intervallarını azaldacaq və nəqliyyat təminatını əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq".

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

cemiyyet
3 sen 2026 | 10:19

Bu marşrut xətləri yeni sistemlə işləyəcək


cemiyyet
17 noy 2025 | 18:30

2026-dan avtobuslara yeni qaydalar: Elektron ödəniş, sərnişin sayğacı və yaş məhdudiyyəti


cemiyyet
17 sen 2025 | 15:20

Azərbaycanda yeni qurum yaradılır


hadise
7 mar 2025 | 15:46

Bakının mərkəzi küçəsindəki qəza ilə bağlı açıqlama - VİDEO


sosial
5 iyn 2026 | 12:00

Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR


iqtisadiyyat
1 iyl 2024 | 12:00

Avtobus və metroda sərnişin daşımanın qiyməti DƏYİŞDİ


sosial
4 iyl 2024 | 12:16

Bu avtobusların hərəkət istiqaməti dəyişir


cemiyyet
18 dek 2024 | 16:06

Bu körpü sökülür, 8 marşrutun... - Əhalinin DİQQƏTİNƏ!


cemiyyet
22 sen 2025 | 15:25

Bakıda avtobuslar gecə 12-yə qədər işləyəcək - Rəsmi


cemiyyet
26 dek 2025 | 12:11

Yeni il gecəsi bulvara çıxanlara şad xəbər


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
19:00 0
Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə
18:30 0
Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə...
13:19 0
Prezident və xanımı vidaya əklil göndərdi
13:16 0
Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI
12:13 0
Tiflis bunu Türkiyəyə əmanət etdi - 110 milyon dollarlıq nəhəng layihə
12:03 0
Şəkidə 2 nəfərin öldüyü kanat qəzası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI
12:00 0
İki nəfərin öldüyü istirahət mərkəzi məşhur iş adamına məxsus imiş
11:21 0
Prezident həmkarını təbrik etdi

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə