Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə... Prezident və xanımı vidaya əklil göndərdi Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI Tiflis bunu Türkiyəyə əmanət etdi - 110 milyon dollarlıq nəhəng layihə Şəkidə 2 nəfərin öldüyü kanat qəzası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI İki nəfərin öldüyü istirahət mərkəzi məşhur iş adamına məxsus imiş Prezident həmkarını təbrik etdi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Azərbaycanda yeni təhlükə: Bu şəxslər öncədən müəyyən edilməlidir

26-08-2026, 11:05 3

Azərbaycanda yeni təhlükə: Bu şəxslər öncədən müəyyən edilməlidir


Son zamanlar Azərbaycanda ailə-məişət zorakılığı ilə bağlı qəribə xəbərlər yayılır. Yardımlıda kişinin həyat yoldaşının ayağına qızdırılmış dəmir basması və onu kəmərlə döyməsi, Bakıda isə kişinin münasibətini bitirmək istəyən sevgilisinin üzünə sulfat turşusu tökərək ağır xəsarətlər yetirməsi, başqa bir şəxsin keçmiş sevgilisinin gözünü mismarla çıxarmağa cəhd etməsi kimi yayılan xəbərlər narahatlıqla qarşılanır.
Məsələn, sulfat turşusu ilə hücum edən şəxs ifadəsində özündən sonra heç kimin onunla münasibət qurmaması üçün üzünü eybəcər hala salmaq məqsədilə kimyəvi maddə tökdüyünü bildirib. Digər təqsirləndirilən şəxs isə sevgilisinin mismarla gözünü çıxarmağa çalışmasını qadının hər dəfə güzgüyə baxanda onu xatırlamasını istəməsi ilə izah edib.

Xüsusilə bəzi hadisələrdə təqsirləndirilən şəxslərin qadını “cəzalandırmaq”, ondan qisas almaq və ya münasibəti bitirdiyinə görə zərər yetirmək niyyətində olduqlarını bildirməsi problemin psixoloji və sosial tərəflərini də gündəmə gətirir.

Bəs bir insanın başqasına bu cür aqressiv və zorakı davranışlarının qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Zorakılığa meyilli şəxslərin vaxtında müəyyənləşdirilməsi üçün psixoloji qiymətləndirmə və müayinələr aparılmalıdırmı?

Globalinfo.az-a danışan psixoloq Zeynəb Əyyubova qadınlara qarşı zorakılıq yalnız fərdi problem deyil, həm də ciddi sosial və psixoloji təhlükədir deyib.

“Xüsusilə zorakılığın qızdırılmış dəmir, turşu, mismar kimi vasitələrlə törədilməsi göstərir ki, burada sadəcə ani əsəbdən yox, qarşı tərəfi cəzalandırmaq, qorxutmaq, idarə etmək və ona zərər vermək istəyindən söhbət gedir. Belə halların qarşısının alınması üçün ilk növbədə zorakılığın “ailə məsələsi” və ya “qısqanclıqdan doğan adi münaqişə” kimi təqdim edilməsinə son qoyulmalıdır. Zorakılığın hər forması ciddiyə alınmalı və ilk hadisədən etibarən müdaxilə mexanizmləri işə düşməlidir. Xüsusilə təhdid, təqib, münasibətə nəzarət, həddindən artıq qısqanclıq, keçmiş partnyoru izləmək, ayrılığı qəbul etməmək və fiziki zorakılıq kimi davranışlar risk siqnallarıdır”.

Psixoloq bildirib ki, zorakılığa meyilli şəxslərin vaxtında müəyyənləşdirilməsi üçün psixoloji qiymətləndirmə faydalı olar:

“Lakin bunu bütün kişilərə tətbiq edilən ümumi bir “aqressivlik testi” kimi görmək düzgün deyil. Psixoloji qiymətləndirmə riskli davranışlar artıq müşahidə edildikdə, xüsusilə məhkəmə, polis, sosial xidmətlər və ya ailədaxili zorakılıqla bağlı müraciətlər zamanı daha məqsədyönlü şəkildə aparılmalıdır. Qiymətləndirmə zamanı insanın aqressiyanı idarə etmək bacarığı, impulsivliyi, qısqanclıq səviyyəsi, nəzarət və dominantlıq davranışları, ayrılığa münasibəti, təhdidlərdən istifadə edib-etməməsi, empatiya qabiliyyəti və zorakılığa haqq qazandıran düşüncələri nəzərə alınmalıdır. Burada məqsəd kimisə əvvəlcədən “zorakılıq törədəcək şəxs” elan etmək yox, risk faktorlarını müəyyənləşdirib vaxtında müdaxilə etməkdir”.

Onun sözlərinə görə, yalnız psixoloji müayinə ilə problemin həll olunacağını düşünmək doğru deyil:

“Çünki zorakılığın kökündə sosial normalar, gender stereotipləri, münasibətlərdə nəzarət və sahiblik düşüncəsi, cəzasızlıq hissi, zorakılığın normallaşdırılması kimi amillər də dayanır. Buna görə psixoloqlar, hüquq-mühafizə orqanları, sosial xidmətlər və təhsil müəssisələri arasında koordinasiyalı mexanizm qurulmalıdır. Xüsusilə ayrılmaq istəyən qadının təhdid edilməsi və ya təqib olunması ciddi risk kimi qəbul edilməlidir. “Məni tərk edə bilməzsən”, “sənə zərər verəcəyəm”, “heç kimə qismət olmayacaqsan” kimi ifadələr sadəcə emosional reaksiya kimi qiymətləndirilməməlidir. Bu mərhələdə həm qadının təhlükəsizliyi təmin edilməli, həm də zorakılıq ehtimalı olan şəxsə vaxtında müdaxilə olunmalıdır.

Uşaqlıqdan sağlam münasibət, emosiyaların idarə olunması, konfliktlərin zorakılıqsız həlli, şəxsi sərhədlərə hörmət və “yox” cavabını qəbul etmək bacarığı öyrədilməlidir. Kişinin qadın üzərində nəzarət və sahiblik haqqının olmadığı fikri cəmiyyətdə daha aydın şəkildə formalaşdırılmalıdır. Ən vacib məqam budur ki, zorakılığın qarşısını almaq üçün hadisənin ağırlaşmasını gözləmək olmaz. İlk təhdid, ilk təqib, ilk fiziki zorakılıq və ilk ciddi nəzarət davranışı müdaxilə üçün siqnal olmalıdır. Erkən müəyyənləşdirmə və düzgün istiqamətləndirmə həm potensial qurbanı, həm də gələcəkdə daha ağır cinayət törədə biləcək şəxsi qorumaq baxımından əhəmiyyətlidir”.

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

sosial
28 noy 2024 | 16:08

Bu, şəxslər valideynlik hüququndan məhrum ediləcək


hadise
14 may 2026 | 13:22

"Referans" klinikasının direktoru arvadını niyə güllələyib?


sosial
16 apr 2024 | 12:29

Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK


hadise
10 dek 2025 | 15:26

Metroda qadına qarşı əxlaqsız hərəkətlər edən kişi - Həbs olundu


hadise
29 may 2025 | 14:20

Mayora hücum edən kikboksçuların ittihamı ağırlaşdırıldı - 11 ilə kimi həbs!


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
19:00 0
Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə
18:30 0
Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə...
13:19 0
Prezident və xanımı vidaya əklil göndərdi
13:16 0
Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI
12:13 0
Tiflis bunu Türkiyəyə əmanət etdi - 110 milyon dollarlıq nəhəng layihə
12:03 0
Şəkidə 2 nəfərin öldüyü kanat qəzası ilə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI
12:00 0
İki nəfərin öldüyü istirahət mərkəzi məşhur iş adamına məxsus imiş
11:21 0
Prezident həmkarını təbrik etdi

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə