Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə... Prezident və xanımı vidaya əklil göndərdi Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI Tiflis bunu Türkiyəyə əmanət etdi - 110 milyon dollarlıq nəhəng layihə Şəkidə 2 nəfərin öldüyü kanat qəzası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI İki nəfərin öldüyü istirahət mərkəzi məşhur iş adamına məxsus imiş Prezident həmkarını təbrik etdi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

“Evimi məcbur “İrşad”ın departament rəhbərinin adına rəsmiləşdirdim”

27-08-2026, 11:55 3

“Evimi məcbur “İrşad”ın departament rəhbərinin adına rəsmiləşdirdim”


“İrşad Electronics”də vaxtilə korporativ satış şöbəsinin rəhbəri olmuş Ruslan Hüseynov keçmiş iş yerindən şikayətçidir.

“Qafqazinfo”ya müraciət edən eks-əməkdaş iddia edir ki, şirkət rəhbərliyi müştərinin etdiyi dələduzluqlara görə ondan qanunsuz yolla 140 min manat məbləğində pul alıb.

2018-ci ildən “İrşad Electronics” MMC-də çalışdığını deyən R. Hüseynovun sözlərinə görə, əvvəlcə satış təmsilçisi, 2 il sonra korporativ satış mütəxəssisi, daha sonra isə korporativ şöbənin rəhbəri təyin olunub. Onun iddiasına əsasən, şöbə rəhbəri kimi çalışdığı müddətdə qarşısına 1 milyon dövriyyə tələbi qoyulub. Öhdəlikləri yerinə yetirsə də, bir müştərinin məhsul alıb pulunu verməməsi bütün həyatını və karyerasını alt-üst edib: “Şöbədə 1 nəfər əməkdaşla ağır rejimdə tələb olunan dövriyyəyə çatmaq üçün gecə-gündüz çalışmışam. Sonuncu işlədiyim ayda – ötən ilin oktyabrında 765 min AZN satışım olub. 2025-ci ilin aprel-may aylarında satışın yüksəldilməsinə xidmət edən müştərilərdən biri - Abdulkərimli Mehrab Ərrəhman oğlu mənə müraciət edərək şirkətin rəhbəri Rəşad Qəribovun həmkəndlisi olduğunu və atalarının yaxın dost olduqlarını bildirdi. İlk dəfə müraciət etdiyi dövrdən etibarən sentyabr ayınadək, yəni cəmi 3-4 ay müddətində 300.000 manatdan yuxarı mülki hüquq münasibətləri çərçivəsində ona elektronika avadanlıqları satmışıq. Həmin məhsulların dəyərini müqavilə üzrə öhdəlikləri halında tam şəkildə yerinə yetirib. Bununla da onunla “İrşad Electronics” arasında etibarlı tərəfdaşlıq yaranıb.

2025-ci ilin sentyabr ayında yenidən mənə yaxınlaşaraq, dəyəri 96 min AZN olan 40 ədəd mobil telefonu almaq istəyini bildirdi. Mən ona hansı şərtlərlə alacağını bildirərək təklifini rədd etdim. O isə ödənişlərlə bağlı heç bir problem olmadığını və hətta indicə ümumi borc məbləğinin yarısını ödəyə biləcəyini bildirdi. Cavabımda isə ona aktiv borc məbləğində, yəni təxminən 140 min AZN dən ödəniş etməsini tələb etdim. O razılaşaraq təxminən 45 min manatlıq ödəniş tapşırığı göndərdi. Bununla yanaşı, təhvil alacağı 40 ədəd telefonun isə yarısını nağd şəkildə ödəyəcəyini bildirdi. Rəhbərimlə razılaşdıqdan sonra bu şərtləri qəbul etdik”.

Şikayətçi deyir ki, bundan sonra - 28 oktyabrda müştəri qeyd olunan telefonları təhvil alıb. Amma nə təhvil aldığı, nə də növbəti günlər ərzində ödəniş edib. Noyabrın 1-12-də məzuniyyətdə olan R.Hüseynov işə çıxdığı ilk günlərdən noyabrın 24-dək sözügedən müştəridən ödənişin alınması üçün cəhdlər edib. Noyabrın 24-ü artıq ödənişi edəcəyini bildirsə də, o vaxtdan nömrəsinə zəng çatmayıb.

Ruslan Hüseynov iddia edir ki, bu barədə rəhbərliyə məlumat verdikdən sonra, son satış məbləğinin, yəni 96 min manatın onun tərəfindən dərhal ödənilməli olduğu bildirilib. Onun sözlərinə görə, hətta 28 noyabrda onu şirkətin bir neçə rəhbər əməkdaşı çağıraraq vəzifə təlimatına aid olmayan işləri izahat formasında yazaraq imzalamasını istəyiblər. O isə vəkil olmadan heç bir sənədə imza atmaq istəmədiyini deyərək imtina edib: “2026-cı ilin yanvar ayında təzyiq və təhdidlərlə Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən mənzilimi girov qismində “İrşad Electronics”in departament direktoru Elnur Kərimovun adına rəsmiləşdirdim. Şirkətlə məcburi razılaşmamın məğzi o idi ki, mən dələduzluq edən müştəri Mehrab Abdulkərimlinin onlara olan borcunun 140.000 manatını ödəyəcəkdim və onlar mənimlə bağlı şikayət etməyəcək, Mehrabın əməllərinə hüquqi qiymət verilməsi üçün birlikdə səy göstərəcəkdik. Mənzilim 195.000 manata satıldı, həmin puldan 140.000 manatı E.Kərimov götürdü, 55.000 manatı isə mənə verdilər. Əmin etdilər ki, bundan sonra məni işdən azad edəcəklər və mənimlə bağlı heç bir tələbləri olmayacaq. Məcbur qalıb ağır vəziyyətdə bu şərtlərlə razılaşdım. Lakin nəinki öz verdikləri sözə əməl etmədilər, əksinə yenidən mənim barəmdə cinayət işinin qaldırılmasına nail olmağa çalışırlar”.

Vətəndaşın iddiasına görə, “İrşad Electronics”in nümayəndələri bundan sonra zəng edərək onun nöqsanına görə 240.000 manat maddi ziyanın olduğunu bildiriblər. Həmçinin müxtəlif formalarda ona təzyiqlər edilərək pulu ödəməyəcəyi təqdirdə həbs olunacağı, işdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə azad olunacağı bildirilib: “Mən artıq anlayıram ki, “İrşad Electronics”in vəzifəli şəxslərinin niyyəti məni hədə-qorxu ilə təsir altında həmin pul vəsaitini ödətdirməyə məcbur etmək imiş. İndi isə məni yenidən müxtəlif üsullarla sıxaraq görünür, qalmış maddi ziyanın mənim tərəfimdən ödənilməsinə nail olmaq istəyirlər. Mən “İrşad Electronics”in vəzifəli şəxsləri barədə tədbir görülməsini və məndən hədə-qorxu yolu ilə alınmış 140.000 manat pulumun geri qaytarılmasında mənə köməklik göstərilməsini istəyirəm”.

Şikayətçi məsələ ilə bağlı bir neçə dəfə hüquq-mühafizə orqanlarına çağırılaraq dindirilib. Həmçinin dələduzluq səbəbindən M.Abdulkərimli polis tərəfindən saxlanılıb. Onun barəsində Azərbaycan CM-nin 178.3.2 və 179.3.2-ci maddələri ilə cinayət işi açılaraq Nəsimi rayon Prokuroluğuna göndərilib və hazırda ibtidai istintaq davam etdirilir.

Ruslan Hüseynovun keçmiş iş yerindən iddialara cavab almaq üçün “İrşad Electronics” MMC-yə müraciət etdik. Şirkətdən sorğumuza cavab olaraq bildirildi ki, araşdırma nəticəsində R.Hüseynovun çalışdığı müddətdə şirkətə külli-miqdarda ziyan vurduğu məlum olub: “İrşad Electronics” MMC olaraq Ruslan Hüseynov tərəfindən səsləndirilən ittihamları qəbul etmirik. Şirkət tərəfindən ona qarşı hədə-qorxu, məcburetmə və ya hər hansı qanunsuz təzyiq göstərilməsi barədə iddialar həqiqəti əks etdirmir.

Ruslan Hüseynovun şirkətdə əmək fəaliyyəti dövründə onun xidməti fəaliyyəti ilə bağlı şirkətə külli miqdarda maddi zərər vurulmasına dair əsaslı şübhələr yaranıb və bununla əlaqədar daxili araşdırma aparılıb. Toplanmış materiallar hüquq-mühafizə orqanlarına təqdim edilib, ilkin araşdırmadan sonra materiallar aidiyyəti üzrə Nəsimi Rayon Prokurorluğuna göndərilib. Hazırda həmin məsələ ilə bağlı araşdırma davam edir.

Qeyd olunan araşdırmanın predmeti olan hallarla bağlı şirkət olaraq hər hansı şəxsi əvvəlcədən təqsirli elan etmək niyyətində deyilik. Şəxsin hərəkətlərinə hüquqi qiymət vermək və onun təqsirli olub-olmamasını müəyyən etmək səlahiyyətli istintaq orqanlarının və məhkəmənin səlahiyyətindədir. Şirkətin mövqeyi ondan ibarətdir ki, şirkətə vurulduğu ehtimal edilən maddi zərərin bütün halları obyektiv şəkildə araşdırılmalı və qanunvericiliyə uyğun hüquqi qiymət verilməlidir”.

Şirkətdən, həmçinin qeyd edilib ki, Ruslan Hüseynovla hər hansı qanunsuz “məcburi razılaşma” halı olmayıb: “Mənzilin guya hədə-qorxu və ya məcburetmə yolu ilə başqa şəxsin adına keçirilməsi barədə iddialara gəlincə, “İrşad Electronics” MMC-nin həmin əmlakın qanunsuz şəkildə əldə edilməsində hər hansı iştirakı olmayıb. Ruslan Hüseynovun evinə aid sənədlərin şirkət və ya şirkət rəhbərliyinin nümayəndələri tərəfindən alınması barədə iddia da həqiqətə uyğun deyil. Əmlakla bağlı hər hansı əməliyyatın hüquqi əsasları müvafiq notariat və dövlət qeydiyyatı sənədləri ilə müəyyən edilir.

Həmçinin şirkət tərəfindən Ruslan Hüseynovla hər hansı qanunsuz “məcburi razılaşma” əldə edilməsi, onun cinayət barədə müraciət etməməsi müqabilində pul ödənilməsi və ya sonradan ona qarşı müxtəlif vasitələrlə təzyiq göstərilməsi barədə iddiaları da qəbul etmirik. Bu iddiaların hər biri müvafiq sübutlarla təsdiq edilməlidir.

Bir daha bildiririk ki, məsələ hazırda hüquq-mühafizə orqanlarının araşdırmasındadır. Buna görə də şirkət istintaqın nəticəsini qabaqlayan hər hansı açıqlama verməyi düzgün hesab etmir. “İrşad Electronics” MMC qanunun aliliyinə hörmət edir və araşdırmanın obyektiv aparılmasında maraqlıdır”.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

gundem / cemiyyet
14 may 2025 | 17:00

“Kontakt Home”, “Baku Electronics”, “İrşad”da alıcını belə aldadırlar… DİQQƏLİ OLUN!


hadise
21 mar 2025 | 23:29

Şöbə müdiri, restoran və şirkət rəhbərini şantaj edibmiş - 8 il həbs cəzası verildi


iqtisadiyyat
11 fev 2025 | 15:29

Azərbaycanda un bahalaşdı - SON QİYMƏTLƏR


sehiyye
2 iyn 2026 | 15:45

TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi


sosial
30 apr 2026 | 14:27

Bank borcu olan müştərinin qohumuna zəng etdi - Cərimələndi


gundem / cemiyyet
2 may 2025 | 17:39

Ramin İsayevin növbəti dələduzluğu: MIT diplomunu ləğv etdi - DETALLAR


sosial
8 iyl 2024 | 16:08

“65 minlik evə görə 250 min manat istəyir” - MTK rəhbəri


siyaset
2 mar 2026 | 17:52

Keçmiş KOBİA rəhbəri yüksək vəzifəyə təyin edilir?- İDDİA


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
19:00 0
Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə
18:30 0
Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə...
13:19 0
Prezident və xanımı vidaya əklil göndərdi
13:16 0
Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI
12:13 0
Tiflis bunu Türkiyəyə əmanət etdi - 110 milyon dollarlıq nəhəng layihə
12:03 0
Şəkidə 2 nəfərin öldüyü kanat qəzası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI
12:00 0
İki nəfərin öldüyü istirahət mərkəzi məşhur iş adamına məxsus imiş
11:21 0
Prezident həmkarını təbrik etdi

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə