Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır? Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir DYP kənd texnikası sürücülərinə müraciət etdi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Araşdırma
  • Cəmiyyət
  • Mədəniyyət
  • Hadisə
  • Bölgə
  • Kriminal
  • Müsahibə
  • Təhsil
  • Səhiyyə
  • Dünya
  • İdman
  • Şou
  • Maraqlı
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Cəmiyyət
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Şou
  • Sosial
  • Kriminal
  • Təhsil
  • Araşdırma
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Səhiyyə
  • Maraqlı

DYP sürücülərə və piyadalara müraciət etdi

1-08-2026, 10:12 18

DYP sürücülərə və piyadalara müraciət etdi


DİN-in Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib.

İdarədən verilən məlumata görə, müraciətdə deyilir ki, həftəsonu ilə əlaqədar bölgələrə səfərlərin artacağı, bununla da respublika əhəmiyyətli avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin yüksələcəyi gözlənilir:

"Bu isə bütün yol hərəkəti iştirakçılarından daha yüksək diqqət və məsuliyyət tələb edir. Baş Dövlət Yol Polisi İdarəsi səfərə çıxmağı planlaşdıran sürücüləri yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır.

Sürücülər nəzərə almalıdırlar ki, uzun məsafəli səfər yalnız nəqliyyat vasitəsinin texniki sazlığını deyil, həm də sürücünün fiziki və psixoloji hazırlığını tələb edir. Yorğun, yuxusuz və ya diqqəti yayınmış vəziyyətdə sükan arxasına əyləşmək yol-nəqliyyat hadisəsi riskini əhəmiyyətli dərəcədə artırır. Səfər zamanı yol və hava şəraitinə uyğun sürət həddinə riayət edilməsi, ara məsafəsinin qorunması, təhlükəli ötmə və manevrlərdən çəkinilməsi, həmçinin sükan arxasında diqqəti yayındıran amillərdən uzaq durulması təhlükəsiz hərəkətin əsas şərtlərindəndir.

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara da müraciət edərək bildirir ki, avtomobil yollarında yolun müəyyən edilməmiş hissəsindən keçmək, nəqliyyat vasitələrinin sürətini düzgün qiymətləndirmədən hərəkət zolağına çıxmaq, mobil telefondan və digər diqqəti yayındıran vasitələrdən istifadə etmək ağır nəticəli yol-nəqliyyat hadisələrinə səbəb ola bilər. Yolun yalnız müəyyən olunmuş yerlərindən keçilməsi, yolu keçməzdən əvvəl sürücülərlə vizual təmasın yaradılması və hərəkətin təhlükəsiz olduğuna əmin olduqdan sonra yolun keçilməsi həyati əhəmiyyət daşıyır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün sürücüləri və piyadaları yollarda qarşılıqlı hörmət və anlayış nümayiş etdirməyə, tələskənlikdən və riskli davranışlardan çəkinməyə çağırır".

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın


Digər xəbərlər

hadise
20 iyn 2026 | 10:24

“Riskli ötmə manevrlərindən çəkinin” - XƏBƏRDARLIQ


cemiyyet
5 mar 2025 | 13:49

DYP sürücülərə müraciət edib


cemiyyet
29 dek 2024 | 10:19

DYP yol hərəkəti iştirakçılarına müraciət edib


cemiyyet
7 yan 2026 | 11:31

DYP-dən sürücülərə və piyadalara ÇAĞIRIŞ


cemiyyet
16 fev 2026 | 10:42

Yol Polisi piyadalara müraciət edib


cemiyyet
9 noy 2024 | 09:55

DYP-dən yol hərəkəti iştirakçılarına müraciət


cemiyyet
4 apr 2026 | 10:39

BDYPİ dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi


hadise
27 fev 2025 | 09:32

Yol polisi qarlı hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib


cemiyyet
24 yan 2024 | 11:47

Yol polisi xəbərdarlıq etdi


cemiyyet
8 okt 2025 | 09:23

Yol Polisi piyadalara müraciət etdi


Sizin reklam burada

Sizin reklam burada
Xəbər lenti
16:00 1
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
15:30 0
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
14:22 0
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
13:39 0
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
13:14 0
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
13:03 0
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
13:00 0
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
12:32 1
DYP kənd texnikası sürücülərinə müraciət etdi

Copyright © 2024 Müəllif hüquqları qorunur. Fim.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Təsisçi: Elçin Mahmudov
Tel:055 252 72 22
  • Ana səhifə
  • Haqqımızda
  • Bizimlə əlaqə