“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq “Bu, Rusiya ilə müharibə deməkdir” “Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə... Prezident və xanımı vidaya əklil göndərdi Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI Tiflis bunu Türkiyəyə əmanət etdi - 110 milyon dollarlıq nəhəng layihə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

Paytaxtın “sentyabr tıxacı”nda çıxış yolu

21-08-2026, 12:00 2

Paytaxtın “sentyabr tıxacı”nda çıxış yolu


Bakıda dəyişkən iş qrafiki Dövlət Proqramına uyğun olaraq həyata keçiriləcək. Deputat Vüqar Bayramov deyib.

O xatırladıb ki, bununla bağlı artıq Dövlət Proqramında konkret zaman müəyyənləşdirilib. Deputat qeyd edib ki, artıq təhlillər yekunlaşmaq üzrədir və siyahı Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq. Proqrama əsasən, dəyişən iş qrafiki Azərbaycanda 2026-cı ildə, yəni bu il artıq tətbiq olunmalıdır.

Bu ilin sonuna isə təxminən 4 aydan bir az çox qalıb. Görünən odur ki, layihənin icrası yubanır.

Ekspertlərin gözləntisi yeni tədris ili bağlıdır. Sadəcə, nə qədər effektiv olacağı sual doğurur.

Sentyabrdan dəyişən iş qrafikinin reallaşması mümkündürmü? Ümumiyyətlə, iş saatlarının dəyişməsinin özü nəyi dəyşəcək?

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:"Əlbəttə ki, sentyabrdan dəyişən iş qrafikinin reallaşması mümkün deyil. Sentyabra nə qalıb ki, cəmi iki həftə var. Yəni ümumiyyətlə çevik iş rejiminin tətbiqi özü mürəkkəb məsələdir və o qədər də asan deyil. Çevik iş rejimi qanunvericiliyə daxil edilsə də, bütöv bir təşkilatın, bütöv bir nazirliyin bu sistemlə işləməsinin özü də müəyyən çətinliklər yaradır. Çevik iş rejimi iş daxilində fərdi şəxslərə və ya şöbələrə tətbiq olunarsa, bu daha effektiv olar. Təsəvvür edin, banklar saat 09:00-dan və ya 10:00-dan 17:00-a qədər müştərilərə xidmət göstərir. İndi çevik iş rejimi tətbiq olunanda bu proses necə tənzimlənəcək? Çünki bankların, məktəblərin və universitetlərin müəyyən olunmuş iş saatları var. İndiyədək yaxşı bir sistem qurulmuşdu: valideyn uşağını saat 08:00-da məktəbə qoyub, 09:00-da öz işinə çatırdı".

İqtisadçı əlavə edib ki, çevik iş rejiminin özü iş yerlərinə sərbəstlik verməlidir ki, konkret şöbələrə və ya fərdi insanlara münasibətdə qərarlar qəbul edilə bilsin. Onsuz da özəl sektorda fərdi yanaşmalar vasitəsilə bu tür qərarları vermək mümkün olurdu, lakin dövlət sektorunda bu cür fərdi yanaşmalara imkan yoxdur. Hesab edirəm ki, çevik iş rejimini bu cür təşkilatların səlahiyyətlərinə versələr, daha effektiv tətbiq oluna bilər. Məsələn, təşkilat rəhbərliyi müəyyən edə bilər ki, filan şöbə iş vaxtını dəyişərək həftənin beşinci günü deyil, şənbə günü işləsin və ya müəyyən şöbənin iş saatları 09:00–18:00 əvəzinə 11:00–20:00 rejimində bölüşdürülsün. Ya da, İT sahəsində bu addım daha effektiv olar və həm işçilərin məhsuldarlığına, həm də digər baxımlardan fayda verər.

Əks halda, "filan idarə yarım saat tez, filan idarə yarım saat gec işə başlasın" tipli qərarlar ailələrin və uşaqların planlarını ciddi şəkildə poza bilər. Bu isə fayda vermək əvəzinə daha böyük problemlər yarada bilər. Ona görə də hesab edirəm ki, çevik iş rejimində sərbəstlik və könüllülük prinsipi əsas götürülməlidir. Məsələlər məcburi inzibati qərarlarla değil, təşkilatların öz qərarına və mülahizəsinə buraxılmalıdır. Eyni zamanda, bu sistemin tətbiqi üçün ciddi təhlillər aparılmalıdır. Tələsik addımlar atmaq daha böyük çətinliklərə və ailələr üçün əlavə problemlərə gətirib çıxara bilər. Bu səbəbdən nəinki sentyabr, hətta gələn sentyabrda tətbiq edilsə, bu böyük bir işdir. Ümumiyyətlə, tətbiq ediləcəyi təqdirdə uğurlu olub-olmayacağı da ayrı bir sualdır".

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

iqtisadiyyat
11 iyn 2026 | 12:59

Bakıda dəyişkən iş qrafikinə keçiləcək


cemiyyet
4 avq 2026 | 14:40

Sentyabrdan bu şəxslərə kompensasiya ödəniləcək


sosial
24 okt 2025 | 19:00

Ölkədə iş saatını azaltmaq təklifi


cemiyyet
17 mar 2025 | 12:00

Azərbaycanda iş saatları nə vaxt dəyişdiriləcək?


sosial
8 fev 2025 | 14:57

“Veteran pulu” nə vaxt artırılacaq?


cemiyyet
11 sen 2025 | 12:39

15 sentyabrdan Bakıda bu küçələr bağlanır - SİYAHI


sosial
27 okt 2025 | 13:06

Gələn il pensiya kapitalı nə qədər artırılacaq?


sosial
23 yan 2025 | 18:30

Pensiyalar nə qədər artırılır: 8, yoxsa 14.3 faiz? - Deputatdan AÇIQLAMA


tehsil
26 avq 2025 | 17:22

Məktəblərdə şagirdlər üçün yenilik: Sentyabrdan sonra tətbiq olunacaq


sosial
30 yan 2025 | 15:34

Bu şəxslərin pensiyaları iki dəfə artırılacaq


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
10:28 0
“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
09:58 0
“Bu, Rusiya ilə müharibə deməkdir”
09:25 0
“Həmin vaxt başa düşdüm ki, minalı əraziyə düşmüşəm” - Video
19:00 0
Osmanlı yenidən dirilişdə - Türkiyədən rekord hərbi həmlə
18:30 0
Ermənilər qan ağlayır: Laçından Cəbrayıla qədər otlaqlardan istifadə edirdik, indi isə...
13:19 0
Prezident və xanımı vidaya əklil göndərdi
13:16 0
Nazir Azərbaycan və Ermənistan arasında əldə olunan yeni razılığı AÇIQLADI
12:13 0
Tiflis bunu Türkiyəyə əmanət etdi - 110 milyon dollarlıq nəhəng layihə

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə